“Heydər Əliyev İslam həmrəyliyi ideyasının banisidir”

15:00 / 21.09.2017

Azərbaycam Respublikası Prezidenti yanında Bilik fondunun xətti ilə Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində “Heydər Əliyev İslam həmrəyliyi ideyasının banisidir” mövzusunda tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan kollecin direktoru Xaləddin Ələkbərov əvvəlcə pedaqoji kollektivi və tələbələri yeni dərs ilinin başlanması münasibətilə təbrik etmiş, onlara uğurlar arzulamışdır. O, ölkədəkı yeni təhsil standartlarından, təhsilin keyfiyyətinin aparılması istiqamətində görülən işlərdən, insanların rifahının yaxşılaşması yönündəki məntiqli və düşünülmüş siyasətin mahiyyətindən, İslam Həmrəyliyi ideyasının yaranma səbəblərindən məlumat vermişdir. Natiq qeyd etmişdir ki, hazırda dünyada bütün sahələrdə münasibətlərdə gərginlik hiss olunur. Bu gərginlik istər qlobal iqtisadi böhran və tənəzzüldə, istər böyük güc mərkəzləri arasında anlaşılmazlıq və qarşıdurmada, istərsə də müxtəlif dinlər və mədəniyyətlər arasında toqquşmalarda özünü göstərir. Dünyada qaynar nöqtələrin, münaqişə bölgələrinin sayı getdikcə artır. Dini dözümsüzlük, Qərb dövlətləri tərəfindən müsəlman ölkələrinə qarşı tətbiq edilən ögey münasibət, miqrantlara qarşı ayrı-seçkilik, islamofobiya, ekstremistlərin dini pərdələnməsi və digər neqativ hadisələr dövrümüzün nəbzini müəyyənləşdirir. Yaxın və Orta Şərqdə din və məzhəb ayrı-seçkiliyi zəminində başladılan, bu gün də davam edən müharibələr ucbatından onminlərlə günahsız insan qətlə yetirilib, yüzminlərlə insan öz yurd-yuvasından didərgin düşərək qaçqın həyatı yaşamaq məcburiyyətində qalıb. Qeyd etmək yerinə düşər ki, natiq fikrini davam etdirmişdir, ötən əsrin 90-cı illərinin əvvəllərində də Azərbaycanda dini-milli zəmində vətəndaş qarşıdurmasına səy göstərilsə də, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu məsələlərə son qoyuldu. Ümumilli Liderimizin əsasını qoyduğu dövlət-din siyasətinin uğurlu davamının nəticəsidir ki, bu gün ölkəmiz bütün dünyada multikulturalizmin, tolerantlığın nadir mərkəzlərindən biri kimi qəbul olunur, sahib olduğumuz dəyərlər ən yaxşı nümunə qismində öyrənilir və digər dövlətlərə nümunə göstərilir.

Ulu öndər İslam dininin sülh dini, əmin-amanlıq dini, birgəyaşayış dini olduğunu öz çıxışlarında həmişə vurğulamış, dövlətlərarası münaqişə və müharibələrin əsasən siyasi-etnik xarakter daşıdığını qeyd etmişdir. Bu səbəbdən, Xaləddin Əkbərov bildirmişdir ki, Ulu öndər İslam dininin əmin-amanlıq və sülh xarakteri daşıdığını və bu xoş məramın dindarlar tərəfindən insanlar arasında təbliğ olunmasını zəruri hesab edirdi. Bununla əlaqədar olaraq Heydər Əliyev Türkiyənin İstanbul şəhərində "Sülh və səbir" mövzusunda keçirilən Beynəlxalq konfransda çıxış edərək demişdir: "Yer üzərində yaşayan insanlara Allahın ən böyük tövsiyəsi ondan ibarətdir ki, onlar bir-biri ilə xoş məramda, sülh şəraitində, bir-birinə qarşılıqlı hörmət, qarşılıqlı ehtiram şəraitində yaşasınlar. Ona görə də din xadimlərinin vicdana çağırış, səbir, sülhün təmin olunması ilə bağlı təşəbbüsləri həm Allahın göstərdiyi yolla getmək deməkdir, həm də yer üzərində insanların sülh şəraitində yaşamalarına böyük köməkdir. Müharibənin, ayrı-ayrı dövlətlərin bir-biri ilə vuruşmasının, müxtəlif siyasi-ictimai qrupların bir-biri ilə savaşmasının əsas səbəbləri, şübhəsiz ki, siyasi xarakter, etnik xarakter daşıyır, birinin digərinin torpağını zorla əlindən almaq məqsədi daşıyır. Bunlar şübhəsiz ki, dini xarakter daşıya bilməz".

Mövzunu Bilik Fondunun mühazirəçisi dos. Zeynəddin Şabanov davam etdirərək bildirmişdir ki, hələ 90-cı illərin əvvəllərində Heydər Əliyev Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinə dini don geyindirənləri ciddi şəkildə tənqid etmiş, bu müharibənin dini xarakter daşımadığını qəti olaraq bildirmiş və bu cür şayiələr yayan bəzi Kütləvi İnformasiya Vasitələrinə öz etirazını bildirmişdir. Ermənistanın Azərbaycan torpaqlarını işğal etmək üçün başladığı müharibəni xristian-müsəlman müharibəsi kimi qələmə vermək istəyənlərə cavab olaraq Heydər Əliyev kəskin şəkildə demişdir: "Son vaxtlar (1994-cü il) Ermənistan-Azərbaycan münaqişəsi, müharibəsi ilə əlaqədar ayrı-ayrı mətbuat orqanlarında təhlükəli şayiələr də yayılmışdır. Bu da ondan ibarətdir ki, bəzi adamlar qəsdən belə fikir yaymağa çalışırlar ki, guya bu müharibə xristian-müsəlman müharibəsinə çevrilə bilər. Bunlar əsassızdır, əvvəlcədən düşünülmüş, fitnəkar xarakter daşıyan təbliğatdır. Mən belə fikirlərə etirazımı bildirir və onları rədd edirəm. Sizi əmin etmək istəyirəm ki, bizim fəaliyyətimiz ancaq Azərbaycan Respublikasının beynəlxalq təşkilatlar tərəfindən tanınmış və qəbul olunmuş ərazi bütövlüyünü təmin etməyə, sərhədlərimizin toxunulmazlığını təmin etməyə yönəldilmişdir".

Ulu Öndər həmişə islam mədəniyyətinin ölkəmizin inkişafındakı rolunu yüksək qiymətləndirmiş və islamın ümumbəşəri əhəmiyyətini xüsusi olaraq dəfələrlə vurğulamışdır. Eyni zamanda Heydər Əliyev dünyada fəaliyyət göstərən bəzi tədqiqat mərkəzlərində islamı fundamentalizm və ekstremizm ilə bağlayanların bu sahədə irəli sürdükləri fikirləri qəbul etmirdi. Bununla bağlı Heydər Əliyev "İslam Sivilizasiyası Qafqazda" mövzusunda Bakıda keçirilən Beynəlxalq Simpoziumun açılış mərasimindəki nitqində bu məsələdən bəhs edərək demişdir: "Biz islam mədəniyyətinin Azərbaycan xalqı üçün əvəzsiz olduğunu qeyd edərək, eyni zamanda, dini, yaxud milli məhdudiyyət yaradan fikirləri, meyilləri və ya təklifləri qəbul etmirik. Millilik, islamilik, ümumibəşəri dəyərlərin sintezi ilə xalqı inkişaf etdirə bilər. İndi dünyadakı bəzi mərkəzlərdə "İslam fundamentalizmi, İslam ekstremizmi, fanatizmi" haqqında da fikirlər söylənilir".İslam ölkələrinə xoş münasibət, İslam təəssübkeşliyi, İslam həmrəyliyi ideyası Heydər Əliyevdə hələ sovet dönəmində formalaşmışdı. Heydər Əliyevin müsəlman ölkələrinə xoş münasibəti, İslam təəssübkeşliyi onun həm Azərbaycan SSR-na rəhbərlik etdiyi zaman, həm də SSRİ-də yüksək vəzifədə çalışdığı zaman yaranmışdı. O, Sov. İKP MK Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini kimi ölkənin beynəlxalq əlaqələrinin inkişafında fəal iştirak etmiş və dəfələrlə Afrika və Asiyanın müxtəlif İslam ölkələrinə səfərlərə getmişdi. Heydər Əliyev SSRİ-nin Yaxın və Orta Şərq ölkələrinin rəhbərləri ilə apardığı danışıqlarda və siyasi məsləhətləşmələrdə yaxından iştirak etmiş, çox vaxt bu ölkələrə səfər edən nümayəndə heyətlərinin rəhbəri olmuşdu. Əslində Sovet İttifaqının İslam dünyasında apardığı siyasəti Heydər Əliyev formalaşdırırdı. Onun 1982-1987-ci illərdə Misir, Suriya, İordaniya, Liviya, İraq, Yəmən, Pakistan və başqa müsəlman ölkələrinə səfərləri bütün İslam aləmində aparıcı siyasətçilərdən biri kimi tanınmasına səbəb olmuşdir".

Qeyd etmək lazımdır ki, Heydər Əliyev həm Sovet dönəmində, həm də müstəqillik dövründə "həmişə dünya müsəlmanlarının maraqlarını nəzərə almış" islam həmrəyliyi ilə bağlı "siyasəti yaxşı mənada İslam təəssübkeşliyi üzərində qurmuşdur". Heydər Əliyev kimi müdrik bir siyasətçi Azərbaycan Respublikasına rəhbərlik etdiyi ilk gündən İslam aləmi, müsəlman ölkələri ilə sıx əlaqələr qurmaq, onlar arasında münasibətləri daha da dərinləşdirmək üçün əlindən gələni əsirgəməmişdir. Heydər Əliyev deyirdi ki, "müsəlman xalqlarının təhlükəsizliyini və ölkələrimizin ərazi bütövlüyünü təmin etmək, müsəlman aləminin sabit inkişafını təmin etmək bizim müqəddəs vəzifəmizdir".Mühazirəçi qeyd etmişdir ki, dövlət başçısı İlham Əliyevin 2016-cı ili “Multikulturalizm ili”, onun məntiqi davamı kimi bu ili “İslam həmrəyliyi ili” elan etməsi bütün dünyaya “Bir-birimizə qarşı dözümlü olaq, hörmətlə yanaşaq, həmrəy olmağı, dinlər və məzhəblər arasında dialoq qurmağı bacaraq” çağırışıdır. Bunun ən gözəl örnəyi əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanın dövlət-din münasibətləri modelinin digər dövlətlər tərəfindən öyrənilməsi və tədqiq olunmasıdır. Prezident İlham Əliyevin "İslam həmrəyliyi" ilə bağlı çağırışını Ulu öndər Heydər Əliyevin hələ, XX əsrin 90-cı illərin əvvəllərində (1993) irəli sürdüyü "İslam birliyi" ideyasının məntiqi davamı kimi dəyərləndirmək lazımdır.Azərbaycan tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, İslam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr vermişdir. Azərbaycanın İslam aləmində qazandığı nüfuz 2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan olunmasında öz ifadəsini tapmışdır. IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi də ölkəmizin İslam həmrəyliyinin möhkəmləndirilməsi sahəsində növbəti əməli addımlar atması üçün əlverişli şərait yaradır.

Bu gün Azərbaycan İslam həmrəyliyinə daha çox ehtiyaclıdır. Hələ də ölkəmizə qarşı tətbiq edilən “ikili standartlar” üzündən təcavüzkar Ermənistan dövlətinin hərəkətlərinə Qərb dövlətləri tərəfindən hüquqi qiymət verilməyib. Hansısa Qərb dövlətində 3-5 nəfərin ölümü ilə nəticələnən terror aktına siyasi qiymət verilir, məsələ qaldırılır, iclaslar çağrılır, iqtisadi embarqolar tətbiq edilir, ancaq Xocalı faciəsinin səsini eşitmək istəmirlər. İslam dövlətlərinin dəstəyi ilə, həmrəyliyi ilə biz haqq səsimizi dünyaya daha yaxşı çatdıra bilərik,-natiq fikrini tamamlamışdır. Tədbirin sonunda geniş və maraqlı müzakirələr olmuşdur.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM