İŞİD-dən təmizlənən ərazidə tapılan 3 yaşlı azərbaycanlı oğlan: "Papa, mama ölüb"
Bəzən azərbaycanlılar bir-birilərinə ritorik suallar ünvanlayırlar: Axı Yaxın Şərqdə, İraqda, Suriyada olanlardan mənə nə?!
Əlbəttə, özünü bir dünya vətəndaşı deyil, 86 600 km²-lik (20%-i işğal olunub) əraziyə malik Azərbaycan vətəndaşı hesab edənlərə başqa ölkələrdə baş verənlərin elə də dəxli yoxdur. Amma inkişaf etmiş müasir dünyada belə bir anlayış var ki, zorakılıq, qətllər, insan hüquqlarının pozulması heç bir dövlətin, fərdin daxili işi, şəxsi məsələsi deyil.
Əgər uzaqda baş verən zorakılığın, qətliamın, terrorun qarşısı alınmazsa, o, sərhədlərinə qədər gələr, sənin doğmalarını, əzizlərini də öz ağuşuna alar. Necə ki, özünü "İraq-Şam İslam Dövləti" (İŞİD) adlandırmış terror şəbəkəsi, nəzarətsiz qalmış İraq ərazilərində və Bəşər Əsəd rejiminə tabe olmayan Suriya torpaqlarında silahlı paramilitar terror qruplaşmaları tərəfindən qurulsa da (3 yanvar 2014-cü il tarixində "müstəqilliyini", 29 iyun 2014-cü il tarixində isə yeni "Xilafət" yarandığını elan edib-m.), qısa müddətə bütün dünyaya qorxu yaymağa nail oldu.
Başda Türkiyə olmaqla, qonşu dövlətlərdə, eləcə də bütün Avropada terror xofunu yaratdı. Minlərlə insan həlak oldu, milyonlarla adam qaçqın düşdü. Nə qədər uşaq nə baş verdiyindən və gələcəyindən xəbərsiz bir şəkildə öldü, nə qədəri də ata-ana sevgisini görmədən sığınacaqlarda, uşaq evlərində böyüyəcək.
İŞİD-in bu qorxunc şər maşınının təkərlərinin izləri zaman-zaman Azərbaycanda da görünməkdədir. Biz tez-tez həmvətənlərimizin İŞİD sıralarına qoşulduğunu, onun naminə döyüşmək üçün müxtəlif yollarla Suriyaya, İraqa gedib çıxdığını eşidirik. Bəzən insanlar ağılsızcasına, onları gözləyən dəhşətlərin fərqinə varmadan öz körpə uşaqlarını da götürüb İŞİD-in nəzarətindəki ərazilərə gedirlər. Özlərinin və uşaqlarının həyatını təhlükəyə atırlar.
Bəzən özləri, bəzənsə uşaqları bu ağılsız savaşın qurbanına çevrilirlər. Bəzənsə özləri ölür, azyaşlı körpələri isə ya İŞİD barbarlarının əlində məhv olur, ya da yad sığınacaqlarda kimliklərindən xəbərsiz yaşamağa davam edirlər. O uşaqlar keçmişlərindən və gələcəklərindən xəbərsiz bir halda, taleyin ümidinə buraxılırlar.
Bu yazının içərisində izləyəcəyiniz videodakı iki körpə də, valideynlərinin məsuliyyətsiz davranışları ucbatından uzaq ölkədə kimsəsiz qalmış uşaqlardandır. Onlar müharibədə doğmalarını itirərək valideyn himayəsindən məhrum olublar və Bağdaddakı uşaq sığınacağında məskunlaşıblar.
RT telekanalının əməkdaşları iki yaşlı Xədicə və üç yaşlı Abdullanı həmin sığınacaqda çəkiblər. Valideynləri onları "İslam dövləti"nin nəzarətində olan ərazilərə aparıblar. Uşaqlar özləri haqqında heç nə deyə bilmirlər. Amma, danışığından da aydın görünür ki, bu qardaş-bacı azərbaycanlı uşaqlardır.
"Biz bu kadrları Bağdaddakı sığınacaqda çəkmişik. Onları bu sığınacağa sentyabrın 12-də Təl-Afərdən gətiriblər. Onların şəkillərini mənə əvvəlcə Ziyad Səbsəbi (Ramzan Kadırovun Federasiya Şurasındakı nümayəndəsi. O, İŞİD-in nəzarət etdiyi ərazilərdəki bütün uşaqları toplayaraq Rusiya Federasiyasına göndərir-m.) göndərmişdi" – deyə telekanalın əməkdaşı Sputnik Azərbaycan-a bildirib.
Onun bizə təqdim etdiyi videodan da göründüyü kimi, müxbir uşaqlardan rus dilində "Sonuncu dəfə ata və ananı nə vaxt görmüsən?" (Когда в последний раз видел папу и маму?) sualına Abdulla "papa-mama ölüb" deyə cavab verib. "Bəs nənə, baba? Onları görmüsən?", "Sənin yaşadığın şəhər necə adlanır?" suallarına isə Abdulla başını yelləyərək "bilmirəm" cavabı verib.
Bundan əlavə, balaca Abdulla ətrafdakı digər uşaqlarla Azərbaycan dilində danışır, onlara nəsə anlatmaq, soruşmaq istəyir. Həm də çox sərrast azərbaycanca…
Telekanalın əməkdaşları xahiş edirlər ki, əgər bu videodakı uşaqları tanıyan varsa, onlara xəbər versinlər. Sputnik Azərbaycan bu uşaqları və ya qohumlarını tanıyanlardan [email protected], [email protected] ünvanlarına, eləcə də Sputnik Azərbaycan-ın "Facebook" (və ya bu) ünvanlarına, habelə redaksiyanın saytda göstərilən şəhər telefonları vasitəsi ilə də məlumat verməyi xahiş edir.
Biz bu uşaqları xilas edə, ölkəmizə gətirib doğmalarına təhvil verə, yaxud da öz ölkəmizdəki uşaq evlərində böyümələrinə kömək edə bilərik!
Strategiya.az
Bakıda yeni dələduz peyda oldu: bu qadın görün nələr edib – VİDEO
TƏHLÜKƏ: Şagirdlər qapısı açıq avtobusdan sallanaraq gedir - VİDEO
Cahangir Hacıyevin arvadınadan 21 milyon dollarlıq xəbər - VİDEO
Bakıda DƏHŞƏT: Sahibsiz itlər azyaşlılara hücum çəkdi - VİDEO
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM