Musiqili Teatrda Bərdia Kiyarəsin məşqləri

14:38 / 20.09.2017

 

Bir neçə gündür ki, ölkəmizdə Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı keçirilir. 26 sentyabra qədər davam edəcək bu nüfüzlu festivalda Azərbaycan Dövlət Musiqili Teatrı da iştirak edəcək. Qurumun mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, Musiqili Teatr festival çərçivəsində dahi Üzeyir Hacıbəylinin iki əsərini – 23 sentyabr tarixində “Arşın mal alan”, 24 sentyabr tarixində isə “O olmasın, bu olsun” tamaşalarını təqdim edəcək. Bu dəfə Dövlət Musiqili Teatrının Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalında iştirakının xüsusi bir özəlliyi var. Belə ki, festival çərçivəsində nümayiş olunacaq hər iki tamaşanı İran İslam Respublikasının tanınmış musiqiçilərindən biri, dirijor Bərdia Kiyarəs idarə edəcək.

Bu müasibətlə artıq bir müddətdir ki, Bakıda olan məşhur dirijorun Musiqili Teatrda orkestr və aktyorlarla kollektiv və fərdi məşqləri davam edir. “Musiqili Teatrın çox gözəl kollektivi var. Burada əsl yaradıcı mühitin şahidi oldum. Qızğın məşq prosesindəyik. Böyük Üzeyir Hacıbəylinin dünya şöhrətli əsərlərinə dirijorluq etmək həmişə mənim ən böyük arzum olub. İstəyirəm ki, hər şey yüksək səviyyədə olsun. İnanıram ki, çıxışımız tamaşaçıların ürəyincə olacaq. Boş vaxtlarımda Bakı ilə tanış oluram. Mən dünyanın müxtəlif ölkələrində olmuşam. Tam səmimi deyirəm ki, Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən biridir”, - deyə Bərdia Kiyarəs söyləyib.

Qeyd edək ki, B. Kiyarəs 1979-cu ildə anadan olub. 4 yaşında ikən atası ona sənturda ifa etməyi öyrədib. 12 yaşından Mehrdad Əli Ağa, İbrahim Lütfi, Behruz Vahidi Azər, Davud Fəlahəti, Maziar Zahirodini və Sefil Dehbasti kimi ustadlardan skripka dərsi almağa başlayıb. 1995-ci ildə Şiraz şəhərindəki Tehran Gənclər Orkestri ilə Vivaldinin "Dörd mövsüm" skripka konsertini ifa edib. 1997-ci ildən IRIB orkestrində birinci skripka kimi çıxış edib, simli və simfonik orkestr üçün pyeslər bəstələyib, kino və televiziya serialları üçün musiqilər yazıb. Daha sonarlar Tehranın müxtəlif musiqi kollektivlərində birinci skripkaçı və konsertmeyster kimi çıxış edib. Almaniyanın Köln şəhərində professor Koçutanın rəhbərliyi altında çalışıb. 2006-cı ildən İran Film Bəstəkarları Assosiasiyasının üzvüdür. 2004 və 2006-cı illərdə Almaniyanın Osnabrüek Festivalında çıxış edib. 2005-2007-ci illərdə Nouban Simli Orkestrində birinci skripkaçı olub. Pars Musiqi İnstitutunda, Tətbiqi Elm və Texnologiyalar Universitetində pedaqoji fəaliyyətlə məşğul olub. Dünya şöhrətli Daniel Barenboymun rəhbərlik etdiyi orkestrdə birinci skripkaçı kimi çıxış edib. İki təqaüdə layiq görülən Bərdia Kiyarəs Aksel, Vilezok kimi professorlardan ustad dərsləri alıb. Habelə 2010-cu ildə Berlin Operasında Jülyen Salemkurun ustad dərslərinin iştirakçısı olub.

Almaniya, Avstriya, Danimarka, İsveç, İsveçrə, İspaniya, İtaliya, Fransa, Böyük Britaniya və Belçikada konsertlərlə çıxış edib. 2008-ci ildən bəri dünyanın aparıcı

dirijorları ilə əməkdaşlıq edir. 2008-ci ildən Pars Musiqi İnstitutunun Orkestrində, 2009-cu ildən İranın Kamera Orkestrində dirijorluq edib. İran Milli Orkestrinin dirijoru və bədii rəhbəri kimi 2010-2012-ci illərdə konsertlərdə çıxış edib. “Budən və Nəbudən” (To Be and Not To Be) adlı seçilmiş əsərlərindən ibarət albomu nəşr olunub.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM