Əbədiyaşar Üzeyir dünyası

09:47 / 18.09.2017

Üzeyir Hacıbəyli - öz böyüklüyü və əsilzadəliyini yaşadan bu ad nəinki xalqının tarixində, hətta dünya tarixində əbədi olaraq onu heykəlləşdirib. Əbəs yerə deyilməyib, insan sahib olduqlarının deyil, reallaşdırmaq istədiklərinin cəmidir. Üzeyir bəyin getdiyi yol uğur yolu idi, ancaq o, çatacağı məkanının ünvanını heç vaxt düşünmürdü. Dahilərin bioqrafiyası qısa olur, çünki onların bütün həyatı yaradıcılıqlarındadı. Üzeyir bəy də belə şəxsiyyətlərdəndi. Onun taleyi öz millətinin taleyi ilə sıx bağlıdı. Bu səbəbdən Üzeyir bəyin mənəvi ömrünün mənsub olduğu xalqının ömrü qədər yaşamaq haqqı var. Şübhəsiz ki, o, həmişə yaşayacaq. Üzeyir Hacıbəyli böyüklüyünün və istedadının sanbalını heç bir riyazi düsturla tam olaraq ifadə etmək mümkün deyil. Bəlkə də ona görə dahilərin ömrü ideyalarının ömrü ilə ölçülür. Çünki Üzeyir bəy, həm də köksündə çağlayan saysız-hesabsız həyata keçirə bilmədiyi ideyaların müəllifi kimi xatırlanır. O, hətta bir əsr də yaşamış olsaydı, yenə də onun yaradıcılıq xəzinəsi tükənməz olaraq qalacaqdı. Üzeyir bəyin yaradıcılıq həyatı ucaltdığı hər böyük abidənin arakəsmələrində tarixlərə daşınacaq. Üzeyir dünyası müxtəlif və mürəkkəb dövrlərin ənginliklərindən keçən həyat yolu və əbədiyaşar yaradıcılıqla möhürlənib. Əlbəttə ki, bu yolda özünün də dediyi kimi, onun ilk müəllimi dayısı Ağalar bəy Əliverdibəyovin əvəzsiz xidmətləri olub. Ümumiyyətlə, Üzeyir Hacıbəylidən danışarkən onu böyük musiqiçi alim kimi deyil, eyni zamanda, yüksək intellektual savada malik pedaqoq, ictimai-siyasi xadim, ən əsası ruhunda və qəlbində millətinin məhəbbətini daşıyan əsil vətəndaş kimi xarakterizə eləmək mümkündür. Bu gün dahi sənətkarın şedevr yaradıcılıq xəzinəsi onu dünyada bütün mənalarda yaşadır. Hazırkı musiqi mədəniyyətimizin ekspozisiyasına nəzər saldıqda belə, Üzeyir Hacıbəyli məqamının əlamətlərini bütün təfsilatı ilə hiss edirik. Unudulmaz böyük bəstəkarın milli musiqimizdəki izi təkrarolunmazlıq mücəssəməsidir. Üzeyir bəyin adını daşıyan Dövlət Simfonik Orkestri, Bakı Musiqi Akademiyası, ev muzeyi və yaradıcılığı ilə bağlı yazılan kitablar, tədqiqat işləri, eyni zamanda onunla bağlı çap edilən ensiklopediya bəstəkarın şəxsiyyətinə və yaradıcılığına verilən ən ali dəyərdir.

Ümummilli lider Heydər Əliyevin müvafiq Sərəncamına əsasən, 18 sentyabr - Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Ölkəmiz onun adını daşıyan beynəlxalq musiqi festivalına ev sahibliyi edir. Festival çərçivəsində dünyanın hər bir yanından ən qabaqcıl və aparıcı orkestrlər tam heyəti ilə ölkəmizə gəlir, Üzeyir bəyin əsərlərini səsləndirir, həmçinin onun xatirəsinə ehtiramlarını bildirirlər. Ənənəvi olaraq bu il də ölkəmiz bu festivala hazırlaşır. Üzeyir Hacıbəyli yaradıcılığı və dövrü ilə tanış olmaq arzumuz festival öncəsi bizi onun adını daşıyan ev muzeyinə gətirdi.

Cəbhəyə kömək məqsədilə öz şəxsi

vəsaitindən 100 min rubl ayıran bəstəkar

Üzeyir Hacıbəylinin ev muzeyində olan hər bir azərbaycanlı burda özünü çox qururlu və rahat hiss edir. Hər iki hissin fövqündə fəxarət və milli mənsubiyyət amalı dayanır. Muzeyin ekspozisiya şöbəsinin müdiri Gülnarə Ələsgərova bizi Üzeyir Hacıbəyli dünyası ilə yaxından tanış edir. Muzeylə ilk tanışlığımız dahi bəstəkarın yaradıcılıq otağından başladı. Burada bəstəkarın istifadə etdiyi saatdan dirijorluq çubuğunadək bütün əşyalar bizi ruhən Üzeyir bəyin yaşadığı dövrə apardı. Onun yarımçıq qalmış “Azərbaycan” simfonik poemasının yerləşdiyi yaradıcılıq masasının səliqəsi heç də pozulmayıb. Bu, Üzeyir bəyin sonuncu işidir, cəmi üç səhifə nota alıb. Otaqdakı divarından asılmış və əqrəbləri 14:00 göstərən saat sanki Üzeyir bəyi gözləyir. Bəstəkar bu dünya ilə vidalaşdığı 1948-ci il oktyabrın 23-ü tarixindən bu günədək Üzeyir bəyin divar saatı da onun kimi zamanla vidalaşıb. Çünki o, eyni tarixdə və eyni saatda haqq dünyasına qovuşduğundan bacısı oğlu tərəfindən saat dayandırılıb. Diqqəti cəlb edən sənətkarın frakının-dirijorluq libasının bir qəribəliyi var. Ona diqqətlə baxanda Üzeyir bəyin qoxusunu, təravətini hiss edirsən. Muzeydə bir daha şahid oluruq ki, dahi bəstəkar dövrünün ən yüksək mükafatları və fəxri adlarına layiq görülüb. 

G.Ələsgərova bizi digər otaqdakı masaüstü güzgü ilə tanış etdikdə məlum oldu ki, bu, Xurşudbanu Natəvana məxsusmuş. X.Natavanın nəticəsi Leyla Usmiyeva Üzeyir bəyin vəfatından sonra Natəvana aid güzgünü və çini qabdan olan aş sinisini muzeyə təhvil verib. Bundan başqa, muzeydə o vaxtkı SSRİ rəhbəri Josef Stalinin İkinci Dünya müharibəsindən sonra Üzeyir Hacıbəyliyə ünvanlandığı və qapalı şüşə vitrində saxlanılan minnətdarlıq teleqramı diqqəti çəkir. Muzeyin ekspansiya şöbəsinin rəhbəri deyir ki, 1944-ci ildə Üzeyir bəy cəbhəyə kömək məqsədilə öz şəxsi vəsaitindən 100 min rubl ayırır ki, ona bir tank alınsın. Ona görə də J.Stalin bəstəkarın bu addımını yüksək qiymətləndirib, ona şəxsən təşəkkür teleqramı göndərib. Bu gün muzey kimi yanaşdığımız bu tarixi ocaq vaxtı ilə qonaq–qaralı ev olub. Hər gün bu ocaqda tamamilə yad olan adamlar çörək kəsiblər. Hətta evdə qonaq olmayanda Üzeyir bəy həmin gün çox narahat olurmuş. Məcburi şəkildə evdəkilərə deyirmiş ki, gedin məhəllədən keçən üstü-başı nimdaş geyimli kimi görürsəniz gətirin evə. Üzeyir Hacıbəyli evinə təşrif buyuran yetimlərin, kasıb insanların qarnını doyurar, imkan dairəsində ciblərinə pul da qoyarmış. O, eyni zamanda tələbələrinə də ata qayğısı göstərirmiş. Həqiqətən bu tarixi ocaq ensiklopedik olduğu qədər, həm də müqəddəs məkandır. Burda olan hər bir kəs dahi şəxsiyyətin sənət dünyasına, həyatına, keçdiyi ömür yoluna olduqca yaxınlaşır, sanki bu evdə vaxtı ilə yaşananların canlı şahidinə çevrilir.

Üzeyir bəyin əsərləri dörd qitənin

ən məşhur sənət ocaqlarında

Müxtəlif janrlarda şah əsərlər yaratmaq hünərdirsə, janrın özünü yaratmaq yüz qat hünərdir. Üzeyir Hacıbəyli nəinki müxtəlif janrlarda ən yüksək əsərlər yaradıb, o həm də musiqiyə tamamilə yeni nəfəs gətirib. Üzeyir Hacıbəylinin elmi-nəzəri məqalələri, “Azərbaycan xalq musiqisinin əsasları” monoqrafiyası milli musiqi elmimizin inkişafına qiymətli töhfədir. O deyirdi: “Musiqini elə yazmaq lazımdır ki, onu zövqü korlanmış bir qrup adam deyil, bütün xalq başa düşsün”. Təsadüfi deyil ki, dahi bəstəkarın əsərləri Avstraliya qitəsi istisna olmaqla, dünyanın dörd qitəsinin ən məşhur sənət ocaqlarında səhnəyə qoyulub. 

Muzeyin divarlarından asılan orijinal afişalar bura gələn bütün qonaqlara Üzeyir bəyin yaradıcılıq dünyasının əlçatmazlığından xəbər verir. Onun “Ər və Arvad”, “O olmasın bu olsun” və dünyanın 70 dilinə tərcümə edilən, 4 dəfə Azərbaycanda və 1 dəfə Amerikada ekranlaşdırılan “Arşın mal alan” operettasının orijinal tablosunun rəngi heç də solmayıb. “Leyli və Məcnun”, “Rüstəm və Zöhrab”, “Harun və Leyla”, “Şah Abbas və Xurşudbanu”, “Əsli və Kərəm” “Şeyx Sənan” və sonuncu “Koroğlu” operasının kiçik tablolarının səliqəsi yerindədir. Bəstəkarın əsərləri ilə maraqlandığımız zaman məlum oldu ki, 10 iri həcmli əsərindən cəmi birinin sözlərini Üzeyir bəy özü yazmayıb. Bu “Koroğlu” operasıdır ki, onun sözlərini dramaturq Heydər İsmayılov yazıb. Operadakı şeirlərin müəllifi isə görkəmli şair Məmməd Səid Ordibadidir.

Üzeyir Hacıbəylinin cənazəsi Mircəfər Bağırovun çiynində

Üzeyir bəyin anası Şirinbəyim xanım Əlverdibəyov mədrəsə təhsilli, atası Əbdülhüseyn Hacıbəyov isə öz dövrünün savadlı, ziyalı şəxslərindən olub. Üzeyir bəyin atası Xurşidbanu Natəvanın şəxsi mirzəsi olmaqla yanaşı, həm də xan qızının Ağcabədidə olan təsərrüfatına rəhbərlik edib. Üzeyir bəyin iki qardaşı (Zülfüqar, Ceyhun) və iki bacısı (Abuhəyat, Sayad) olub. Bəstəkarın böyük qardaşı Zülfüqar Hacıbəyovun da iki övladı olub - maestro Niyazi və Çingiz. Onların heç birinin övladı olmayıb. Bacıların hər ikisinin həyat yoldaşı vaxtsız vəfat edib. Sayad xanımın dörd övladı olduğundan Üzeyir bəy onları öz himayəsinə alır və təlim-tərbiyələri ilə məşğul olmağa başlayıb. Bəstəkarın həyat yoldaşı Məleykə xanım Telequlova tatar qızı olub. İxtisasca rus dili müəllimi olan Məleykə xanım bir neçə il məktəb direktoru vəzifəsində çalışıb. Üzeyir bəyin vəfatından sonra 18 il yaşayan Məleykə xanım ona məxsus bütün əşyaları toplayaraq bir yerə yığıb. Bu gün onun sayəsində bəstəkarın adını daşıyan ev muzeyində həmin əşyalar ən dəyərli nümunələr kimi ziyarətçilərə təqdim olunur. Muzeydə dahi bəstəkarın vəfatı zamanı çəkilmiş fotolar da ekspozisiyanın bir hissəsidir. 1948-ci ildə vəfat edən Üzeyir Hacıbəylinin dəfnində görünməmiş izdiham yaşanıb. Onun cənazəsi Bülbülün ifasında “Sənsiz” romansının sədaları altında qaldırılaraq Fəxri xiyabanda dəfn olunub. Şəkillərdən də görünür ki, Mircəfər Bağırov bəstəkarın dəfnində şəxsən iştirak edib, hətta o, cənazəni öndə götürənlərdən biri olub.

Yaradıcılığı və şəxsiyyəti bir-birini tamamlayan dahi

Ev muzeyini gəzdikcə insan mənən saflaşır. Sanki müqəddəs bir məkanı, yeri, ən əsası, saf, əməlləri ilə xalqına baş ucalığı gətirən bir kişini, sənət fədaisini ziyarət etməkdən qürur duyur və bu hissi yaşamağından həzz alırsan. Bir daha anlayırsan ki, Üzeyir Hacıbəyli sözün həqiqi mənasında Azərbaycan musiqisinin baş tacıdır. Bütün ömrü boyu Azərbaycan mədəniyyətinə, musiqisinə xidmət edən bu unudulmaz şəxsiyyət 300-dən çox xalq mahnısını nota salaraq, marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor əsərləri yazıb, yaradıb. O, Azərbaycan musiqisində köklü dönüş yaratmış əsl dahidir. Bu gün adını çox iftixarla qeyd etdiyimiz Üzeyir Hacıbəyli Azərbaycan musiqi mədəniyyəti tarixində yeni inkişaf yollarının və milli bəstəkarlıq məktəbinin özülünü qoymaqla yanaşı, Azərbaycan musiqisi tarixində ilk opera, ilk musiqili komediya və bir sıra digər janrlarda, ilk nümunələrin yaradıcısı kimi xatırlanır. 

Bu gün anadan olmasının 132-ci ildönümünü qeyd etdiyimiz unudulmaz sənətkarımız Üzeyir Hacıbəyli mənsub olduğu millətin qəlbində elə bir zirvə fəth edib ki, o zirvəyə qalxmaq hər insana nəsib olmur. Yaradıcılığı ilə şəxsiyyəti bir-birini tamamlayan dahi bəstəkara olan sonsuz sevgi tükənməzdir. Bu sevgini qazanmağın xoşbəxtliyini yaşamaq Üzeyir bəyin qismətinə düşdü.

Ceyhun Alışlı


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM