Bu gün, Rusiyanın tam bir sıra ölkələrlə münasibətlərinin möhkəmliyinin sınaqdan keçdiyi bir vaxtda ənənəvi qarşılıqlı ehtirama əsaslanan Rusiya-Azərbaycan tərəfdaşlığı inkişaf etməyə davam edir və çoxşaxəli xarakter daşıyır. AZƏRTAC xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun sədri Dmitri Savelyev Moskvada keçirilən “Moskva-Bakı oxu: Qafqazın yeni geosiyasətinə doğru” mövzusunda konfransda söyləyib.
Rusiyalı deputatın fikrincə, hər iki ölkə mədəniyyət, iqtisadiyyat və siyasət sahələrində səmərəli qarşılıqlı fəaliyyət göstərir. Rusiya-Azərbaycan münasibətlərinin müqavilə-hüquq bazası hazırda 200-dən çox dövlətlərarası, hökumətlərarası və regionlararası sazişi əhatə edir, iki dövlətin liderlərinin, işçi qruplarının və rəsmi nümayəndə heyətlərinin hər bir görüşü ölkələrimiz arasında münasibətlərin daha da möhkəmlənməsinə xidmət edir. Rusiya cənub qonşusunun simasında uzunmüddətli aydın qaydalarla oynayan güclü və etibarlı tərəfdaş tapıb.
D.Savelyev deyib: “Bu, ilk növbədə iqtisadi əlaqələrə aiddir: Rusiya ilə Azərbaycan arasında azad ticarət rejimi fəaliyyət göstərir, qarşılıqlı investisiyalar milyardlarla dollar həcmindədir, artıq çoxdan sadə xarici-ticari əməliyyatlardan birgə layihələrin reallaşdırılması mərhələsinə keçmişik ki, bunlardan da ən əhəmiyyətlisi İranla birlikdə həyata keçirilən “Şimal-Cənub” nəqliyyat meqalayihəsidir. Rusiya-Azərbaycan mədəni mübadiləsi intensivdir, xalq diplomatiyası amili ölkələrimizin münasibətlərində ictimai rəy formalaşdırmağa və siyasi proseslərə təsir göstərməyə qadir olan real qüvvəyə çevrilib”.
Deputat vurğulayıb ki, 25 illik müstəqillik dövründə respublika iqtisadi, resurs, demoqrafik və xarici siyasət potensialı sayəsində nəinki Cənubi Qafqazda lider mövqelər tutmağa müvəffəq olub, eyni zamanda istər regionda sülhün və sabitliyin möhkəmlənməsi, istərsə də transregional qarşılıqlı fəaliyyət üçün öz unikal coğrafi mövqeyindən istifadə edə bilib.
Azərbaycan çoxdan sübuta yetirib ki, müstəqil və tarazlaşdırılmış xarici siyasət yürütməyə qadirdir. Bu amilin ölkənin inkişafı üçün böyük perspektivlər açdığını vurğulayan D.Savelyev deyib: “Azərbaycan getdikcə daha tez-tez dünyanın üç güc mərkəzi - Rusiya, Türkiyə və İran arasında geosiyasi vasitəçiyə çevrilir. İki il əvvəl Rusiyanın hərbi təyyarəsi Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən vurulanda və bu hadisə Rusiya-Türkiyə böhranının başlanmasına səbəb olanda məhz Azərbaycan rəhbərliyi münaqişə edən tərəflər arasında vasitəçi olmaq, böhrandan çıxış yolu tapmaq və Rusiya-Türkiyə münasibətlərinin bərpa olunmasına kömək etmək üçün mümkün olan hər şeyi etdi və bunun sayəsində dünyanın siyasi arenasında Azərbaycanın nüfuzu daha da artdı”.
Hazırda çoxşaxəli Rusiya-Azərbaycan əməkdaşlığı güclü yüksəliş dövrü yaşayır, dövlətlərarası səviyyədə əlaqələrin intensivliyi təsdiq edir ki, ölkələrimiz bu tərəfdaşlığın möhkəmlənməsində eyni dərəcədə maraqlıdırlar. Rusiyalı siyasətçi fikrini bu sözlərlə tamamlayıb: “Ölkələr öz münasibətlərini hər hansı süni siyasi kombinasiyalar əsasında deyil, “biz qonşuyuq və mehriban qonşuluq ənənələrini möhkəmləndirməklə həmişə yanaşı yaşayacağıq” prinsipini dərk edərək qururlar”.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM