Lənkəranada ötən gündən başlayan intensiv yağış şəhər təsərrüfatı üçün çətinliklər törədib. Mərkəzi küçələrlə axan yağış suları həyətlərə dolub, maşınların, piyadaların hərəkətinə ciddi maneələr yaradıb.
Güclü yağış Lənkəranda çətinliklər törədib.
Şəhərin ayrı-aryı məhəllələrində, Səttarxan, kələntərlilər, Nəsimi və digər küçələrində yığılıb qalan, həyətlərə dolan sular sakinlər üçün çətinlik yaradıb.
Sakinlər bildirir ki, belə vəziyyətin yaranmasına əsas səbəb su axar kanalların və kanalizasiya xətlərinin düzgün işləməməsidir.
Rayon fövqəladə halllar komissiyasının üzvləri ərazilərə baxış keçiriblər. Suların həyətlərdən çəkilməsi üçün işlərə başlanılıb. Hidrometeroloqlar cənub bölgəsində yağıntılı havanın hələ bir neçə gün davam edəcəyini bildirirlər.(xezerxeber)