Təhsil Nazirliyinin Aparat rəhbəri vəzifəsi səlahiyyətlərini icra edən Elnur Əliyevin APA-ya müsahibəsi
– Transfer.edu.az elektron hansı zərurətdən yaranıb?
– Azərbaycan prezidenti İlham Əliyev tərəfindən vətəndaş məmnunluğunu təmin etmək, şəffaflıq və operativlik kimi əsas vəzifələr bütün dövlət qurumları qarşısında bir tələb olaraq qoyulub. Təhsil Nazirliyi tərəfindən də təqdim edilən elektron xidmətlər bu sahədə şəffaflığın, operativliyin daha yüksək səviyyədə təminatına imkan yaradır. Bildiyiniz kimi, ali təhsil müəssisələrinə köçürülmə prosesinin sadələşdirilməsi və şəffaflığın təmin edilməsi məqsədi ilə 2016-cı ildən Təhsil Nazirliyitərəfindən transfer.edu.az portalı istifadəyə verilib. Təhsilalanlar artıq iki ildir ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülmək üçün heç bir kənar müdaxilə olmadan bu portalın imkanlarından yararlanırlar.
– Transfer.edu.az portalından istifadə mexanizmi necədir?
– Portaldan ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülmək, ixtisasını dəyişmək istəyənlər, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələrinin tələbələri, magistratura səviyyəsində təhsilalanlar istifadə edə bilər. Transfer.edu.az portalına müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına malikdir. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyənləşdirə bilərlər.
– Köçürülmək istəyən tələbələr əsasən hansı qaydalara diqqət yetirməlidirlər ?
– Tələbələrin bir ali təhsil müəssisəsindən digər ali təhsil müəssisəsinə, yaxud bir ixtisasdan digərinə köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə həyata keçirilir. İldən-ilə portalın fəaliyyəti daha da təkmilləşdirilir və tələbələrin rahatlığı üçün yeni imkanlar yaradılır. “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsili üzrə təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair müvəqqəti Qaydalar” bu il daha da təkmilləşdirilib və liberallaşdırılıb. Nəticədə bu il portalın imkanlarından yararlanan tələbələrin sayı əhəmiyyətli dərəcədə artıb. Ümumilikdə 1484 tələbə portaldan istifadə edərək öz seçimlərini edib. Bu il portal vasitəsilə 805 tələbə yerli, 21 tələbə isə xarici universitetlərdən köçürülüb. Həmçinin orta-ixtisas təhsili müəssisəsində təhsil alan 107 nəfər, magistratura səviyyəsində təhsil alan 4 tələbə də bu portalın imkanlarından yararlanıb. Bir daha qeyd edilməlidir ki, bu fəaliyyətin ana məqsədi vətəndaş məmnunluğu və rahatlığı, o cümlədən şəffaflığın təminatı sahəsində Təhsil Nazirliyinin üzərinə düşən məsuliyyətdir.
– Hazırda akkreditasiyası bitmiş bu universitetdə təhsilini davam etdirən tələbələrə hansı tövsiyələr verərdiniz?
– Bildiyiniz kimi, 2016-cı ildə “Təfəkkür” Universitetinin akkreditasiya müddəti bitib. Həmin səbəbdən bu ali məktəb 2016-2017-ci tədris ilində akkreditasiyası keçiriləcək təhsil müəssisələrinin qrafikinə salınıb, müvafiq Akkreditasiya komissiyası yaradılıb və müvafiq tədbirlərin görülməsinə başlanılıb. Lakin “Təfəkkür” Universitetinin rəhbərliyi ötən ilin oktyabr ayında Təhsil Nazirliyinə müraciət edərək maliyyə problemləri ilə əlaqədar Təsisçilər Şurasının 2017-ci ilin iyul ayından universitetin fəaliyyətinin dayandırılması barədə qərar qəbul etdiyini bildirib. Buna uyğun olaraq, universitet akkreditasiyadan keçmədiyi üçün ali təhsil müəssisəsinə tələbə qəbulu proqnozlaşdırılmayıb. Yay tətili ərzində universitetin 190 tələbəsi ümumi qaydada transfer.edu.az portalından istifadə etməklə digər ali təhsil müəssisələrinə köçürülüb. Bununla yanaşı təhsil hüquqlarını təmin etmək üçün mövcud qanunvericiliyə uyğun olaraq portala müraciət etməyən və hazırda Təfəkkür Universitetində təhsillərini davam etdirən tələbələrə digər ali təhsil müəssisələrinə köçürülmək üçün yenidən imkan yaradılacaq. Həmin tələbələr bu məqsədlə transfer.edu.az portalına müraciət edə bilərlər. Təfəkkür Universiteti akkreditasiyadan keçmədiyi üçün universitetin tələbələrinə ali təhsil haqqında diplom verilməyəcək.
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM