İlham Əliyevin məktubu Ermənistanı qarışdırdı

09:09 / 02.06.2014

Astana fiaskosuna görə Serj Sərkisyan qəzəbli tənqid yağışına tutuldu, istefası gündəmə gəldi; Nazarbayevin bəyanatına üç gün sonra reaksiya bildirən işğalçı dövlətin rəhbəri Qarabağ haqda ilginc cümlə işlətdi 

 


Avrasiya İqtisadi Birliyinin (AİB) Astanadakı təsis toplantısında Ermənistan rəhbərliyinin sərgilədiyi mövqe hələ də qonşu ölkədə ciddi müzakirə mövzusudur. İstər hakimiyyətin siyasi opponentləri olsun, istərsə də ekspert dairələri, ictimaiyyət təmsilçiləri və media mənsubları -  toplum tərəfindən prezident Serj Sərkisyan qazaxıstanlı həmkarı Nursultan Nazarbayevin Qarabağ mövzusunda məlum bəyanatına adekvat və çevik reaksiya bildirməməkdə, bununla da “erməni dövləti və xalqının aşağılanmasına” zəmin yaratmaqda qınanır. 

 
Xatırladaq ki, Nazarbayev Ermənistanın AİB-ə üzvlüyü gündəmə gələrkən prezident İlham Əliyevin məsələ ilə bağlı təsisçi ölkələrin rəhbərlərinə ünvanladığı məktub barədə məlumat verib. Məktubda Ermənistanın Avrasiya İttifaqına qəbulunun bu ölkənin Ümumdünya Ticarət Təşkilatına üzvlüyündə olduğu kimi yalnız beynəlxalq miqyasda tanınmış sərhədlərlə mümkünlüyü bildirilir və bunun təsisçi dövlətlər tərəfindən diqqətə alınması xahiş olunur. 
 
Məlum olduğu kimi, Sərkisyan və yanında oturan xarici işlər naziri Edvar Nalbəndyan həmin an bu açıqlamanı susqunluqla qarşılayıblar. Bu da Ermənistanda onların əleyhinə sərt tənqid kampaniyasına rəvac verib. Hətta opponentlərdən biri, “İrs” partiyası fraksiyasından olan deputatlardan biri Sərkisyanın istefaya getməsinin əsl vaxtı olduğunu söyləyib. İstefa tələbi isə təkcə onların dilindən səslənmir.  
 
 
Ümumiyyətlə, Sərkisyan iqtidarının apardığı daxili-xarici siyasət kursunda, Qarabağ məsələsində bütün köhnə-təzə uğursuzluqları son günlərdə gündəmə daşınıb. Hazırkı hakimiyyətin dönəmində ölkə müstəqilliyinin simvolik hala gəlməsi isə xüsusilə şiddətli qınanmaqdadır. Öz növbəsində tənqidçi media hər gün iqtidarın “qabırğasına” döşəyir. Paralel surətdə isə baş verənlər Azərbaycan diplomatiyasının uğurlu gedişi kimi təqdim olunmaqdadır.
 
Bunu dolaysıyla rəsmilər də etiraf edir - gerçəyi malalamağa çalışsalar da. Serj Sərkisyanın bu xüsusda hakim partiyanın gənclər qanadının toplantısında söylədikləri diqqət çəkir. O, Qazaxıstanın dövlət başçısının məlum açıqlamasına üstündən üç gün keçəndən sonra, nəhayət, İrəvanda belə reaksiya bildirib. Sitat: “Nazarbayevin bəyanatına gəlincə, birincisi, apriori sərhədlər haqda danışmaq yanlışdır. Hansı sərhədlərdən söhbət gedir? Gömrük İttifaqı Qarabağ problemini həll eləmir. Kim deyir ki, biz Gömrük İttifaqına Qarabağla birgə daxil oluruq? Belə şey olmayıb, ola bilməz. Çünki Qarabağ ən azından bizim qanunvericiliyə və təsəvvürlərimizə görə, bu gün Ermənistanın tərkibinə daxil deyil. Ancaq Gömrük İttifaqına üzvlüyün Dağlıq Qarabağ məsələsinin həllinə yardımçı olacağı - bəli, bu, birmənalıdır. Əlbəttə ki, Nazarbayevin bəyanatı xoşagələn deyildi, ancaq onun bizə hər hansı ziyanı da ola bilməz”.
 
Lakin çətin ki, belə bir açıqlama erməni ictimai-siyasi fikrini sakitləşdirsin. Ən azı ona görə ki, indiyədək rəsmi İrəvan sözügedən quruma da, Avropa Birliyi ilə assosiativ üzvlüyə də məhz separatçı Dağlıq Qarabağla birgə qoşulmağa can atıb. Amma indi belə çıxır, Ermənistan rəhbərliyi Dağlıq Qarabağın guya beynəlxalq hüququn subyekti olmasını əsas götürüb, ondan yaxasını kənara çəkmək istəyir. 
 
Əslində isə bu, İrəvanın Qarabağ diplomatiyasının, separatçı bölgəni müstəqil dövlət kimi tanıtmaq siyasətinin uğursuzluğu sayılmalıdır. Hər halda, Rusiya AİB-yə işğal elədiyi Krımla daxil olub və buna görə ona nə Qazaxıstan, nə də Belarus irad bildirməyib, o ki ola Ermənistan.     
 
Onu da əlavə edək ki, Azərbaycan prezidenti İlham Əliyevin 28 May - Respublika Günü ilə bağlı etdiyi çıxışında yer alan erməni xalqına mesaj elementləri də qonşu ölkədə bu qəbildən olan tənqidi müzakirələrə əhəmiyyətli bir çalar qazandırıb.  

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM