Təhsil hər bir cəmiyyətin bünövrəsi və eyni zamanda gələcəyidir. Müasir dövrümüzdə beynəlxalq müstəvidə dövlətlərin reytinqi də ilk növbədə təhsilə, insan kapitalına ayırdığı diqqət və məsrəflə sıx bağlıdır. Heç də təsadüfi deyil ki, ölkələrin inkişaf səviyyəsində İnsan Kapitalı İndeksi getdikcə hətta iqtisadi göstəricilərdən belə üstün tutulur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ortaya qoyulmuş "qara qızılı insan kapitalına çevirmək'' prinsipi dövlətimizin qarşısında dayanan ən əsas vəzifələrdən biridir və bu istiqamətdə davamlı şəkildə addımlar atılır. Azərbaycan təhsilə böyük sərmayə qoyur. Sovetlər İttifaqının dağılmasından sonra bütün digər sahələrdə olduğu kimi təhsil sahəsində də ciddi böhran var idi. Bu böhran müstəqilliyini yenicə qazanmış bir sıra ölkələrdə təhsil səviyyəsinin kəskin düşməsinə, paralel olaraq radikal meyllərin artmasına gətirib çıxarmışdı. Azərbaycanda isə hazırda savadlılıq səviyyəsi 100 faizə yaxındır. Son on ildə ölkəmizdə 3 mindən artıq yeni məktəb tikilərək istifadəyə verilib və ya əsaslı təmir olunub.
Hərbi xuntanın diktəsi altında yaşayan Ermənistanda isə vəziyyət olduqca acınacaqlıdır. Xunta rejiminin rəsmi açıqlamalarına görə bu il Ermənistan ictimaiyyəti yeni tədris ilini 13 məktəbin bağlanması ilə qarşılayacaq. Belə görünür ki, əsas məqsədi islahatlar aparmaqla Ermənistanı pis vəziyyətdən çıxarmaq olan Baş Nazir Karapetyan da islahatı məktəbləri bağlamaqda görür. Karapetyanın sözlərinə görə "ölkədə məktəblərin məşğulluğu və yükü çox fərqlənir və bu da məsrəflərin böyük ölçüdə artmasına səbəb olur, əvəzində isə məhsuldarlıq artmır''. Buna görə də hansı məntiqləsə məhsuldarlığı artırmaq üçün xərcləri azaltmağı düşünə biliblər.
Məktəblərin bağlanması və ya ixtisar olunması Ermənistan cəmiyyətində 2 mühüm tendensiyasını göstərir və hərbi xuntanın yalanlarını ifşa edir. Birincisi, məktəblərin bağlanması ilk növbədə şagird və ümumiyyətlə insan çatışmamazlığı ilə bağlıdır. Heç kimə sirr deyil ki, Ermənistanda demoqrafik böhran yaşanır. Hər il 90-120 min arasında insan ölkəni tərk edir. Suriyadan gələn qaçqınlar hesabına bu boşluğu doldurmaq istəyən rəsmilərin planları baş tutmur. Rəsmi məlumatlara görə Ermənistan indiyədək Suriyadan 22 000 miqrant (əsasən erməni əsilli) qəbul edib. Ancaq bu axın belə demoqrafik balansa təsir etməyib. Çünki Suriya erməniləri üçüncü ölkələrə qaçmaq üçün dərhal Avropa səfirliklərinə müraciət edirlər. Bunu Ermənistanda olan diplomatik korpus nümayəndələri də dəfələrlə açıq bildiriblər. Ermənistanın demoqrafik gələcəyi böyük şübhə altındadır. Ölkədən qaçanların sayı hər il artır, təbii artımın səviyyəsi isə azalır. Əgər bu il bağlanan məktəb sayı 13 idisə, keçən il ölkədə 10-dan çox məktəbdə birinci sinfə gedən şagird olmamışdı. 2016-cı ildə əvvəlki illə müqayisədə ali məktəbə daxil olanların sayı birdən-birə 6 min nəfər azalaraq cəmi 10 min nəfər olmuşdur. Bu isə davamlı demoqrafik tənəzzülü göstərir. Müqayisə üçün qeyd edək ki, ilkin proqnozlara görə Azərbaycanda 2050-ci ilədək əhalinin 12 milyon nəfər olacağı gözlənilir.
İkincisi isə Ermənistanda məktəblərin bağlanması ölkənin acınacaqlı iqtisadi vəziyyətini və hakimiyyətin bu sahəyə diqqətini göstərir. Bu həm də hazırkı tədris ilində məktəblərin ixtisar olunmasını məhsuldarlığı artırmaq kimi təqdim edən hərbi xunta rejiminin yalanlarını ifşa edir. Belə ki, Ermənistan Prezidentinin gündəlik iş qrafikinə nəzər saldıqda məktəblərin açılması ərəfəsində heç bir yeni tədris müəssisəsinin açılışına rast gəlinmir. Halbuki, Azərbaycanda yeni tədris ili əlaqədar ölkə Prezidenti təkcə Bakıda çoxsaylı açılışlarda iştirak etmişdir. Yeni tədris ili ərəfəsində Ermənistan rəhbərliyinin bircə məktəb açılışı belə edə bilməməsi ixtisarların əsl səbəbini göstərir və yalanları ifşa edir.
Beləliklə, Ermənistanda iqtisadi tənəzzül ölkənin demoqrafik gələcəyini sarsıtmışdır. İşğalçı rejim Ermənistan ictimaiyyətini düşünmür. Bütün dünyadan diləndikləri vəsaitləri isə işğal etdikləri Dağlıq Qarabağa yönəldirlər. Əslində bu məqam sadə Ermənistan vətəndaşlarını da qıcıqlandırır. Necə ola bilər ki, İrəvanda bir məktəbi təmir edə bilməyən hərbi xunta Azərbaycanın işğal olunmuş torpaqlarında kursant məktəbinin bünövrəsini qoyur. Fikrimizcə, Ermənistanın özündə də rejimin yalan və boş vədlərindən cana gəliblər. Demoqrafik göstəricilər isə gələcəyin işartılarıdır. Azərbaycanda açılan, Ermənistanda isə bağlanan məktəblər hər keçən il daha da artmaqdadır. Ermənistanda sadə vətəndaşların işğalçı rejimə daha nə qədər dözəcəyi isə dumanlı görünür.
Ərəstü Həbibbəyli,
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının
Xarici siyasət məsələləri şöbəsinin müdir müavini
Strategiya.az
Bakıda yeni dələduz peyda oldu: bu qadın görün nələr edib – VİDEO
TƏHLÜKƏ: Şagirdlər qapısı açıq avtobusdan sallanaraq gedir - VİDEO
Cahangir Hacıyevin arvadınadan 21 milyon dollarlıq xəbər - VİDEO
Bakıda DƏHŞƏT: Sahibsiz itlər azyaşlılara hücum çəkdi - VİDEO
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM