Strategiya.az-ın lent.az-a istinadən məlumatına görə, iyunun 1-i saat 17:30 radələrində metronun «Azadlıq» stansiyasında Bakı şəhər sakini Kamran Əhmədov Kəngərli rayon sakini Ramil Əsgərlinin metro kartını alaraq pul tələb edib. Bu zaman K.Əhmədov Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulub.
Araşdırmalar davam etdirilir.