ABXAZİYADAKI “İNQİLAB” VƏ QARABAĞDAKI “SÜKUT”

09:30 / 04.06.2014

Siyasətçilərin sevərək işlətdiyi “dövlətçilk böhranı” termini Abxaziyada yaşayanan son toqquşmaların ən yumşaq qiyməti olardı.İş ondadır ki,keçmiş Sovetlər Bilriyindən ayrılarkən Gürcüstanla hərbi savaşa atılan bu saxta siyasi subyektin əslində köklü mənada dövlətçilk əsasları heç zaman mükəmməl olmayıb.SSRİ-nin partnomenklaturasının və onların ailə üzvlərinin sanator-kurort məkanı kimi bir vaxtlar məhşurlaşan və çoxlarına dinclik gətirən Abxaziya hətta gürcülərlə qeyri-bərabər döyüşü qazanandan sonra da öz doğma əhalisinə daimi sülh və rahatlıq bəxş edə bilmədi.1989-cu ilin statistiaksında yer alan 525 min əhalidən indi bu yarımtanınmış respublikada cəmi 210 min nəfər insan yaşayır ki,onların da sosil-iqtisadi rifahından danışmaq qeyri-mümkündür.Yeri gəlmişkən,bu separatçı qurumu öz adı ilə qəbul edən cəmi 4 dövlət var ki,onlar da xüsusi olaraq burada səfirlik açmaq və digər diplomatik münasibətlər qurmaq kimi məlum addımlardan özlərini uzaq saxlayıblar.Yəni,sadəcə Rusiyanın məlum qərarına qoşulmaq öhdəliyi ilə iş bitib.

Emmiqrasiyanın başlıca səbəbini buradakı acınacaqlı həyat şəraiti,kriminal durumun ağırlığı və təhlükəsizlik problemləri ilə yanaşı,birmənalı olaraq qeyri-sabit idaəriçilk sistemində təşkil edir.

Moskva 27 may səhərini Süxumi küçələrində on minlərlə üsyançını görəndə efir məkanına ona qədərki dövrdə Krımla bağlı yaratdığı xalq kütlələrin müqəddəs seçimi kimi anlayışların burada nə qədər keçərli ola biləcəyini götür-qoy etməyə başladı.Axı Ukraynanın avtonom bir ərazisi öz müqəddəratını təyin edərkən Maydandan doğulmuş hakimiyyəti tanımadıqlarını bəyan edirdilərsə və müstəqilləşmənin,daha sonra Rusiya ilə birləşmənin başlıca səbəbini yeni Qərbpərəst millətçi-faşist hökuməti ilə bağlayırdılarsa,Abxaziyada meydanı tutan qüvvələrlə prezident Aleksandr Ankvabın xarici siyasət seçimləri arasında heç bir fərq yox idi.Onların hamısı uzun illər ərzində Kremlyönümlü bir xəttin daşıyıcıları olaraq qalmışdılar.Lakin bu dəfə küçələri dolduran kütlə qəzəbi bir anın içində Moskvanı məcbur etdi ki,indiyə qədər müxtəlif daxil qüvvələr arasında tərəflərin birinə üstünlük verərək oyunu başa çatdırması taktıkasına son qoysun və xalqla hesablaşsın.

Əslində gerçək inqilabdan danışmaq və demokratik tələblərlə yeni cəmiyyət qurmağı qarşısına məqsəd qoymuş çekist Raul Xadjimbanın müqəddəs ideallarından bəhs etmək qeyri-mümkündür,çünki onun ifasında gerçəkləşən dövlət çevrilişinin həqiqi adı revanşizm və klanlararası mübarizədir.On il əvvəl “Abxaziyanın Putini” ləqəbi ilə artıq real şəkildə hakimiyyətə iddia edən keçmiş hərbi qəhrəman bütün mühüm vəzifələri daşımasına baxmayaraq Rusiya siyasi elitasından istədiyi dəstəyi ala bilməmişdi və yerini Serqey Baqapşa verməyə məcbur edilmişdi.Sonuncu isə öz növbəsində hələ möhkəm hüquqi bazaya və demokratik ənələrə malik olmayan bir cəmiyyətdə koalsion birliyə və maraqların uzlaşdırılmasına çalışsa da səhhətinin pisləşməsi ilə Abxaziya Respublikası da təzədən elə onun sağlamlıq durumu kimi qeyri-müəyyənlik zolağına düşdü.

Keçmiş prezidentin ölümü isə ona qədər gizli gedən saray intriqalarını açıq müstəviyə çıxardı.2011-ci ildə isə yeni dövlət rəhbərini seçmələrinə baxmayaraq həqiqi güc sahibini müəyyənləşdirmək mümkün olmadı.Budur,üstündən 2 ildən bir az çox keçməsinə baxmayaraq bötövlükdə Abxaziyanın taleyi siyasət masasına yatırləb.Lakin məsələ təkcə Kremldən dərhal fövqəladə hadisə yerinə gələn siyasi texnoloqu,prezidentin köməkçisi və “suveren demokratiya”nın banisi Vladimir Surkovun və Təhüləsizlik Şurası katibinin müavini Rəşid Nurqaliyevin verəcəyi operativ qərarlarda deyil.Aleksandr Ankvabı prezident kürsüsündə qorumaq mümkün olmayacaqdı və Surkovun dediyi kimi,O, nəhayət iyunun 1-də “böyük ürək” sahibi kimi vəzifəsindən getməyə razılıq verdiı.Halbuki kütlə Administrasiya binasını tutanda və prezidentə ultimatumlar göndərəndə,Baş nazir və Milli Təhlükəsizlik nazirini isteafaya məcbur edəndə Ankvabın elə də bir sağlam ürəyi qalmamışdı və hipertoniya krizi keçirmiş bu adamı qəzəblənmiş maydançıların əlindən yalnız Qudautudakı rus hərbi bazası xilas etmişdi.Görün Rusiya nə qədər devrilmiş prezdinetləri ölümdən xilas edib-Mütəllibovu,Yanukoviiç,Ankvabı?!

İndi cəmi 35 nəfərlik Parlamentin başçısı Valeri Bqambaya tapşırılmış Abxaziya prezidentiyi üsyançıların və onların lideri Raul Xadjimbanın şıltaqlığı,yaxud hakimiyyət ehtirasına tabe olunmuş kimi görünür.Lakin bu səthi bir yanaşma olardı.
Bütövlükdə Rusiya dotasiyasından-əvvəlcə ildə 4 milyard,sonra isə azaldılaraq abxazlarda şok doğurmuş 1 milyad rublluq yardımdan asılı olan bir respublikada bütün həyati göstərəcilər son dərəcə bərbad vəziyyətdədir.Əslində bu ucqar əyalət məkanı Moskvanın korrupsiya pilləkənin bir ayaqlatısıdır.Çünki ötən illər ərzində burada güclü sənaye,kənd təsərrüfatı və şaxələnmiş iqtisadiyyat qurmaq mümkün olmayıbÜstəlik,kemiş prezidentə bağışlanılmayan cinayəti-Qal rayonu əhaləsinin-təxminən 30 min nəfərlik meqrelin vətəndaş pasportu ilə təmin edilməsi də qaçılmaz bir gerçəkliyi bundan sonrakı rəhbərlərin qarşısında qoyacaqdır:ətrafla müharibə saxta özünü elan etmiş dövlətciklərin yaşamasını getdikcə çətinləşdirir.Əgər müstəqillik budursa,onda tatarlar daha azaddırlar.Məgər cəmi bir neçə ildən sonra Abxaziyada ruslar tərəfindən alınmamış bir iri iqtisadi obyekt qalacaqmı?

Əslində Dnestryanı bölgə ilə bərabər Qarabağla da geniş paralllelərə qoyulan bu qeyri-sabitlik adalarındakı vəziyyət demək olar ki,eynidir.Onların varlığı və siyasi mövcudluğu daha böyük iradəyə bağlıdır.Abxaziyada indi küçələrə dağılan dövlətin parçalarını yığıb-yığşdırıb təzədən onları ayaq üstünə qaldırmağa çalışsalar da bir faktı heç kəs artıq inkar edə bilmir:Moskva bu yükü əbədi olaraq boynunda daşımağa əvvəlkitək meylli görünmür.Düzdür,yaranmış böhrandan faydalanmaq üçün gürcü hökumətinin heç bir cəhdi ortada yoxdur,lakin süni doğulmuş respublikalara dövlət şəkli vermək il-ildən çətinləşir.Ona görə Abxaziya hadisələri yeni dövrün bağlanğıcıdır-bu Qərbin Ukrayna hadisələri üzündən Rusiyaya cavab zərbəsi,məxməri çevriliş və ya inqilaib deyildir.Abxaziya dövlət ola bilməməyin böhranını yaşayır.

Qarabağda da Abxaziyanın “sükut etmiş” bir mənzərəsi hakim kəsilib.Əslində,dondurulmuş daxili siyasi-iqtisadi maraqlar istənilən bir sosial toqquşamadan alovlana bilər.İndi Azərbaycanda Qarabağın separatçı rəhbərinin adını çox adam bilmir.Çünki,Ermənistan oradakı hadisələri və istənilən klanı çərçivədə saxladığına əmindir.Lakin Qarabağın da öz Raul Xadjimbaları var.Zaman onları üzə çıxaracaq.

Biz bunu istəyirikmi?

Milli Məclisin deputatı,
Zahid Oruc

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM