Heç yadımdan çıxmaz, illər öncə Azərbaycanın gözəl güşələrindən olan Oğuzda (o zamankı adı –“Vartaşen” idi) uzaq əqrəbalarımızdan birinin toy məclisinə getmişdim. Nənəmlə. Daha doğrusu o dövrün yay protokolu cəmi-cümlətanı 2 maddədən ibarət idi:
1) İyun başlayan kimi rayona qaçıb, nənənin-babanın yanında qalacaqsan.
2) Onların gündəlik marşrutu, proqramı nədirsə ağzını-burnunu büzmədən analoji vəzizyyətlə hesablaşıb duruma uyğunlaşacaqsan.
Vəssalam. Başqa söhbət ola bilməz. Və... elə bax bu minvalla da nənəm məni özü ilə bərabər - səslənişi bir az pis çıxsa da “sürüyüb” toya aparmışdı...
8 yaşı yenicə tamamlanan uşaq idim. Ətrafdakı mənzərəni ayıq beynimlə necə deyərlər “skrin-şot” edirdim: Musiqiçilərin bir-birinə qarışan səsi...(qabaqlarında da yekə bir şabaş diplomatı), cins və qızıl boyunbaqlı, eyni zamanda özləri oynayarkən ortalığa başqasının girməyini “zapadlo” bilən kənd oğlanları...həyatda ən böyük arzusu ərə getmək olan, saçlarını fen əvəzinə ütü ilə açan, biser koftalı, qızıl qayışlı qızlar... gəlin ”ovu”na çıxan ağbirçəklər və... nəhayət, ora-bura mənasız şütüyən, o basabasda da qaçdı-tutdu, gizlənqaç oynayan biz uşaqlar...
Birdən aramızdakı Aysel elə oynadığımız yerdəcə harasa qaçdı. Deyəsən çağırdılar. Nəsə olmuşdu. Hə, nəsə olmuşdu. Arxasınca gedərkən gördük. Gördük ki, atası içkinin “doz”unu əməlli - başlı itirib və yıxılıb. Qusur. Həm də durmadan.
O səhnəni əsla unutmaram. Əsla! - 7 yaşlı Aysel yaş əski ilə ortalıqda yıxılıb qalan, üstü-başı qusuntuya bulaşan atası Rəhmanın üstünü təmizləyirdi. Üstəgəl, o vəziyyətdə də qorxa-qorxa, avazımış səsi ilə ”papa, noolar bir də içmə”- deyirdi...
İnanın, bütün sevdiklərimin canına and olsun, mən həyatım boyu bir kişinin düşdüyü, ya da düşə biləcəyi bundan rəzil, bundan miskin səhnə görməmişəm, təsəvvür etməmişəm. Daha doğrusu edə bilməmişəm. Hətta öz övladının yanında vəhşicəsinə döyülən, balası tərəfindən üzünə söyülən ata da görmüşəm, amma vallah ki –billah ki belə bir şey görməmişəm. Və ya, təsəvvür edin: yerdə yıxılıb qalan iyrənc ata... o iyrənc atanın başını sinəsinə yastayıb sakit-sakit ağlayan bala... hamının, hətta özündən betər “alkaş”ların belə (nə var-nə var hələ bunun kimi yerə yıxılmayıblar deyə) ikrah dolu, kinayəli baxışları... ərinin düzənlədiyi “konsert”dən dolayı yerin dibinə girən gəlin...
Gerçəkdən dəhşət idi. Hətta dəhşətin də ötəsi. Bu gün də yadıma düşəndə vahimələnirəm. Qeyri-ixtiyari.
İçki, araq, alkoqol mənim yaddaşıma, beynimə ilk möhürünü bax beləcə vurdu...
***
Hə.., bir də “Əhmədli”də bir qonşumuz vardı. Nurəddin. Əvvəli ziyalı olsa da adamı “kruq”a salıb bədbəxt eləmişdilər. Əməllicə alkoqolik idi. Son vaxtlar işdə də içirdi. Evə gəlib həmin içkinin küpünə girmək üçünsə saatları sayırdı...
Və bir gün Nurəddin müəllim evə növbəti qayıdışında həyat yoldaşının sərt təpkisi ilə üzləşdi. Arvad dirəşib qapını açmadı. Blokda bir qışqır-bağır qopdu ki... Axırda rəhmətlik atam qonşulardan ayıb olmasın deyə dözməyib tez adamı aşağı, bizə düşürdü. Dedi, bu gün bizdə qal, sakitləş, səhər elə işə burdan gedərsən. Ardınca da yuxulu-yuxulu bir az öyüd-nəsihətdən-zaddan verib getdi yatmağa. Evimiz isə darısqal olduğundan Nurəddin mənimlə eyni otağı bölüşəsi oldu. Və təsəvvür edin, adam içməyib axı... Yata bilmir, vurnuxa-vurnuxa qalıb. Elə bu minvalla da saldı məni çənəsinin altına. Və qəfildən qayıtdı ki, Elşən, sən bilirsən mənim arvadım fahişədir? Özü də yuxarı binada qalan filan oğlanla gəzir? İnanın, şokda idim. Gözlərim bərələ donub qalmışdım. Bu isə durmadan davam edirdi: “Hə, hə... özüm görmüşəm. Hər gün bəlli saatda maşınla gəlib, bunu da özü ilə götürüb aparır, sonra da işlərini görüb qayıdırlar. Özü də arvadıma hər görüşdən sonra 100 dollar pul verir. Yəqin qiyməti budur”.
Bunu dedi və başladı uşaq kimi ağlamağa. Sonra da indi xatırlamadığım nə isə bənzər, gic- gic şeylər danışıb yuxuya getdi...
Mənimsə 9 yaşlı, hələ fahişənin belə nə olduğunu əxz edə bilməyən beynim dumanlanmışdı. Qarşımdakı insana nifrət edirdim. Hətta bir anlıq bu mundar məxluqatı evimizə düşürən atama da nifrət edirdim...
Ayrıca, mövzunun ən kritik və kuryoz tərəfi bilirsinizmi nə idi? Nurəddinin xanımı Vüsalənin 60 yaşında, üstəgəl şikəst olması. Onun hər iki döşünü xərçəng səbəbilə amputasiya etmişdilər.
Mən isə çox-çox sonralar biləcəkdim ki, alkoqolizmin demə belə bir mərhələsi də varmış: Yaxınlarını, doğmalarını şərləməyə, onlara iftira etməyə, hallusinasiyalar görməyə başlayırsan. Həm də çox iyrənc bir formada...!
... Əlqərəz, içki, alkoqol növbəti möhürünü də beynimə məhz beləcə vurdu...
***
İndi, bəzən toyda-nişanda, evində, kənarda eşşək kimi (ifadəmə görə çox-çox üzr istəyirəm) içənlərə baxıram.
Elə bilirəm, yenə kimsə yerə yıxılacaq. Elə bilirəm yenə kimsə eynən Aysel kimi atasının üstündəki qusuntunu təmizləyib yalvarışlı, kövrək səsi ilə “papa, noolar bir də içmə”- deyəcək.
Bəzən toyda-nişanda, evində, kənarda eşşək kimi içənlərə baxıram...
Elə bilirəm yenə kimsə namuslu xanımını bir an içində fahişəyə çevirib ona 100 dollar qiymət qoyacaq...
Aktual.az üçün
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM