Avropanın bir sıra nəşrlərində Azərbaycana qarşı qarayaxma, ləkələmə kampaniyası, uydurmalar və iftiralar davam edir. İndi Belçikanın iki qəzeti qərəzli yazılar dərc edir. Həmin yazılarda Belçika Konstitusiya Məhkəməsinin hakimlərindən biri olan Jan-Pol Murman Azərbaycanla bağlı dediyi həqiqətə görə ittiham edilir. Avropanın KİV orqanları qəribə bir məntiqsizliklə J.-Pol Murmanı azərbaycanpərəst olmaqda günahlandırırlar. Onlar bu hakimin Xocalı soyqırımı, Ermənistanın təcavüzü və dünya ictimaiyyətinin laqeyd münasibəti ilə ilgili söylədiyi doğru fikirləri obyektiv qiymətləndirə bilmirlər. Sanki Qərbdə belə bir eyforiya vardır ki, Azərbaycanla əlaqəli müsbət nə deyilsə, təkzib olunsun. Bu isə heç bir hüquqi və mənəvi çərçivəyə sığmır. Bununla bağlı müəyyən analizlər aparmaq ehtiyacı yaranıb.
Murmanın obyektivliyi: kimlərə mane olur?
Azərbaycan əleyhinə təbliğat kampaniyasını müəyyən dairələr səngitmək istəmirlər. Avropanın bir sıra KİV-lərində Bakının ünvanına şər-böhtan, iftira atmaqda davam edənlər vardır. Onların son təzahürlərindən birinin üzərində dayanmaq istərdik. Çünki hiss olunur ki, bu işi təşkil edənlər daha dərinlərə baş vurmağa çalışırlar. Lakin bütün ittihamlar konkret faktlar qarşısında sabun köpüyü kimi dağılır.
"Azerbaijani Laundromat" adlı böhtan səciyyəli "araşdırma"nın "müəllif"lərindən olan Belçikanın "De Tijd" qəzeti və onunla qardaşlaşmış "L'Echo" qəzeti növbəti dəfə anti-Azərbaycan xarakterli məqalələr dərc ediblər. Onlara istinadən RTBF, "La Capitale", "La Libre" nəşrləri də həmin mövzunu işıqlandırıblar. Mövzu isə Belçika Konstitusiya Məhkəməsinin 12 hakimindən biri olan Jan-Pol Murmanla əlaqəlidir. Bəs məhkəmədə yüksək vəzifə tutanlar sırasında olan bu hakimin "günahı" nədir? Nə qədər qəribə də olsa – Murman yalnız Azərbaycanla bağlı həqiqətləri deyib. Onun ağzından hansısa şişirtmə və ya tərəfkeşliyi ifadə edən söz çıxmayıb. Faktlara baxaq.
"MyAzerbaijan" nəşrinə müsahibəsində J.-Pol Murman deyib: "Məsələn, mən necə razılaşa bilərəm ki, Belçikaya qonşu olan hollandlar mənim ölkəmdə hökmranlıq etsinlər? Holland mədəniyyətinə və xalqına bütün hörmətim daxilində sadə vətəndaş kimi mənə Hollandiyanın ölkəmə işğal etmək və mənim ölkəmin ərazisində hökumət qurmaq məqsədi ilə soxulması qətiyyən xoşuma gəlməzdi".
Belçikalı hakim tamamilə bütün insanlara xas olan məqamlardan bəhs edir. Necə ki, bir belçikalı, yaxud alman, rus, ingilis, italyan və s. qonşu ölkənin gəlib onların vətənində hökmranlıq etməsini istəmir, azərbaycanlılar da istəmirlər. Bu, tamamilə təbii haqdır, hər kəsin ona hörmətlə yanaşması lazımdır. J.-Pol Murman bunu deyib. Burada əcaib, tərəfkeşliyi göstərən və ya hansısa ələalma varmı? Murman adi insanlıq borcunu yerinə yetirib – azərbaycanlıların da öz vətənlərini sevmək və qorumaq hüququnun olduğunu söyləyib!
Sonra. Beynəlxalq konfransların birində J.-Pol Murmanın çıxışından bir fraqment: "Xocalıda vəhşilik törədən kəslər müəyyənləşib, lakin artıq 20 ildir ki, bu məsələ üzrə heç bir qərar qəbul edilmir. Xocalı hadisələri ilə bağlı xüsusi beynəlxalq cinayət məhkəməsi yaratmaq zəruridir. Uyğun təcrübə vardır. Bu cür məhkəmələr Kosovo, Livan, İraq ilə əlaqədar yaradılıb. Bura beynəlxalq ekspertləri dəvət etmək lazımdır, təhqiqat aparmaq gərəkdir, uyğun qərarlar qəbul etmək lazımdır. Belə cinayətlər etmişləri axtarıb tapmaq və cəzalandırmaq lazımdır ki, bu, gələcəkdə təkrar olunmasın... Bütün dövlətlər və təşkilatlar ikili standartlar siyasətindən imtina etməlidirlər ki, hüquq və ədalət zəfər çalsın".
İqtibas bir qədər uzun olsa da, çox maraqlı məqamlar vardır. J.-Pol Murman faktiki olaraq Azərbaycana qarşı olan təcavüzün əsas tərəflərini açıb. Eyni zamanda, beynəlxalq ictimaiyyətin bu məsələyə kifayət qədər diqqətli və obyektiv münasibət göstərmədiyini deyib. Bu da hüquq və ədalətin bərpa edilməsinə ciddi əngəldir. Həm də əgər indi Xocalı kimi cinayətləri törədənlər cəzalarını almasalar, buna oxşar soyqırımları dünyanın istənilən ölkəsində təkrarlana bilər. Dünya ictimaiyyəti, beynəlxalq qurumlar bunun qarşısını almaq üçün öncə ikili standartlardan imtina etməlidir.
Soros: yalan və qərəz əsirliyində
Bu fikirlərdə də qeyri-adi, yaxud tərəfkeşliyi ifadə edən bir müddəa belə yoxdur. Ancaq bir sıra dairələr möhkəm əl-ayağa düşüblər. Onlar aktiv surətdə bu cür həqiqət söyləyənlərə qarşı çıxırlar. Burada maraqlı bir incəliyi də Jan-Pol Murman vurğulayıb. O, "De Tijd"ə verdiyi müsahibədə deyib ki, anti-Azərbaycan kampaniyası aparan 140 qeyri-hökumət təşkilatının hamısını Corc Soros maliyyələşdirir! Yəni bu prosesin arxasında konkret dairələr dayanır. Deməli, onların məqsədi həqiqəti demək deyil, Azərbaycana böhtan atmaq, onun haqqında yanlış fikirlər yaratmaqdır.
Məsələnin mahiyyəti də bu məqamla bağlıdır. Məlum dairələri J.-Pol Murmanın düz danışması qane etmir. Onlar ermənipərəst, islamofob mövqe tutmaqla, əslində, kim olduqlarını nümayiş etdirirlər. Həmin qruplar üçün Azərbaycanın əldə etdiyi hər bir nailiyyət böyük zərbədir. Çünki indiyə qədər danışdıqları yalanların üstü açılır.
Deyirdilər, Azərbaycan inkişaf edə bilməz, Avropa onunla əməkdaşlıq edə bilməz. Təcrübə sübut etdi ki, Qərb Azərbaycanla əməkdaşlıqda çox maraqlıdır. Demək olar ki, bütün sahələrdə Avropa ilə Azərbaycan arasında sıx əməkdaşlıq mövcuddur. Hətta Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən əsas ölkələrdən biri kimi qəbul edilir.
Bundan başqa, Azərbaycan regional və qlobal miqyasda əməkdaşlıq formatlarını irəli sürür və geniş dəstək qazanır. Çinin həyata keçirdiyi "Yeni İpək Yolu" layihəsində Azərbaycan ciddi yer alır. Cənubi Qafqazda təhlükəsizlik və əməkdaşlıq sferalarında Bakının iştirakı yüksək səviyyədədir.
Bütün bunları dünya görür və qiymətləndirir. Onların fonunda isə Azərbaycan öz haqqını daha yüksək səslə tələb edir. Təbii ki, bu prosesdə Azərbaycanla bağlı baş verənlərin düzgün dərk edilməsi mühüm şərtdir. J.-Pol Murman da bu istiqamətdə səmimiyyətlə işlər görür. O, sadəcə, Xocalı soyqırımı barədə dünyanın həqiqəti bilməsi və ona uyğun hərəkət etməsi zəruriliyini vurğulayır. Düşmənlər isə bunu qətiyyən qəbul etmirlər. Onlar Azərbaycan barədə həqiqətləri deyən istənilən adamı ləkələməyə hazırdırlar. Əsrlərlə Avropada ermənilərə belə bir pis ənənə formalaşdırmağa yardımçı olublar. İndi onun altını avropalıların özləri də çəkməkdədirlər.
Burada Corc Soros faktoru üzərindən sükutla keçmək mümkün deyildir. Əslində, bu işlərin altından məhz onun çıxması tamamilə gözlənilən bir məqamdır. Çünki C.Sorosun dövlətləri qarışdırmaq, onlar haqqında yalan informasiyalar yaymaq və bundan mənfəət götürmək sahəsində böyük təcrübəsi vardır. Bu adam Balkanlarda, Ukraynada, Yaxın Şərqdə, Asiya ölkələrində, Rusiyada və başqa yerlərdə çox bəd əməllərin sahibdir. "Rəngli inqilablar" adlanan bəlanın müəlliflərindəndir.
Belə görünür ki, C.Soros fəaliyyətində yeni mərhələ başladır. O, informasiya şantajı vasitəsilə ölkələri qarışdırmağa üstünlük verir. Özü də müsəlman ölkələrinə daha çox ziyan vurmağa cəhd edir. Hər bir halda Azərbaycana qarşı 140 qeyri-hökumət təşkilatını işlətməsi sadə fakt deyil. Bir tərəfdən bu, Azərbaycanın çox gücləndiyinin, dünya miqyasında nüfuzunun durmadan artdığının əlamətidir. Digər tərəfdən isə bu prosesə bir sıra dairələrin artıq böyük qısqanclıqla yanaşmasının göstəricisidir. Ayrıca onu da vurğulayaq ki, Azərbaycanın müsəlman ölkəsi olması da ona qarşı qərəzi daha da artırır. Bu kontekstdə Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədovun maraqlı fikirləri vardır. Novruz Məmmədov ifadə edib:
"Təəssüf ki, bugünkü beynəlxalq aləmdə hüquqi nihilizm o dərəcəyə çatıb ki, qısqanclıq və paxıllıq hissi ilə alışıb yanan bəzi ölkələr, təşkilatlar, qurumlar, dairələr, mətbuat orqanları hər vasitə ilə Azərbaycanın beynəlxalq imicinə zərbə vurmağa, Qərb dünyası ilə münasibətlərimizi pozmağa, ölkəmizi tənqid və qınaq obyektinə çevirərək bütün dünyada gözdən salmağa cəhd göstərirlər. Bu çirkin niyyətlərini həyata keçirmək üçün isə hər vasitəyə əl atır, bütün imkanlardan istifadə etməyə, Soros kimilərin maliyyələşdirdiyi bədnam təşkilatların, yalan, iftira yaymağa meyilli olan mətbu orqanların "xidmətlərindən" yararlanmağa çalışırlar".
Lakin bütün bunların Azərbaycanı yolundan döndərə biləcəyini düşünənlər böyük səhv edirlər. Yalan ayaq tutur, ancaq yerimir. Azərbaycan rəhbərliyi qətiyyətlə inkişaf kursunu həyata keçirməkdədir. Buna kimsənin şübhəsi olmasın. Avropalılara gəldikdə isə, onlar J.-Pol Murman kimi təmiz adamlarını xərcləməklə özlərini quyuya salırlar. Erməni yalanlarının əsrinə çevrilmək, yaxud C.Soros kimi dələduzların oyuncağı olmaq müsbət hal deyil. Ədalət yerini tapanda bütün bunlara görə utanacaqlar.
İnformasiya savaşına gəldikdə isə, Avropa qəzetlərinin bütün yalan və iftiralarının cavabını Jan-Pol Murmanın özü verib. O, bir müsahibəsində aydın dillə bildirib ki, bildiyi adi həqiqətləri dilinə gətirib. Kimsədən maddi bir şey almayıb. Məqsədi həqiqətin dünyada bilinməsidir. Vəssalam!
Newtimes.az
Strategiya.az
Bakıda yeni dələduz peyda oldu: bu qadın görün nələr edib – VİDEO
TƏHLÜKƏ: Şagirdlər qapısı açıq avtobusdan sallanaraq gedir - VİDEO
Cahangir Hacıyevin arvadınadan 21 milyon dollarlıq xəbər - VİDEO
Bakıda DƏHŞƏT: Sahibsiz itlər azyaşlılara hücum çəkdi - VİDEO
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM