Hər birimiz bal alarkən, ilk növbədə, onun keyfiyyəti ilə maraqlanırıq. Bilmək istəyirik ki, təmiz baldır, yoxsa qarışığı var? Bal seçmək üçün bir sıra üsullar da mövcuddur: qaşığa götürüb süzmək, yandırıb yoxlamaq, dadına baxmaq və s. Lakin bunların heç biri yetərli olmur. Yaxşısı budur ki, Bakıda hər il keçirilən yarmarkaya gedib balı oradan alın. Bu yarmarka keyfiyyətli bal almaq üçün etibarlı məkandır. Çünki yarmarkaya çıxarılan arı məhsulları qabaqcadan Respublika Baytarlıq Laboratoriyasında yoxlanılır.
Arı məhsullarının növbəti satış-yarmarkası oktyabrın 10-da açılacaq. Təqdim olunan bal nümunələri laboratoriyada hərtərəfli yoxlanılır. Yarmarkaya çıxarılacaq balın müayinə prosesini izləmək, eləcə də “aldığım bal keyfiyyətsiz çıxdı” deyə düşünənlərin şübhəsini aradan qaldırmaq üçün üz tutduq Baytarlıq şəhərciyində yerləşən Respublika Baytarlıq Laboratoriyasına.
Laboratoriya təminat verir: bal yarmarkasına yalnız keyfiyyətli məhsullar çıxarılacaq
Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Respublika Baytarlıq Laboratoriyasının direktoru Fizuli Quliyevlə birgə laboratoriyaya daxil olduq. Yarmarka üçün göndərilən arı məhsullarının müayinəsinin son günü olmasına baxmayaraq, Respublika Baytarlıq Laboratoriyasında qızğın iş gedirdi. Arıçıların müxtəlif bölgələrdən gətirdikləri məhsullar müasir qurğularda müayinədən keçirilir, sertifikatlaşdırılır. Fizuli müəllim söhbət zamanı bildirir ki, sentyabrın 19-dan etibarən laboratoriyada iqtisadi rayonlar üzrə kodlaşdırılaraq gətirilən arıçılıq məhsulları analizdən keçirilir. Məqsəd yarmarkaya keyfiyyətli məhsulların çıxarılmasını təmin etməkdir.
Satış yarmarkasına təqdim olunan 130 tonadək balın təxminən 20 tonu çıxdaş edilib
Budəfəki yarmarkaya nə qədər bal çıxarılacağını soruşuruq. Fizuli Quliyev deyir ki, laboratoriyaya 3367 nümunə daxil olub. Anbara təxminən 130 tona yaxın bal təhvil verilib. Bu nümunələrdən 509-u, yəni 20 tona yaxını keyfiyyət standartlarına uyğun gəlməyib və təşkilatçılar bu barədə məlumatlandırılıb. Həmin ballar satışa buraxılmayacaq, yarmarka başa çatana qədər anbarda saxlanılacaq.
Bal nümunəsinin hansı parametrlər üzrə yoxlanıldığı ilə maraqlanırıq. Laboratoriyanın direktoru bildirir ki, müayinə zamanı balda suyun miqdarı, turşuluq, refraksiya, diastaz, invertaz və oksitaz-fosfataz reaksiyası aparılır. Nümunə hər hansı bir göstəriciyə uyğun gəlməsə, o, standarta uyğun olmayan məhsul kimi çıxdaş edilir.
Müsahibim əminliklə vurğulayır ki, yarmarkaya gələnlər aldıqları məhsulun keyfiyyətindən tam arxayın ola bilərlər. Laboratoriya əməkdaşları müayinəni dəqiqliklə aparırlar ki, insanlar aldıqları bala görə peşman olmasınlar.
Yarmarkanın ünvanı: Xətai rayonu, Nobel prospekti, 23
Laboratoriyadan çıxıb Kənd Təsərrüfatı Nazirliyinə yollanırıq. Heyvandarlıq şöbəsinin müdiri Qalib Əbdüləliyevlə görüşüb, yarmarkaya hazırlığın vəziyyəti ilə maraqlanırıq. Şöbə müdiri məlumat verir ki, arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkası oktyabrın 10-dan noyabrın 5-dək Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 ünvanında (“A.M.A.Y Holdinq” MMC-nin ticarət mərkəzində) təşkil olunacaq. İzafi vaxt itkisinə yol verməmək üçün arıçılıq məhsullarının anbara qəbulu əvvəlcədən müəyyənləşdirilən cədvəl əsasında aparılıb – məhsullar iqtisadi rayonlardan müəyyən ardıcıllıqla qəbul olunub.
Satış yerləri püşkatma əsasında müəyyənləşdiriləcək
Arıçılıq məhsullarının sərgi-satış yarmarkası həm paytaxt sakinlərinin keyfiyyətli balla təmin olunması, həm də arıçılığın inkişafı baxımından faydalıdır. Bu barədə danışan şöbə müdiri qeyd edir ki, hazırda hər bir məhsulun istehsalına beynəlxalq təcrübəyə uyğun dəyər zənciri yanaşması tətbiq olunur. Arıçılıq məhsullarının sərgi-satış yarmarkası da bu sahədə tam dəyər zənciri yanaşmasının bariz nümunəsidir. “Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hər il təşkil olunan yarmarka artıq ənənə halını alıb. Növbəti yarmarkaya hazırlıq işləri başa çatmaq üzrədir. Oktyabrın 2-dək, yəni məhsulun qəbul olunduğu son günədək 336 arıçı qeydiyyatdan keçib, onların təqdim etdikləri arı məhsullarından nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasında müayinə olunub. Hazırda yarmarka məkanında satış pavilyonları təşkil edilir, qeydiyyat aparılır, səliqə-səhman yaradılır. Yarmarkada peşəkar, yüksək keyfiyyətli bal istehsal edən arıçıların iştirakı təmin olunacaq. Oktyabrın 9-da satış yerlərinin püşkatması keçiriləcək. Əvvəlcə iqtisadi rayonlar arasında satış pavilyonundakı yerlərin püşkü atılacaq, sıralama müəyyən olunacaq. Sonra isə iqtisadi rayonlardan gəlmiş arıçıların satış yerinin nömrələri üzrə püşk atılacaq. Burada bütün arıçılar iştirak edəcək və proses tam şəffaf olacaq”, - deyə Q.Əbdüləliyev bildirir.
Onu da öyrəndik ki, anbara yığılan keyfiyyətsiz ballara yarmarka dövründə ciddi nəzarət olunması məqsədilə burada video kameralar və lazer nəzarəti sistemi quraşdırılacaq. Gecələr növbətçilik təşkil ediləcək. Lazer nəzarət sistemi baş verəcək hər dəyişiklik barədə SMS vasitəsilə cavabdeh şəxslərə məlumat ötürəcək.
Yenilik: bal yarmarkasında ilk dəfə mini laboratoriya təşkil olunacaq
Nazirliyin rəsmisi ilk dəfə bu il tətbiq olunacaq yenilikdən də söz açır: “Satış pavilyonunda mini laboratoriya təşkil olunacaq. Yəni, alıcı tam arxayın olmaq istəsə, həmin laboratoriyaya müraciət edərək, balın keyfiyyətini yoxlada bilər. Bu isə alıcıya 5-10 manata başa gələcək”.
Çoxlarını düşündürən daha bir məsələyə gəlincə, yarmarkaya çıxarılan balın qiymətini arıçılar özləri təyin edəcəklər. Kənd Təsərrüfatı Nazirliyinin yarmarkanı təşkil etməkdə məqsədi odur ki, arıçılar əlavə xərc çəkmədən məhsullarını bir məkanda daha çox alıcıya təklif edə bilsinlər. Arıçının satış üçün əlavə xərc çəkməməsi isə balın qiymətinə təsir edir, o, öz məhsulunu nisbətən ucuz satır. Bunu nəzərə alaraq, yarmarkaya çıxarılacaq balın 1 kilosunun qiymətinin təxminən 20-25 manat arasında olacağı gözlənilir.
Arıçılığın inkişafı istiqamətində ardıcıl və sistemli iş aparılır
Son illər ölkəmizdə arıçılığa artan maraq müşahidə olunur. Kənd Təsərrüfatı Nazirliyi balın qiymətli ərzaq olduğunu, kənd yerlərində məşğulluğa müsbət təsirini nəzərə alaraq, bu sahənin inkişafı məqsədilə müvafiq tədbirlər həyata keçirir, layihələr işlənilir. Artıq müsbət nəticələr göz qabağındadır. Q.Əbdüləliyev bildirir ki, xüsusən bu, damazlıq-seleksiya işlərinin inkişaf etdirilməsində, ana arı yetişdirilməsində nəzərə çarpır. Respublikada ilk dəfə olaraq 2015-ci ildən etibarən iki yerdə – nazirliyin Arıçılıq Mərkəzinin genefon arıxanasında və Qaxda özəl arıxanada süni mayalama yolu ilə ana arı yetişdirilməsi təcrübəsi tətbiq olunur. Bu arıxanalarda Azərbaycan coğrafiyası üçün ən münasib arı cinsi olan Bozdağ Qafqaz arı cinsi yetişdirilir və arıçılara verilir. FAO-nun köməyi ilə Ankara Universitetinin biologiya fakültəsi ilə əməkdaşlıq çərçivəsində Bozdağ Qafqaz arı cinsinin tam genetik xətti ilə bağlı araşdırmalar aparılıb və bu arı cinsinin Azərbaycan ekotipinin tam dəqiq genetik informasiyası əldə edilib. Növbəti addım isə Sarı Qafqaz arı cinsi üzərində də tədqiqatlar aparılması olacaq. Bu cinsin hər ikisi dağətəyi və yüksək dağlıq ərazilər üçün uyğundur.
Şöbə müdirinin sözlərinə görə, aran rayonları üçün hibrid arıların yetişdirilməsi də unudulmayıb. Əsas hədəf coğrafi iqlim şəraitindən asılı olaraq bütün bölgələrdə arıçılığın inkişafına şərait yaratmaqdır. Eyni zamanda, FAO-ya növbəti layihə ilə müraciət olunub. Bu aydan etibarən beynəlxalq ekspertlərin ölkəmizə səfəri və layihə ilə bağlı müzakirələrin aparılması gözlənilir. Həmçinin arıçıların və arı ailələrinin qeydiyyatının, identifikasiyasının aparılması, ekoloji arı məhsullarının istehsalı, qablaşdırılması və marketinqi istiqamətində də lazımi tədbirlər görüləcək.//azertac
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM