Uşaqları qrip peyvəndi etdirək, ya yox? - VALİDEYNLƏRİN DİQQƏTİNƏ

16:00 / 29.09.2017

Elə ki, havalar bir azca soyuyur, uşaqlar arasında qrip və soyuqdəymə hallarına tez-tez rast gəlinir.
Qrip sözünün hərfi mənası tutulmaq deməkdir. Kəskin Respirator Virus İnfeksiyaları (KRVİ) ailəsinə daxil olan xəstəliklərdən biridir. Bu, böyük bir xəstəliklər qrupunu özündə əhatə edən patoloji haldır. Qrip də bu ailəyə daxil olan xəstəlikdir. Bəs uşaqlarımızı bundan necə qoruyaq? Bu baxımdan qrip peyvəndinin faydası varmı?
Strategiya.az lent.az-a istinadən mövzu ilə bağlı pediatr Vaqif Qarayevin məsləhətlərini təqdim edir.
 
Həkim ilk növbədə onu bildirib ki, hər soyuqdəymə və Kəskin Respirator Virus İnfeksiyaları qrip deyil. Qrip virusunu klinik gedişatı və laborator müayinələr əsasında təyin etmək olar: "Qrip ümumi anlayışdır. Amma qrip virusunun 3 növü var - A, B, C. Hər birinin törətdiyi xəstəlik gedişatına görə fərqlənir. Qrip xəstəliyi xüsusən uşaqlarda ağır gedişatı ilə fərqlənir. Başqa respirator xəstəliklərdə temperatur 38-ə qədər qalxa bilirsə, qrip zamanı 39-40 dərəcəyə qalxır və dayanıqlı olur, yəni uzun müddət davam edir. Uşaqların ümumi halı kəskin və qəflətən pisləşir. Südəmər, yəni kiçikyaşlı uşaqlarda yeməkdən imtina, oyanıqlıq, ağlağanlıq, yuxusuzluq, qusma halları baş verir. Əgər qızdırmanın qarşısı vaxtında alınmazsa, qıcolmalar baş verir. Körpə uşaqlarda qrip virusları ilk növbədə yuxarı tənəffüs yolları və mərkəzi sinir sistemini zədələyir. Südəmər uşaqlarda daha çox ağırlaşma, fəsadlaşma ehtimalı çoxdur. Ən çox fəsad ağciyərlərə verir. Qrip virusunun verdiyi pnevmoniya, yəni ağciyər iltihabı, sadə dillə desək, sətəlcəm, həddən artıq ağır keçir. Onun müalicəsi çox çətindir. İkinci ağırlaşma mərkəzi sinir sistemində, yəni baş-beyində miningit yaranır. Bu da uşaq orqanizmi üçün ağırdır, müalicəsi uzun müddət çəkir".
 
Qripdən ölüm təhlükəsi!
 
V. Qarayevin sözlərinə görə, qripin konkret yaşı yoxdur, yəni yeni doğulmuş uşaq da qrip ola bilər. Hətta yeni doğulanlarda qrip ağır keçir və çox vaxt da ölümlə nəticələnir. Ümumiyyətlə, qrip virusu fəsadlaşdıqda ölüm təhlükəsi yaranır: "Südəmər uşaqlarda qıcolmanın fonunda miningit ani ölümə səbəb ola bilər. Bir az böyük uşaqlarda pnevmoniya - ağciyərlərin iltihabı, sətəlcəm baş verə bilər. Uşaqlar bu vəziyyətdən də çətinliklə çıxırlar. Bəzən deyirlər ki, qrip sağalmadı. Adi burun axması, burun tutulmasına qrip demək olmaz. Burun axması allergiyadan, adi soyuqdəymədən də ola bilər. Amma qripin əlamətləri çoxdur, üstəlik təhlükəli və ağırdır. Çox zaman da deyirlər ki, uşağın qızdırması düşüb, amma öskürək və burun axması keçmir. Bu, düzgün anlayış deyil".
 
Pediatr qrip virusunun son dərəcə təhlükəli və yoluxucu olduğunu vurğulayır. Yoluxucu hallar daha çox uşaq bağçaları və məktəblərdə baş verir: "Bir saatın içində bütöv məktəb yoluxa bilər. Qrip virusu hava damcı yolu ilə - öskürək və asqıraqla keçir. Burnun içindəki möhtəviyyatın tərkibi virusla zəngindir. Asqıraq və öskürək zamanı kənara sıçrayaraq yayıla bilər. Bir sinifdə bir uşaq bircə dəfə asqırmaqla bütün sinfi qripə yoluxdura bilər".
 
Bəs uşaqlara hansı yaşdan etibarən qrip peyvəndi vurula bilər?
 
Uşaqlar 6 aylığından sonra qrip peyvəndi oluna bilər. 9 yaşından aşağı və əvvəllər heç bir qrip peyvəndi almamış uşaqlara bir ay ara ilə iki dəfə, böyük dozasının yarısı qədər vurulur. Lakin 9 yaşından yuxarı uşaqlara qrip peyvəndi 1 dəfə vurulur.  
 
Vaqif Qarayev xüsusi tibb müəssisələrində əvvəlcədən proqnozlaşdırılmış virus epidemiyasına əsasən peyvənd edildiyini bildirir: "Məsələn, 2016-cı ilin qışında qripin A (B, C də ola bilər) virusunun epidemiyası gözlənilir. Ona görə əgər proqnozlar düz çıxarsa, peyvənd A virusuna qarşı aparılmalıdır. Bəzən valideynlər şikayət edirlər ki, peyvənd də vurdurduq, amma uşaq yenə qrip oldu. Demək, həmin vaxt epidemiyası gedən virusun növünə görə peyvənd vurulmayıb. Məsələn, A virusu qripi var, amma B qrupunun peyvəndi olunub. Qripin törədicisinin A, B, C virusu olması dəqiqləşdirildikdə həkim, tibbi personaj, valideyn üçün də hansı peyvənd vurulması asanlaşır".  
 
Peyvənd etdirirkən nəyə diqqət etmək lazımdır?
 
Peyvənd iynə şəklində vurulur. Bütün peyvəndlər kimi, qrip peyvəndi zamanı da uşaq mütləq sağlam olmalıdır. Həkim qrip virusu aşkarlandıqda uşaqların mütləq peyvənd olunmasını məsləhət görür: "Bütün peyvəndlər kimi, qrip peyvəndinin də əks təsiri ola bilər. Əgər uşaq xəstədirsə, peyvəndin fəsadları olacaq. Qrip peyvəndi ilə paralel başqa peyvənd vurula bilməz. Uşağa başqa peyvənd vurulmalıdırsa, qrip peyvəndindən iki ay sonra vurula bilər. Qrip peyvəndinin vurulma mövsümü oktyabr-noyabr aylarıdır. Çünki peyvənd iki ay sonra təsirini göstərir. Epidemiya isə əsasən yanvar-fevral aylarında baş verir". 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM