Uşaqlıqdan hər kəsə yaşlılara hörmət və ehtiramla yanaşmaq, ictimai nəqliyyatda qocalara yer vermək, küçəni keçməkdə çətinlik çəkən ixtiyar şəxslərə kömək etmək və tənha yaşayan yaşlılara yardım əli uzatmaq hissi aşılayıblar. Oktyabrın ilk təqvim günü bunun üçün çox yaxşı fürsətdir.
AZƏRTAC xəbər verir ki, 1990-cı il dekabrın 14-də BMT-nin Baş Assambleyası qətnamə qəbul edərək oktyabrın 1-nin Beynəlxalq Ahıllar Günü kimi qeyd olunmasını qərara alıb. Bu günü əvvəlcə Avropada, sonra Amerikada, ötən əsrin 90-cı illərinin axırlarında isə artıq bütün dünyada qeyd etməyə başlayıblar. Həmin günün təsis edilməsinin başlıca məqsədi ailə və icmaların, eləcə də cəmiyyətin həyatında ahıl və yaşlıların iştirakını fəallaşdırmaqdan, onların hüquq və ehtiyacları diqqətə çatdırmaqdır.
Ölkəmizdə ahıllar dövlət qayğısı ilə hərtərəfli əhatə olunublar. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda qeydiyyatda olan əmək pensiyaçılarının 329,3 minə yaxını ahıl vətəndaşlardır. Onlardan 201,8 mini qadın, 127,4 min nəfəri kişidir. Ahıl pensiyaçıların 208,6 min nəfəri 70-80, 110,9 min nəfəri 80-90 yaşlarında, 9,7 min nəfəri isə yaşı 90-dan yuxarı olan vətəndaşlardır. Ümumilikdə hazırda ahıl vətəndaşların 87,1 faizi əmək pensiyası ilə təmin olunur. Əmək pensiyası hüququ olmayan ahıl şəxslərə isə yaşa görə aylıq sosial müavinət ödənilir.
Ölkəmizdə əmək pensiyaçılarının sayı 2017-ci il iyulun 1-nə olan məlumata görə, 1,3 milyon nəfərdən çoxdur. Onlardan 59,2 faizi yaşa, 11,5 faizi ailə başçısını itirməyə, 29,3 faizi əlilliyə görə pensiya alır. Müasir sığorta-pensiya sisteminin yaratdığı imkanlar, həyata keçirilən ardıcıl sosial müdafiə tədbirləri nəticəsində pensiyaların orta aylıq məbləği son on ildə 10,3 dəfədən çox, cari ilin ilk yarımilində isə 6,4 faiz artıb. Beləliklə, cari il iyulun 1-nə ölkədə əmək pensiyalarının orta aylıq məbləği 201,7 manata, o cümlədən yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 224 manata çatıb. Həmçinin son on ildə sosial müavinətlərin orta aylıq məbləği 3 dəfədən çox artırılıb.
Ahıl vətəndaşların bir qismini təşkil edən İkinci Dünya müharibəsi iştirakçılarına ödənilən orta aylıq pensiyanın məbləği isə 356 manat təşkil edir. Aylıq əmək pensiyası ilə yanaşı, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Fərmanı ilə 2008-ci il sentyabrın 1-dən digər müharibə əlilləri kimi, İkinci Dünya müharibəsi əlillərinə də Azərbaycan Prezidentinin aylıq təqaüdü ödənilir. Həmin təqaüdlərin məbləği ötən dövrdə orta hesabla iki dəfədən çox artırılıb və I qrup əlillər üçün 165, II qrup əlillər üçün 143, III qrup əlillər üçün 110 manata çatdırılıb. İkinci Dünya müharibəsi iştirakçıları, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslər də Azərbaycan Prezidentinin təqaüdləri ilə təmin edilirlər.
Bu gün əsaya söykənə-söykənə küçədə gedən, parkda əyləşib öz həmyaşıdları ilə ömrün gündoğanında qalan mürgülü xatirələri təzədən çözələyən, nuru azalmış gözləri ilə dünyamıza tamaşa edən ahılların bayramıdır. Həm də onlara yardım göstərmək, əl uzatmaq, insan hənirinə, övlad nəfəsinə qəribsəyən qapılarını döymək, ot basmış cığırlarla yaşadıqları ünvana üz tutmaq, könülləri sevindirmək, ürəklərinə ümid işığı səpmək, təsəlli vermək üçün yaxşı fürsət deyilmi?
Həm də təkcə bu gün yox...
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM