SOCAR-ın Elm Fondu qrant müsabiqəsi elan edir

19:03 / 28.09.2017

SOCAR-ın Elm Fondu fundamental və innovasiyayönümlü elmi-tədqiqat layihələrini və digər elmi tədbirləri dəstəkləmək, Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) fəaliyyət göstərən alimlərin və yaradıcı kollektivlərin fəaliyyətini dəstəkləmək və onlara əlavə yaradıcılıq imkanları yaratmaq, elmi araşdırmaları stimullaşdırmaq məqsədilə müsabiqə elan edir.

Şirkətin mətbuat xidmətindən  bildirilib ki, müsabiqəyə yer, texnika və kimya elmlərini əhatə edən layihələr təqdim oluna bilər. Neft-qaz yataqlarının neftveriminin artırılması, quyularda parafin, qətran, asfalten və qumçökmə problemləri, neft sənayesində qazma, hasilat, nəql, emal və sair proseslərdə innovativ texnika və texnologiyaların (o cümlədən nanotexnologiyaların) tətbiqi, quruda və dənizdəki neft-qaz obyektlərinin monitorinqində müasir robot texnikasından istifadə, neft-qaz hasilatının identifikasiyası məqsədilə elmi cihaz və avadanlıqlar yaradılması, neft-qaz kompleksində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi problemləri, hasilatın optimallaşdırılmasında kompüter proqram təminatının və informasiya texnologiyalarının tətbiqi, neft-kimya proseslərinin riyazi modelləşdirilməsi, kiçik dərinliklər geofizikasının geoloji və arxeoloji aspektləri, həmçinin neft-qaz kompleksinin ekoloji problemləri və ətraf mühit mövzularında elmi layihələrə üstünlük veriləcək.

Müsabiqə fundamental və tətbiqi xarakterli elmi tədqiqat layihələrini, xüsusi layihələri və gənc alimlər üçün nəzərdə tutulan “həvəsləndirici mükafat”la qiymətləndirilən yaxın bir ildə tamamlanmış elmi tədqiqat layihələrini əhatə edən nominasiyalar üzrə keçirilir. Fundamental və tətbiqi xarakterli kiçikhəcmli layihələr üçün 50 min manata qədər, ortahəcmli layihələr üçün 50 mindən 100 min manata qədər, irihəcmli layihələr üçün isə 100 mindən 200 min manata qədər maliyyə vəsaitlərinin ayrılması nəzərdə tutulur. Xüsusi layihələr kiçikhəcmli layihələr üçün nəzərdə tutulmuş vəsait həcmində maliyyələşdirilir. Bu layihələrin predmetini Azərbaycanda elmi tədbirlərin təşkili və keçirilməsi, xarici elmi tədbirlərdə iştiraketmə, xarici ölkələrin birində doktorantura xətti üzrə təhsil alma və ya stajkeçmə təşkil edir.

“Həvəsləndirici mükafat” nominasiyası üzrə birinci yer üçün 10 min manat, ikinci yer üçün hər biri 5 min manat məbləğində olan iki mükafat, üçüncü yer üçün isə hər biri 3 min manat məbləğində olan üç mükafat veriləcək. Müsabiqədə AMEA-nın əməkdaşları və ya onlarla birgə layihədə çalışan SOCAR-ın təmsilçiləri iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyən layihə rəhbərləri imzaladıqları ərizəni və əlavə olunan digər sənədləri AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinə (Ünvan: AZ1001, Azərbaycan, Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 30, otaq 508.) şəxsən təqdim etməlidirlər. Layihələr 2017-ci il noyabrın 1-dək həftə içi hər gün (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək qəbul edilir. Müsabiqə ilə əlaqədar əlavə məlumat almaq üçün AMEA-nın Elm və Təhsil İdarəsinə (tel.: 492-84-48; e-mail: [email protected]) müraciət etmək olar. Elm Fondunun İdarə Heyətinin (İH) və Müsabiqə Komissiyasının üzvləri müsabiqədə iştirak edə bilməzlər. Layihə rəhbəri və ya icraçı eyni zamanda yalnız iki layihə üzrə müsabiqəyə qatıla bilər. Bu zaman yalnız bir nominasiya üzrə layihəyə rəhbərlik, ikinci layihədə isə icraçı qismində müsabiqədə iştirak etmək mümkündür. Layihə rəhbəri və icraçı müsabiqədə iştirak etdiyi və layihənin həyata keçirildiyi dövrdə AMEA və ya SOCAR-la əmək münasibətində olmalıdır. Bir layihə üzrə iştirakçıların ümumi sayı 10 nəfərdən çox olmamalıdır. Layihə iştirakçılarının sayı yalnız fondun İH-nin qərarı ilə artırıla bilər. Müsabiqədə iştirakın xüsusi şərtləri pozulduqda, digər mənbələrdən (dövlət büdcəsindən, kənar fondlardan və s. təşkilat və ya qurumlardan) maliyyələşdirilən (və yaxud maliyyə dəstəyi almış) analoji məzmunlu layihə təqdim edildikdə, layihələr yuxarıda qeyd olunan vaxtdan sonra təqdim edildikdə və tələb olunan elm və ya tədqiqat sahələrinə aid olmadıqda layihələr Müsabiqə Komissiyası tərəfindən qəbul edilmir. Müsabiqədə iştirakın xüsusi şərtlərinin və ya layihəyə dair tələblərin pozulması halları istənilən mərhələdə layihənin maliyyələşdirilməsinin dayandırılması üçün əsasdır. Bütün layihələr bir qayda olaraq, Azərbaycan dilində, sənədlərin 2 №-li forması isə əlavə olaraq ingilis və rus dillərində (xarici ekspertlərdən rəy alınması məqsədilə) tərtib edilməli, eyni məzmunda olan A4 formatlı kağız və elektron daşıyıcı (CD, DVD və s.) üzərində 2 nüsxədə təqdim olunmalıdır. Ərizəyə layihənin məzmununu, elmi istiqamətini, annotasiyasını və sair təsbit edən ümumi məlumatlar, xərclər smetası, layihə rəhbəri, icraçılar və onların çalışdığı qurum barədə məlumat, eləcə də layihə rəhbərinin və hər bir icraçının şəxsiyyət vəsiqəsinin, VÖEN-nin (əgər varsa) surəti, iş yerindən arayış kimi sənədlər ərizəyə əlavə edilir.

Ərizə və məlumat formalarının nümunələrini AMEA-nın www.science.az və SOCAR-ın www.socar.az (http://socar.az/socar/az/research-and-development/science-fund/anounse) saytlarından əldə etmək olar. Təqdim edilən layihənin ümumi məbləği xərclər smetasına bütün vergi və digər məcburi ödənişlər daxil edilməklə müəyyən olunmalıdır. Qalib layihələrin xərclər smetası müqavilə əsasında layihələrin maliyyələşdirilməsi üzrə icraçı təşkilat olan “Partnyor Elmin İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən maliyyə-təsərrüfat ekspertizasından keçirildikdən sonra Müsabiqə Komissiyası onları təsdiq etmək üçün Elm Fondunun İdarə Heyətinə təqdim edir.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM