Dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin cənazəsi Bakıya gətirilib

08:21 / 29.09.2017

Mərhumun cənazəsi xüsusi ayrılmış maşında Heydər Əliyev Beynəlxalq Aeroportundan Heydər Məscidinə aparılıb.

Aeroportda  müsahibə verən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev dünya şöhrətli alimin elmi araşdırmalarından, qeyri-səlis məntiq sahəsində elmə gətirdiyi inqilabi yeniliklərdən söz açıb, onun xatirəsinin xalqımız tərəfindən daim dərin hörmət və ehtiramla anılacağını bildirib. Vurğulanıb ki, süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadə dünya elminə layiqli töhfələr vermiş görkəmli şəxsiyyətlərdəndir. Texnoloji və elmi nailiyyətlər davam etdikcə bu böyük alimin adı da əbədi yaşayacaq. Lütfi Zadənin ölkəmizdə dəfn olunması azərbaycanlı alimlərin qarşısında yeni vəzifələr qoyur.

Görkəmli alimin həyat və yaradıcılığından, banisi olduğu süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsindən danışan AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev diqqətə çatdırıb ki, Lütfi Zadənin nəzəriyyələri hazırda elm və istehsalatda geniş tətbiq olunur, bütün dünya böyük iqtisadi səmərə gətirən bu nəzəriyyələrdən bəhrələnir. Həmin nəzəriyyələr, həmçinin  müasir idarəetmə elminin əsasını təşkil edir. Alimin son mənzil kimi Bakını seçməsi biz – alimlər üçün böyük şərəfdir.  

Akademiyanın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov da alimin həyat və fəaliyyəti barədə fikirlərini bölüşüb. Bildirib ki, adı elm tarixinin köklü dəyişikliklər yaratmış böyük simaları ilə bir sırada çəkilən azərbaycanlı alim mühüm kəşflərdən sayılan fundamental nəzəriyyələr irəli sürüb. Dünyanın aparıcı şirkətləri Lütfi Zadənin nəzəriyyələrindən bəhrələnməklə yüksək iqtisadi səmərəliliyə nail olub. Lütfi Zadənin vəfatı həm Azərbaycan, həm də dünya elmi üçün böyük itkidir.

ABŞ-ın Kaliforniya Universitetinin professoru, Yumşaq Hesablamalar üzrə Berkli Təşəbbüsünün rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, Amerikadakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədri Lütfi Zadə 1921-ci il fevralın 4-də Bakı şəhərində anadan olub. O, ibtidai təhsilini burada 16 saylı məktəbdə alıb, on yaşında ikən ailəsi ilə birlikdə İrana köçərək 1930-cu illərdə Tehranda təhsilinə davam edib, 1944-cü ildə isə müvəffəqiyyətlə Tehran Universitetini elektrik mühəndisliyi ixtisası üzrə bitirib. Lütfi Zadə 1944–1959-cu illər arasında Amerika Birləşmiş Ştatlarının Massaçusets Texnologiya İnstitutunda və Kolumbiya Universitetində magistr və doktorluq elmi dərəcələrini alıb, 1959-cu ildən Kaliforniya ştatındakı Berkli Universitetinin ömürlük professoru seçilib, 1963-cü ildən isə bu ali məktəbin elektrik mühəndisliyi və kompüter elmləri kafedrasına rəhbərlik edib və Yumşaq Hesablamalar üzrə Berkli Təşəbbüsünün rəhbəri kimi fəaliyyət göstərib.

Süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi professor Lütfi Zadə dünya elmi fikrinə layiqli töhfələr vermiş görkəmli şəxsiyyətlərdəndir. Adı elm tarixinin köklü dəyişikliklər yaratmış böyük simaları ilə bir sırada çəkilən alim mühüm kəşflərdən sayılan fundamental nəzəriyyələr irəli sürüb. Yeni texnologiyalara güclü təsir göstərməklə həmin nəzəriyyələr diskret və rəqəmli idarəetmə, informasiya və kommunikasiya sistemlərinin əsaslarının yaradılmasını təmin edib, müasir idarəetmə elminin bünövrəsini qoyub. Bir sıra araşdırma mərkəzləri idarəetmə sistemlərini Lütfi Zadənin nəzəriyyələri əsasında tədqiq edir və layihələndirir.

Alimin ardıcıl tədqiqatları nəticəsində irəli sürdüyü qeyri-səlis məntiq nəzəriyyəsi müstəsna əhəmiyyətə malik olub, müxtəlif elm sahələrinin müasir mərhələdə inkişafında dərin iz buraxmış və yeni yanaşma üsulları meydana gətirib. İnformasiya texnologiyalarında ciddi dəyişikliklərə yol açan və sənaye proseslərinin idarə olunmasında uğurla istifadə edilən nəzəriyyə nəhəng elektron şirkətlərində özünün geniş tətbiqini tapıb. Hazırda sənayenin bəzi sahələri məhz qeyri-səlis məntiq nəzəriyyəsinə əsaslanmaqdadır. Dünyanın aparıcı şirkətləri Lütfi Zadənin nəzəriyyələrindən bəhrələnməklə yüksək iqtisadi səmərəliliyə nail olublar.

Bir çox ölkələrin akademiyalarının, o cümlədən ABŞ Milli Mühəndislik Akademiyasının və Rusiya Təbiət Elmləri Akademiyasının üzvü seçilən professor Lütfi Zadə mötəbər beynəlxalq cəmiyyətlərin, qurumların və fondların mükafatlarına layiq görülüb, onlarla ölkənin nüfuzlu universitetinin fəxri doktoru adını qazanıb. Lütfi Zadə elm və texnologiyaların inkişafına verdiyi dəyərli töhfələrinə, eləcə də mədəniyyətlərarası dialoqun qurulmasında misilsiz xidmətlərinə görə müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından “Dostluq” ordeni ilə təltif edilib.

Görkəmli alim Lütfi Zadə 2017-ci il sentyabrın 6-da ömrünün 97-ci ilində vəfat edib.

02:12

Sentyabrın 29-da dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin cənazəsi Bakıya gətirilib.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda cənazənin qarşılanmasında elm xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM