Azərbaycanın İsrail ilə dostluq əlaqələri, siyasi, iqtisadi, hərbi təhlükəsizlik sahələrində əməkdaşlığı genişləndirməsi Ermənistanı olduqca narahat edir. Xüsusilə hərbi təhlükəsizlik sahəsində əməkdaşlığı Ermənistan rəhbərliyini paranoya vəziyyətinə salıb. Azərbaycan-İsrail adının yan-yana gəlməsi belə onların ruh halına pis təsir edir, qırımızı rəng görən öküz kimi özlərindən çıxır, hədyan danışaraq və yalan uyduraraq həm daxili ictimai rəyi, həm də özlərini aldatmağa çalışırlar.
Nədir bu paranoya? Nə zamandan və niyə başladı?
Azərbaycan müstəqil bir dövlət olaraq ordu quruculuğunda son 25 ildə ciddi uğurlar qazanıb. Həm intizam, həm də ordu inventarının yenilənməsi, müasir standartlara uyğun silahlar alması baxımından müstəqil siyasət həyata keçirir. Azərbaycan Rusiya, Türkiyə, Pakistan, İsrail və digər ölkələrdən silah alır. Bu barədə mətbuatda mütəmadi olaraq məlumatlar verilir.
Ermənistan rəhbərliyinin paranoyası ötən ilin aprel ayında cəbhə xəttində atəşkəsi pozaraq hərbi əməliyyata başladıqdan dərhal sonra Azərbaycan ordusunun bu hücumların qarşısını alması və əks hücumla Ermənistan ordusunu geri oturtması, hətta bir neçə strateji yüksəkliyə nəzarət etməsi zamanı İsraildən aldığı silah və sursatlardan istifadə etməsindən sonra başlayıb.
Azərbaycan İsraildən aldığı silahları bu döyüşlərdə istifadəsi zamanı gözlənilən nəticələri əldə etdi. Ən sadə gerçəklikdir ki, dövlətlər ordusunun silah inventarını yeniləyirsə, bunu vitrinə qoymaq üçün yox, hərbi təhdidlərlə qarşılaşdıqları zaman istifadə etmək üçün edirlər. Azərbaycan da ötən ilin aprel ayında belə bir təhdidlə qarşılaşdığı üçün silah arsenalının çox cüzi bir hissəsini istifadə edərək təhdidi ortadan qaldırdı. Ermənistan bilməılidir ki, bu təhdidini təkrar etmək istəyərsə, aprel hadisələrindən daha ciddi cavab alacaqdır.
Ermənistan İsraildən silah ala bilmir, çünki pulu yoxdur. Rusiyadan aldığı silahları isə elə Rusiyanın verdiyi kreditlərlə alır və yüksək faizlə birlikdə geri ödəyir.
Cari ilin 25 iyul tarixində İsrailin regional əməkdaşlıq naziri Çaxi Aneqbinin Ermənistana səfərindən sonra ölkə rəhbərliyi və xüsusilə də Ermənistan XİN rəsmiləri Aneqbenin səfərinin məqsəd və məramını aşan bəyanatlar verdi.
Səfər zamanı Azadlıq radiosunun Ermənistan bürosunun (Radio Azatutyun) müxbiri İsrail nazirinə son səfərinin iki ölkə araında hərbi əməkdaşlıq məsələsi ilə bağlı olub-olmadığı barədə sual verib. Aneqbi cavabında ölkəsinin regional əməkdaşlıq naziri olduğunu və fəaliyyətinin hərbi və təhlükəsizlik sahələrini əhatə etmədiyini söyləyib. O səfərinin əsas məqsədinin kənd təsərrüfatı, su ehtiyatları problemi, nəqliyyat və kommunikasiyalar kimi sahələrlə əlaqədar olduğunu bildirsə də,[i] Ermənistan XİN müavini Şavarş Köçəryan Aneqbi ilə müzakirə zamanı İsrailin Ermənistana silah satacağını bildirdi.[ii]
Birincisi, silah ticarəti ilə bağlı müzakirə aparmaq İsrailin regional əməkdaşlıq nazirinin səlahiyyətinə daxil deyil. Bu məsələni Müdafiə Nazirliyi, müdafiə sənayesinin səlahiyyətli nümayəndələri İsrail hökumətinin razılığı ilə həll edirlər.
Deyək ki, Aneqbiyə belə bir səlahiyyət verilib və silah ticarəti müzakirə edilib. Amma adətən silah ticarəti müzakirə edilərkən deyil, müqavilə imzalandıqdan və yaxud silahlar alıcı ölkəyə təhvil verildikdən sonra bu məsələ "gün işığına'' çıxır. Aneqbenin İrəvandakı ayaq izlərini yağış suları yuyub aparmadan Köçəryanın İsrailin Ermənistana silah satacağı haqqında bəyanat verməsi müzakirələrin konfidensiallığına ziddir, XİN-in nə qədər həvəskar kadrlarla dolu olduğunu göstərir. Bu qədər qeyri-ciddi hərəkətin əsas məqsədi erməni ictimai rəyini sakitləşdirmək və Azərbaycan-İsrail münasibətlərinə kölgə salmaq olmuşdur.
Son zamanlar Ermənistan mətbuatında Azərbaycan-İsrail münasibətləri barədə dezinformasiya davam edir. Erməni mətbuatı İsrailin Maariv qəzetinə istinadən Azərbaycanın İsrailin hərbi şirkəti "Aeronautics Defence System''dən aldıqları "Orbiter 1K'' adlı dronun yoxlanılması zamanı bunun cəbhə xəttində real rejimdə həyata keçirilməsini tələb etdiyini xəbər vermişdi. Erməni mətbuatı şirkət menecerinin bu tələbi yerinə yetirdiyini amma uğursuz nəticə alındığını bildirsə də, şirkət rəhbərliyi qətiyyətlə bunu təkzib edir.[iii]
İsrail Müdafiə Nazirliyinin mətbuat katibi məsələ ilə bağlı belə deyib: "İsrailin Müdafiə Nazirliyi bir qayda olaraq İsrailin müdafiəsi ilə bağlı olan məsələlərə şərh vermir. Bilinən informasiya ilə bağlı Nazirliyin aidiyyatı orqanı araşdırmalara başlayıb''. Ermənistan mətbuatı bu məsələni gündəmdə saxlamağa çalışır.
Qeyd edək ki, Azərbaycan tərəfi belə bir təkliflə çıxış etməz. Belə ki, silah alışı haqqında müqavilə imzalanarkən sadəcə silahın alınması şərtləri yox, o silahdan istifadə edəcək şəxsi heyətin silahdan istifadə qaydalarının öyrənilməsi üçün təlim keçməsi haqqında maddə yer alır. Ermənistanın iddia etdiyi kimi Azərbaycan bu qədər qeyri-peşəkar bir tələblə çıxış etməz.
Ermənistan Azərbaycan-İsrail münasibətlərinə kölgə salmaq üçün təsdiqini tapmamış, digər etibarlı mənbələrdə yer almayan informasiyaları gündəmə gətirməyə uğursuz cəhdlər edir. Bu, Ermənistanın xarici siyasətdə uğursuzluğu, qeyri peşəkarlığı və Azərbaycan-İsrail arasında dostluğun möhkəmləndirilməsindən duyduğu rahatsızlığın, paranoyanın ortaya çıxmasını göstərir. Böyük bir ehtimalla bu paranoya gələcəkdə başqa forma və məzmunda davam edəcək.
Hatəm Cabbarlı,
siyasi elmlər doktoru
[i] İsrail nazirinin Ermənistana müəmmalı səfəri – silah ticarəti sazişi imzalana bilər http://musavat.com/news/israil-nazirinin-ermenistana-muemmali-seferi-silah-ticareti-sazisi-imzalana-biler_457066.html, 29.06.2017.
[ii] Израиль готов продавать военную технику и Армении: Шаварш Кочарян, http://ru.1in.am/1196292.html 2017-07-27.
[iii]''Maaрив'': израильские операторы БПЛА отказались атаковать армян по просьбе азербайджанцев, https://news.am/rus/news/404627.html, 13.08.2017.
Strategiya.az
Bakıda yeni dələduz peyda oldu: bu qadın görün nələr edib – VİDEO
TƏHLÜKƏ: Şagirdlər qapısı açıq avtobusdan sallanaraq gedir - VİDEO
Cahangir Hacıyevin arvadınadan 21 milyon dollarlıq xəbər - VİDEO
Bakıda DƏHŞƏT: Sahibsiz itlər azyaşlılara hücum çəkdi - VİDEO
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM