Azərbaycanda sürüşmə-uçqun baş verib

15:23 / 02.10.2017

Azərbaycanda sürüşmə sahələrində mövcud vəziyyət açıqlanıb.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov APA-ya deyib ki, Zığda lokal sahələrdə təbii və texnogen amillərin təsirindən sürüşmənin dinamikasında nisbi aktivlik qeydə alınıb.
 
Onun sözlərinə görə, son günlər əraziyə düşən atmosfer yağıntılarının təsirindən Günəşli yaylasında çökmə sahəsi nisbi aktivləşib: "Masazırda Mirzə İbrahimov küçəsi boyunca təbii amillərin təsirindən sürüşmə sahəsində və Masazırda "Zəli gölü” adlanan ərazidə təbii - texnogen amillərin təsirindən sürüşmə və uçqun prosesinin dinamikasında nisbi aktivlik müşahidə olunur. Son günlər əraziyə düşən atmosfer yağıntılarının təsirindən isə Hökməlidə, Nubar qəsəbəsindəki sürüşmə sahəsində aktivlik baş verib”.
 
Ə. Qaralov bildirib ki, Astarada Kijəbə sürüşmə sahəsində, rayonun Deqədi-Pəlikəş avtomobil yolunun 5, 7, 8 və 10-cu km-də uçqun və sürüşmə sahəsində atmosfer yağıntılarının təsirindən aktivlik qeydə alınıb: "Lənkəran-Lerik yolunun 27-29-cu kilometrliyində uçqun – sürüşmə prosesi nisbi aktivləşib, yolboyu yamacda bir neçə yerdə yeni uçqun hadisələri baş verib. Hazırda sürüşmə sahəsində aktivlik davam edir. Lənkəran-Lerik yolunun 45-47-ci kilometrliyi sürüşmə sahəsində atmosfer yağıntılarının təsirindən aktivlik müşahidə olunub. Lerik - Qosmalyan - Kəlvəz avtomobil yolunun 10-cu kilometrliyində uçqun hadisəsi aktivləşib. Lənkəran - Lerik yolunun 17-19-cu kilometrliyi sürüşmə sahəsində atmosfer çöküntülərinin təsirindən aktivlik baş verib, sürüşmə sahəsində müxtəlif ölçülü çatların əmələ gəlməsi müşahidə edilib. Masallıda, Güllütəpə sürüşmə sahəsinin isə parametrləri artıb. Cəlilabadda, Sadatlı sürüşmə sahəsində nisbi aktivlik qeydə alınıb. Cəlilabad - Cəngan - Soltankənd avtomobil yolunun 17-ci km-dəki sürüşmə sahəsinin parametrlərində atmosfer yağıntılarının təsirindən artım baş verib”.
 
Gədəbəydə Pirdağ, Daşkəsəndə Alunitdağ sürüşmə sahələrində nisbi aktivliyin baş verdiyi vurğulayan ekspedisiya rəisi qeyd edib ki, Xızı-Altıağac avtomobil yolunun 11-15-ci km-də sürüşmə sahəsinin parametrləri nisbi artıb və yolboyu bir neçə yerdə yeni uçqun hadisəsi baş verib: "Siyəzəndə Sədan sürüşmə sahəsi aktivləşib, sürüşmənin parametrlərində artım qeydə alınıb. Şabranda Qazbabalı sürüşmə sahəsində aktivlik davam edir, sahədəki çatların ölçüləri genişlənib. Quba-Xınalıq avtomobil yolunun 37-46-cı kilometrliyində sürüşmə aktivləşib, bir neçə yerdə yeni uçqun - töküntü hadisəsi baş verib”.
 
ETSN rəsmisi qeyd edib ki, Şamaxı şəhəri 48-A məhəlləsi sürüşmə sahəsində aktivlik müşahidə olunur: "Artıq sürüşmə sahəsi qaş hissəyə doğru genişlənməkdədir. Bakı - Şamaxı avtomobil yolunun 106 - 111-ci kilometrliyində isə sürüşmə sahəsinin bir neçə yerində uçqun-töküntü, axma tipli sürüşmə hadisəsi baş verib. Atmosfer yağıntılarının təsiri nəticəsində sürüşmənin parametrləri ciddi şəkildə artıb. Bakı-Ağsu magistral avtomobil yolunun 132-156-cı kilometrliyində də sürüşmə aktivləşib, nəticədə uçqun-töküntü hadisələri qeydə alınıb. Ərazidə bir neçə yerdə yolboyu yeni lokal sürüşmə sahələri əmələ gəlib. Şamaxıda Muğanlı sürüşmə sahəsində çatların ölçüləri qismən genişlənib. Şamaxının Çuxuryurd-Qızmeydan avtomobil yolu sürüşmə sahəsinin dinamikasında aktivlik qeydə alınıb, yolboyu yola paralel müxtəlif ölçüdə yeni çatlar yaranıb. Ağsuda Gürcivan, Sanqalan sürüşmə sahələrində, Muğanlı – İsmayıllı avtomobil yolunun 2-11, 23-24, 27-29-cu kilometrliklərində atmosfer yağıntılarının təsirindən sürüşmənin dinamikasında aktivlik qeydə alınıb. İsmayıllıda İstisu sürüşmə sahəsində də nisbi aktivlik müşahidə edilib, mövcud çatların ölçüləri artıb”.

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM