İranın "İstiqlal" klubu Türkiyə millisinin sabiq baş məşqçisi Fatih Terimlə danışıqlara başlayıb. İranın "Tasnim" xəbər agentliyinə istinadən yaydığı xəbərə görə, klubun meneceri Emir Sultani türk mütəxəssislə İstanbuldakı evində görüşüb və ona rəsmi müqavilə təklif edib. Məlumatı E.Sultani təsdiqləyib: "Terim bu təklifdən məmnun olduğu bildirdi. O, bəzi tələblərini irəli sürdü". E.Sultani F.Teriminn tələblərini rəhbərliyə çatdırdığını vurğulayıb. O, son qərarı klub rəhbərliyinin verəcəyini söyləyib. Klubun meneceri onu da qeyd edib ki, F.Terimə yüksək məbləğdə maaş ödəməyə hazırdırlar. Qeyd edək ki, "İstiqlal" İran çempionatında 8 turdan sonra 6 xalla 15-ci pillədə qərarlaşıb.