Azad Mirzəcanzadəni anarkən

09:14 / 29.09.2017

Görkəmli alim, akademik Azad Mirzəcanzadə (1928-2006) aspirantlarını ildə 2 dəfə yay və qiş məktəblərinə toplayırdı. Yayda Qara dəniz sahilindəki Gelincikdə (Krasnodar yaxınlığında), qışda isə Ufa (Başqırdıstan) və ya Moskvada.

Əfsanələr dolaşırdı o məktəblər haqda. Aspirantları ilə birlikdə elmlər doktorları və professorlar belə 2 həftəlik kampus həyatına can atırdılar. Freydən Froma, Stravinskidən Q. Qarayevə, Bodlerdən H. Cavidə, etnogenezdən xaos nəzəriyyəsinə qədər doyumsuz söhbətlər, müzakirələr olurdu.

Azad müəllim elmi rəhbərim idi, aspiranturaya qəbul olduğum il məni də Ufaya apardı. Ufada — 27 dərəcə şaxta var idi. Axşam  bir-neçə həmyerlimlə aspirant yataqxanasının qazanxanasında külxançı (koçeqar) dyadya Fedyanın yanında toplandıq. İçəri girən kimi əlimizdəki araq şüşələrini alıb bizi masaya buyur etdi. Paslı boru və qazanların əhatəsində ilk sağlığı 3 böyük çuvaşın sağlığına qaldırdı – Lenin, Çapayev və külxançının özünə. Qazanxananın dərinliyində onların  3 portreti asılmışdı. Ən yaraşıqlısı Fedya idi. Heç fəhləyə oxşamırdı, sərrast danışırdı, gecə gec saatlara qədər sosializm cəfəngiyyatından danışırdı. Amma səmimi olmadığını sezmişdik.

O qədər içkidən sonra yatıb yuxuya qaldıq, 5 azərbaycanlı aspirant  auditoriyaya girəndə Azad müəllim tək bir söz dedi:”Sizə görə hamı səhərə qədər soyuqdan donub”. Baxanda gördük ki, içəridə hamı paltoda oturub.  Dyadya Fedya elə vurmuşdu ki, qazanxananın hərarətini saxlaya bilməmişdi.

Mövzum “Feygenbaum nəzəriyyəsi  və fraktallar” idi. Çıxışımın sonunda Azad müəllim Vilhelm Tellin kim olduğunu sordu. Cavab verəmmədim, amma bunun Fedya ilə bir əlaqəsi olduğunu düşünmüşdüm.

* * *

Bir müddət sonra Azad müəllimin Bakıda, 28 aprel (indiki 28may) küçəsindəki evində bacısı İra xanım Mirzəcanzadənin (bacısı da onun kimi ailə qurmamışdı, ömürlərini bir evdə, o möhtəşəm kitabların əhatəsində yaşadılar) çayından içirdik. Azad müəllim mənim bitməkdə olan dissertasiyamı vərəqləyirdi. Anidən qalxıb rəfdən Salvador Dalinin reproduksiyalarından ibarət bir kitab endirdi və əvvəldən işarətlədiyi səhifəni açdı…

* * *

“Mən hər zaman başqalarının görmədiyini görür, başqalarının gördüklərini isə görmürdüm”

Bu sözlər Salvador Daliyə aiddir. O, 1930-larda Oktyabr çevrilişinin memarı və Qırmızı terrorun banisi V. İ. Leninə qarşı dünyadakı ilk böyük ideoloji üsyanı başlatmışdı.

İlki 1931-də  “Qismi qarabasma və ya fortepiano üzərində Leninin 6 portreti”  adlı tablosu idi. Bu hadqa “Ayna” qəzetinin 06.12.2013 tarixli sayındakı “Piano üzərində dolaşan kabus”(http://ayna.az/2013/piano-uzerinde-dolasan-kabus/adlı məqaləmdə yazmışam. Dali Leninə 2-ci “badalağı” isə 1933-də çəkdiyi  məhşur “Vilhelm Tellin sirri” tablosu ilə vurmuşdu…

Salvador Dalinin çocuqluq və gənclik illəri üstünlüyünü, şəksiz istedadını isbatlamaqla keçib. Ateist atası arvadının ölümündən sonra qardaşının keçmiş həyat yoldaşı ilə evlənir. Anasının vəfatı, atasının seçimi gənc Dalini dərindən sarsıdır. Bu sarsıntı onun rəngli fantazıyasında ilk alleqoriyanın yaranmasına təkan verir. İsveçrə folklorunun qəhrəmanı Vilhelm Tell Dalinin bir çox tablosundakı obrazdır. Dali V. Telli despotik ata olaraq görür. Freydin kastrasiya kompleksində olduğu kimi  ataya qarşı başqaldırış və üsyan, ata ocağı ilə göbək bağını kəsmək.

 

Tabloda rəssam Vilhelm Telli oğlunu məhv etmək istəyən ata, yəni Edipin atası kimi təsvir edir. Lakin Dali V. Tellin sifətinin yerinə Leninin üzünü çəkir. Məqsəd “Proletariatın atasını” aşağılayaraq gülüş, istehza obyektinə çevirmək, onun “ölməz” ideyalarını çürütmək idi.

Dali fantasmoqorik təxəyyülünü işə salaraq Telli Leninə transformasiya edir. Leninin anormal böyüdülmüş qılçası və kepkasının dimdiyi dəstək sayəsində durmaqdadırlar. Dimdik Dalinın əsərlərində güc və hakimiyyəti təmsil edir. Əriyib, saqqız kimi uzanan dimdik Lenin ideyalarının iflasını tərənnüm edir.

Onun sol əlində kiçik uşaq var. O, balaca Salvadordur, despot onu yeməyə hazırlaşır. Sol ayağının altında içində uşaq olan araba var, massiv ayağın altında onlar da əziləcəklər. Dali rəsmdə bütün uşaqlıq vahimələrini, səksəkə və qorxularını ifadə edib. Tablodakı Salvador dünyanın obrazıdır. Dali Lenin və  leninizmin bütün dünyanı məhv edəcəyini deyir…

Hər 2 tablo sürrealistlərin qəzəbinə səbəb olmuşdu. Onlar Dalini özlərindən uzaqlaşdırdılar. Dali də “Sürrealizm — mənəm. Mən həqiqətən də belə hesab edirəm, çünki ancaq mən sürrealizmi inkişaf etdirməyə qadirəm”,- deyir. Və sözünü tutur, sürrealizmi XX əsr mədəniyyətinin zirvələrinə daşıyır.

Dali dahi idi, Lenin isə yox…

Azad Mirzəcanzadə atamın da, mənim də müəllimimiz, elmi rəhbərimiz idi. O,  bütün həyatı boyu Lenin və onun qurduğu sistemə qarşı idi. Bu fikirlərini söyləməkdən çəkinmir, tələbə və aspirantlarını da o yöndə yetişdirirdi. Vəfatından bir müddət əvvəl onu Neft Akademiyasının “köhnə binasının” 2-ci mərtəbədəki kabinetində ziyarət etdim. Nağıl kimi maraqlı və rəngli olurdu onunla söhbətlər. O son söhbətində nələrdən danışmadıq. Səhhətindən şikayət etdi, artıq yay-qış  məktəblərini toplamadığını dedi. Kefini açmaq üçün qazanxanadakl macəramızı xatırlatdım. Qımışıb, Fedyanın içkiyə qurşanmadan əvvəl ciddi bir anti-sovetçi və buna görə sürgün həyatı yaşadığını dedi. Donub qalmışdım, bir gün ondan yazacağım ağlıma gəlməzdi…

Tanıdığım ən böyük dissident idi Azad Mirzəcanzadə, həm də tanıdığım ən böyük alim və müəllim.

İşıqlar içində yatsın…//Ayna.az

 İbrahim Nəbioğlu


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM