Suriyada terrorla müharibə apardıqlarını deyən böyük dövlətlərin Deyr əz-Zor uğrunda gərgin mübarizəyə başladığı haqqında müxtəlif informasiyalar yayılır. Oraya müxtəlif istiqamətlərdən ABŞ-ın başçılıq etdiyi qruplar, Bəşər Əsəd ordusu və İranın dəstəklədiyi qüvvələr irəliləməkdədir. Ekspertlər hesab edirlər ki, razılıq olmadığı təqdirdə, bu güclər arasında savaş başlaya bilər. Çünki onların hər biri neftlə zəngin olan bir əyalətə nəzarəti ələ keçirmək istəyirlər. Hazırda vəziyyət qeyri-müəyyən olaraq qalır. Ekspertlər bundan sonra nələrin baş verə biləcəyini proqnozlaşdırmaqda çətinlik çəkirlər. Onların sırasında meydana daha təhlükəli məqamların çıxa biləcəyindən bəhs edənlər var. Bütövlükdə Deyr əz-Zor ətrafında situasiya mürəkkəb olaraq qalır. Bunun fonunda Astana danışıqlarına da ümid edilir. Orada nəticə əldə olunsa, Suriya yenidən vətəndaş müharibəsi girdabına düşməyə bilər. Ancaq bu, yalnız ehtimaldır. Yaranmış duruma daha geniş aspektdə baxmağa ehtiyac vardır.
Neftlə zəngin əyalət: silahlar oraya yönəlir
Belə görünür ki, Suriyanın Deyr əz-Zor əyaləti uğrunda savaş daha da şiddətlənə bilər. Ərazinin ölçüsü baxımından bu, Suriyada böyük əyalət sayılmır. Ancaq orada zəngin neft və qaz yataqları vardır. İndi bu təbii ehtiyatlar uğrunda böyük güclər gərgin savaş aparırlar. Onları üç qrupa bölmək olar.
Birinci qrupa ABŞ-ın dəstəklədiyi silahlı güclər daxildir. Onlar əsasən kürdlər və assurilərdən təşkil olunub. Sıralarında ərəblər də döyüşür. Bu qrupun adı Suriya Demokratik Gücləridir (SDG). Onların sayının 80 mini aşdığı haqqında məlumatlar vardır.
Digər qrupu Rusiyanın dəstəklədiyi Bəşər Əsəd ordusu təşkil edir. Hazırda Suriya ərazisində qanuni sayıla biləcək yeganə gücdür. B.Əsədin mövqeyi getdikcə güclənir, onun əsgərləri isə hərbi qələbələr əldə edirlər. İran da onlara dəstək verir. Lakin maraqlıdır ki, eyni zamanda iranpərəst qüvvələr üçüncü qrupu təşkil edirlər.
Bunlar bir tərəfdən İraq-Suriya sərhədini nəzarətdə saxlayırlar. Əsasən şiə qruplaşmalarıdır. Qısa olaraq "əş-Şaabi" adlanan silahlı qrup İraq tərəfdən Suriya sərhədini nəzarətdə saxlayır. "Hizbullah" isə Suriyada aktiv hərbi əməliyyatlarda iştirakçıdır.
Hazırda Deyr əz-Zorda hərbi vəziyyət belədir ki, amerikayönlü qüvvələr, B.Əsəd ordusu və İranın dəstəklədiyi güclərin hamısı İŞİD-in üstünə düşüblər. Onlar Fərat çayının enerji ilə zəngin sol sahilini tutmağa çalışırlar. İndi SDG, B.Əsəd və "Hizbullah" həmin yerə doğru irəliləyirlər. Hesab olunur ki, İŞİD-in tam darmadağın olacağı şübhə doğurmur. Əsas məsələ savaşdan sonra zəngin enerji yataqlarına kimin nəzarət edəcəyindədir. Bu aspektdə isə kifayət qədər ziddiyyətli bir vəziyyət meydana gəlib.
Məsələ ondan ibarətdir ki, müharibədə iştirak edən hər bir böyük güc öz payını tələb edir. Rusiyaya B.Əsədin 13 milyarddan çox borcu var. Bunu necə ödəyəcək? Təbii ki, neftdən pay vermək B.Əsədə sərfəlidir, Kremli də bu, tam qane edir. Çünki perspektivli gəlir mənbəyinə əl qoyur.
Eyni məntiqlə amerikalılar kürdlərin əli ilə Suriyanın neftlə zəngin yerlərinə nəzarəti həyata keçirmək niyyətindədirlər. Vaşinqton hətta Əmman-Deyr əz-Zor nəqliyyat yolunu çəkməyi planlaşdırır. Bu, ona Aralıq dənizinə çıxmaq imkanı verəcək.
İran da İraq-Suriya coğrafiyasında "şiə zolağı" yaratmağı planlaşdırır. Bunun üçün onun dəstəklədiyi silahlı qüvvələr Fəratın sol sahilinə keçməlidirlər. Orada isə B.Əsəd, ruslar və kürdlər vardır.
Artıq kürd qruplaşmalar B.Əsədin ordusu ilə döyüşməyəcəklərini bəyan ediblər. Bununla belə, onlar hökumət əsgərləri onlara hücum etdiyi halda, savaşacaqlarını bildirirlər. Amerika da onlara kifayət qədər silah-sursat və təlimçilər verib. B.Əsəd də mövqeyindən çəkilən kimi görünmür. Rəsmi Dəməşqi daha çox ölkənin bütövlüyü maraqlandırır. Yəni B.Əsəd federasiya modelini qəbul etmir. Üstəlik, bu, etnik mənsubluğa görə baş verməlidirsə, B.Əsəd çox şey itirir. Həmin səbəbdən ekspertlər hesab edirlər ki, B.Əsəd uyğun zamanda separatçı kürdlərə zərbə endirə bilər.
İrana sadiq qüvvələrin də öz mövqeyi vardır. Onlar B.Əsədi dəstəkləyir, lakin kürdlərin Suriyada güclənməsini arzulamırlar. Bu əsasda İranla Rusiya və ABŞ arasında müəyyən fikir ayrılığı meydana gələ bilər. Tehranın güzəştə gedəcəyini demək çətindir.
Rusiya isə qarşısına daha böyük məqsədlər qoyub. Moskva bütövlükdə Suriyada nəzarəti ələ keçirməyi planlaşdırır. Bunun üçün mərkəzi hökumət Moskvaya meylli olmalıdır. Bunun fonunda Kreml Suriyada müttəfiqlərinin maraqları ilə öz maraqlarını bir-birinə uyğunlaşdıra bilər.
Müharibənin növbəti mərhələsi: daha böyük güclərin toqquşması
Belə çıxır ki, Deyr əz-Zorda faktiki olaraq Bəşər Əsəd ordusu, Suriya Demokratik Gücləri (SDG) və "Hizbullah" qarşı-qarşıya gəliblər. Astanada Rusiya, Türkiyə və İran nümayəndələrinin danışıqlar aparmasına baxmayaraq, döyüş meydanında hər kəs daha çox pay almağa çalışır. Buna görə də ekspertlər İŞİD-in məğlub edilməsindən sonra Suriyada savaşın bitəcəyinə inanmırlar. Sadəcə olaraq müharibə başqa müstəviyə keçə bilər.
Həmin kontekstdə mütəxəssislər meydana yeni radikal qrupların çıxa biləcəyini ehtimal edirlər. Yəni İŞİD-lə müharibə terroru məhv etmir, ortaya yeni şərtlərə uyğun başqa qüvvələri çıxarır. Əgər bu proqnoz özünü doğrultsa, Suriyada müharibənin qarşısını almaq mümkün olmayacaq. Əslində, Qərbdə və İsraildə bir sıra diplomatlar və mütəxəssislər bu barədə bir neçə dəfə xəbərdarlıq ediblər. Onlar daim vurğulayırlar ki, İŞİD ya daha təhlükəli metodlara əl atacaq, ya da ondan xeyli amansız yeni qrup meydana gələcək.
Məsələn, İŞİD dünyanın müxtəlif regionlarına yayılmaqla çoxlu sayda terror aktları həyata keçirə bilər. Bu, faktiki olaraq, beynəlxalq terrora yeni nəfəs verməkdir. Onun nəticəsinin kifayət qədər təhlükəli ola biləcəyini təxmin etmək çətin deyil. Onda bəs Suriyada aparılan müharibədə böyük dövlətlərin məqsədləri nədən ibarətdir? Bu sualın təəssüf ki, birmənalı cavabı yoxdur.
Yayılan informasiyalarda böyük dövlətlər daha çox yeni silahların sınağından, özlərinin geosiyasi maraqlarının təmin edilməsindən və müttəfiqlərinin müdafiə edilməsindən bəhs edirlər. Sanki Suriya torpaqları güclü silah istehsalçılarının yarış meydanıdır. Özü də bu silahlar həm B.Əsədə, həm də ona radikal müxalif mövqedə olan qruplara satılır. Bu aspektdə SDG-nin silahlılarının sayının 100 minə çatması çox düşündürücüdür. Amerika Yaxın Şərqdə yeni cəza ordusu yaradır? Vaşinqton etnik mənsubiyyətə görə regionu parçalamaq siyasətini inkişaf etdirir?
Əgər bu belədirsə, onda Yaxın Şərqdə vəziyyətin yaxın gələcəkdə sabitləşəcəyinə ümid etmək əbəsdir. Əksinə, ortaya yeni və daha təhlükəli məqamların çıxa bilmə ehtimalı daha da yüksəlmiş olur. Buradan ekspertlər daha bir düşündürücü nəticə çıxarırlar. Yəni söhbət Yaxın Şərqdə böyük dövlətlərin daha açıq savaşının başlama ehtimalından gedir. Deyr əz-Zor uğrunda başlayan amansız mübarizə bunun ilk əlamətlərindən biri ola bilər. Çünki indiyə qədər ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələri ilə Rusiya və İranın qarşıdurmaya gedə bilməsindən səhra komandirləri bəhs etmirdilər. SDG-nin kürd mətbuat katibi bu barədə xəbərdarlıq edir – yuxarıda vurğulamışdıq ki, o, Əsəd onlara hücum etdiyi təqdirdə, cavab verəcəklərindən bəhs edir!
Məsələnin digər tərəfi İraqda baş verənlərə bağlıdır. Orada da Sincar, Mosul, Kərkük, Təlafir məsələləri hələ açıq olaraq qalır. Bu yerlərə kürdlər iddialıdırlar. Rəsmi Bağdad isə ölkənin federallaşmasını, yaxud ayrıca "Kürdüstan" adlı dövlətin yaradılmasını istəmir. Kürd siyasətçilər isə İraqla Suriyanı əhatə edən və Aralıq dənizinə çıxan "kürd dəhlizi" yaratmaqdan bəhs edirlər. Bu məqam özlüyündə strateji əhəmiyyəti olan Deyr əz-Zor faktoruna əlavə geosiyasi status verir.
Gözləmək olar ki, yaxın aylarda Suriyada koalisiyalar arasında münasibətlərin aydınlaşdırılmasını ifadə edən proseslər başlansın. Burada ABŞ İran faktorundan vəziyyəti gərginləşdirmək üçün istifadə etməyə cəhd göstərə bilər. Bu prosesə İsrailin də dəstək verəcəyinə şübhə yoxdur. Təbii ki, Rusiya bu qədər xərcdən sonra Suriyadan qətiyyən çəkilmək fikrində deyil. Moskva daha çox mənfəət əldə etmək üçün ciddi cəhdlər göstərir. Hələlik bir qədər kənarda görünən Türkiyə də şübhəsiz, hərəkət edəcək.
Göründüyü kimi, kifayət qədər mürəkkəb vəziyyət yaranmaqdadır. Bu baxımdan Astana müzakirələri vəziyyəti xeyli aydınlaşdıra bilər. Əgər bu proses də sona çatmasa, onda Suriyada vətəndaş müharibəsinin yeni və daha ağrılı mərhələsindən danışmalı olacağıq. Həm də məsələ yalnız Suriya ilə məhdudlaşmaya bilər; Qafqaz və Mərkəzi Asiya Yaxın Şərqdən elə də uzaqda deyil.
Newtimes.az
Strategiya.az
Bakıda yeni dələduz peyda oldu: bu qadın görün nələr edib – VİDEO
TƏHLÜKƏ: Şagirdlər qapısı açıq avtobusdan sallanaraq gedir - VİDEO
Cahangir Hacıyevin arvadınadan 21 milyon dollarlıq xəbər - VİDEO
Bakıda DƏHŞƏT: Sahibsiz itlər azyaşlılara hücum çəkdi - VİDEO
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM