Azərbaycanın qadın voleybçulardan ibarət millisinin daha bir üzvü xaricə üz tutub. Hücumçumuz Anastasiya Qurbanova karyerasını Fransada davam etdirəcək.
Hücumçumuz yeni mövsümdən Fransanın "Pays d`Aix Venelles Volley" ("PAVVB") klubunun uğurları üçün çalışacaq.
Qeyd edək ki, Anastasiya Qurbanova bir neçə gün əvvəl Azərbaycanda təşkil olunan Avropa birinciliyində yığmamızın 12-liyinə salınmamışdı.