Missiya.Az xəbər verir ki, G-20 Gənc Liderlər Şurası zirvədə iştirak edəcək şəxsləri seçərək dəvət edir. Bu il zirvəyə 45 yaşdan aşağı 100 gənc menecer qatılır.
Bu il 27 sentyabr-1 oktyabr tarixləri arasında Fransanın Evian şəhərində keçirilən G-20 Gənc Liderlər Zirvəsinə “Global Connection” Şurasının baş koordinatoru Onur Tayşu da dəvət edilib. Tayşu Zirvədə Türkiyəni təmsil edir.
Böyük İyirmilik Gənc Liderlər Zirvəsinə dünyanın ən böyük 19 iqtisadiyyatı ilə Avropa Birliyi Komissiyasından təşkil olunan G-20 ölkələrinin təmsilçisi olaraq 45 yaş altında 100 gənc lider qatılıb. G-20 Beynəlxalq Komitəsi ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərən G-20 Gənc Liderlər Zirvəsi 5 gün davam edəcək. Zirvədə iştirak edəcək gənc menecerlər birbaşa G-20 Gənc Liderlər Dərnəyi Şurası tərəfindən seçilir.
Dəyişikliyə açıq yeni fikirli menecerlər ...
Zirvəyə “dəyişikliyə açıq, yeniliklə uyğunlaşa bilən, yeni fikir və sinerjiləri kəşf edə bilən və digər liderləri dinləməyə açıq olan gənc menecerlər” dəvət edilir.
Mərkəzi İsveçrədə yerləşən və Türkiyənin dünyadakı təşviqatına töhfə vermək və fərqli mədəniyyətlərdən olan millətlərin bir-birilərini tanımalarını təmin etmək məqsədilə qurulan “Global Connection” Beynəlxalq Media Qrupunun baş koordinatoru Onur Tayşu da bu Şura tərəfindən zirvəyə dəvət edilib. Tayşu Türkiyənin ən vacib və ən genişəhatəli təşviqat məcralarından biri olan “Turkey Discover Potential”ın yayımlarına rəhbərlik edib.
Sitrus, hazır geyim, mexanika və turizm başda olmaqla çoxlu sayda sektorun və sektor təşviqat qrupunun təşviqat fəaliyyətini planlaşdıraraq icra edən Tayşu, Türkiyə ilə Rusiya arasında yaşanan “təyyarə böhranı”nından sonra iki ölkə arasındakı ən böyük mülki əməkdaşlıq təşəbbüsü olan Türk-Rus Media Forumunun icrasına da rəhbərlik edib.
8-12 oktyabr tarixləri arasında ikinci dəfə keçiriləcək Türk-Rus Media Forumunda rəhbərliyini davam etdirən Tayşu bu ilin may ayında da 50 ölkədən tanınmış jurnalistlərin iştirakı ilə Beynəlxalq Media Forumunun Türkiyədə gerçəkləşməsini təmin edib. Fransanın Evian şəhərində gerçəkləşən zirvənin builki tədbirlərində isə Energetika Bazarı Komitəsi, Qida Təhlükəsizliyi Komitəsi, Qlobal Maliyyə Sənayesi Komitəsi və İş Yerlərinin Yaradılması və Rəqəmsal İnnovasiyalar Komitəsinin iclasları keçiriləcək.