Mötəbər beynəlxalq təşkilat olan BMT-nin yüksək tribunasına çıxan hər bir kəs fikirlərində diqqətli olmalı, onların məsuliyyətini anlamalıdır. Bu təşkilatın tarixində onun tribunasından dahi şəxsiyyətlər çıxış edib, dünyanın ağrılı problemləri barədə həqiqətləri söyləyiblər. Təəssüf ki, bir sıra hallarda BMT-yə heç yaraşmayan, onun səviyyəsində çıxış edə bilməyən “siyasətçilər” də həmin tribunadan danışa bilirlər. Ermənistana rəhbərlik edən Serj Sarkisyan bunun son nümunəsidir. Erməni lider orada Azərbaycan və Türkiyə əleyhinə tam əsassız, iftira və hədyan xarakterli fikirlər ifadə edib. O, sözün həqiqi mənasında dünyanı aldatmağa çalışıb. Sarkisyanın çıxışının məntiqi analizi onun yaramaz, şərəfsiz, ləyaqətsiz, şəxsiyyətini itirmiş bir nadanın xəstə təxəyyülündən doğan, böhtan, iftira və şər dolu bir cəfəngiyat olduğunu göstərir. Lakin nədənsə, BMT kimi nüfuzlu təşkilat belə adamları da dinləməyə imkan verir. Bu səbəbdən S.Sarkisyanın ifadə etdiyi fikirlərin əsassızlığını oxuculara izah etməyi lazım bildik.
Siyasətdə mənəvi meyar: Sarkisyan bütün sərhədləri aşır
Azərbaycan xalqı həmişə regionda qonşularına böyük tolerantlığı ilə fərqlənib. Tarixə nəzər salsaq, bunun saysız-hesabsız nümunələrinin şahidi ola bilərik. O cümlədən ermənilərə Azərbaycanda bütün mümkün hörmətlər olub, onların hüquqları tam qorunub. Bunu Bakıda yaşamış istənilən erməninin öz dilindən eşitmək olar. Onlar indi də Bakının xiffətini çəkir, onun həsrəti ilə yaşayırlar. Lakin Ermənistanda siyasətçilər və şovinist vandallar başqa şeyə vay-şivən qurmaqda davam edirlər. Onlar vicdanını və tərbiyəsini itirmiş, qatil, özlərinin törətdiyi qətliamları başqalarının boynuna yıxmağa çalışan mənəviyyatsız insanlardır.
Serj Sarkisyan bunu BMT-nin Baş Assambleyasının 72-ci sessiyasında etdiyi çıxışında işlətdiyi hər cümlədə sübut etdi. O göstərdi ki, siyasətçi kimi nə məntiqi, nə vicdanı, nə də obyektivliyi var. Üstəlik, BMT kimi mötəbər bir beynəlxalq təşkilatın üzvlərinə yalan danışdığına görə daşıyacağı məsuliyyəti anlamayacaq dərəcədə hüquqi cəhətdən "keydir". Belə bir insanın hətta Ermənistan kimi qondarma bir dövlətə belə necə başçı "seçildiyini" sağlam məntiqlə anlamaq çətindir.
S.Sarkisyanın çıxışında nifrət və məhdud etnik maraqlara aludəçilikdən başqa heç bir məqam yoxdur. Elmdə belə bir metod var: hər hansı mətndə bir sözün neçə dəfə təkrarlanmasına uyğun olaraq mətnin məzmun və strukturunu da müəyyənləşdirmək olur. Sarkisyanın çıxışında “Ermənistan”, “erməniçilik”, “soyqırımı”, “müharibə”, “Artsax” tez-tez işlənən kəlmələrdir. Bu sözlər iki kontekstdə işlənib. Birincisi, Azərbaycan guya ermənilərə qarşı zor işlədib. İkincisi, Türkiyə “soyqırımı” törədibmiş, ancaq indi Ermənistanla əlaqə qurmaq istəmir. Bu şərtlərin çərçivəsində Azərbaycan və Türkiyə “orta əsr dəyərləri”ni daşıyan ölkələrdir. Bu səbəbdən də, “ay aman”, BMT tədbir görməlidir. Üstəlik, sən demə, S.Sarkisyan bir neçə dəfə BMT tribunasından bu barədə “dünyanı xəbərdar edibmiş” (bax: Речь Президента Сержа Саргсяна на 72-ой сессии Генеральной Ассамблеи ООН / "president.am", 20 sentyabr 2017).
BMT kimi mötəbər bir təşkilat üçün uyğun olmayan məqamlardan biri təcavüzkar dövlətin başçısı olaraq S.Sarkisyanın başqasını hərbi təcavüzdə ittiham etməsindən ibarətdir. Çünki məhz BMT Təhlükəsizlik Şurası Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini təsdiqləyən və dərhal zəbt olunan torpaqlardan erməni silahlı quldur dəstələrinin çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib! Həmin sənədlərdə açıq-aydın yazılıb: Ermənistan Azərbaycanın işğal etdiyi ərazilərindən dərhal çəkilməlidir.
Bu faktı BMT-nin bütün üzvləri bilirlər. Bəs onda hansı əsasla S.Sarkisyanın məsələni tamamilə tərsinə təqdim etməsinə – Azərbaycanı zorakı göstərməsinə göz yumurlar? Orada Azərbaycan və Türkiyə nümayəndələrindən başqa vicdanı olan bir insan yoxdurmu ki, "BMT-nin qəbul etdiyi sənədlərə görə təcavüzkar, zorakı, işğalçı, insan haqlarını kobudcasına pozan ölkə Ermənistandır", desin?! Bununla həm S.Sarkisyanın BMT-nin özünə qarşı hörmətsiz davranmasına cavab verilmiş, həm də həqiqət dünya ictimaiyyətinə bir daha çatdırılmış olardı. Lakin hamısı ağzına su alıb oturur. Özünü Azərbaycana dost və hətta qardaş kimi göstərən İran və Rusiya nümayəndələri də dillənmirlər. Özlərini demokratiya, insan haqları və azadlığın beşiyi sayan ABŞ və Avropanın səsi batıb. Türkiyədə FETÖ-çüləri qoruyan Almaniya lal olub. Hanı sizlərin ədalətiniz, obyektivliyiniz, demokratikliyiniz? BMT-nin ortada olan 4 qətnaməsini belə S.Sarkisyan kimi dələduzlara və canilərə xatırlatmaq istəmirsiniz! Sizlər bununla dünyaya demokratiya yaymaq fikrindəsiniz? Heç vaxt alına bilməz!
Gürcüstan səsini çıxarmır. Ukrayna etirazını bildirmir. Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan heç olmasa, sual vermirlər! Türkiyədən başqa meydanda olan yoxdur. Acı da olsa, reallıqdır.
Ədalətsizlik: yalançının cavabı verilməyəndə
Bu oyun nə vaxta qədər davam edəcək? Məsələ ondan ibarətdir ki, Ermənistan rəhbərliyi hər dəfə yalan, böhtan və şər danışır, ona cavab verilmədikcə daha çox yalana əl atır. Bilir ki, nə desə, havadarları qəsdən dillənməyəcək, bir qisim dövlət işə qarışmaq istəməyəcək, bəziləri isə qorxudan səsini çıxarmayacaq. Lakin bu cür münasibət bütün dünyada yalan və böhtanın ayaq açmasına, ədalətsizliyin geniş yayılmasına aparıb çıxarır ki, bu da bəşəriyyət üçün ciddi təhlükədir.
Bu fikirlərin işığında Serj Sarkisyanın BMT-dəki çıxışının bir sıra məqamlarına nəzər saldıqda, yaranmış vəziyyətin faciəviliyini daha aydın duya bilərik. Ermənistana rəhbərlik edən adam deyir: "Azərbaycan özünün nəzarəti altında qalan ermənilərin böyük mədəni irsini ardıcıl olaraq məhv etməkdədir" (bax: əvvəlki mənbəyə). Sual olunur: Azərbaycan harada və konkret hansı erməni mədəniyyət nümunələrini məhv edib? Bir misal belə göstərə bilmir sarkisyanlar.
Lakin Azərbaycan tərəfi konkret faktlarla göstərir ki, erməni vandalları Şuşada, Xocalıda, Göyçədə, İrəvanda, Zəngəzurda, Zəngibasarda, Dərələyəzdə və başqa yerlərdə Azərbaycan mədəniyyət irsini vəhşiliklə məhv ediblər. Məsələn, Aşıq Ələsgərin qəbri təhqir olunub və dağıdılıb, Aşıq Alıdan əsər-əlamət qalmayıb, Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün büstləri güllələnib və təhqir olunub, azərbaycanlıların qəbiristanlıqları, eləcə də Şuşa, Ağdam məscidləri dağıdılaraq təhqir olunub və uyğun olmayan təyinatla istifadə edilir.
Bundan başqa, Azərbaycan tərəfi Gürcüstandakı erməni kilsəsini təmənnasız şəkildə qazla təmin edir. Azərbaycan Avropanın bir sıra ölkələrində xristian mədəniyyət abidələrini bərpa edib və bu işi davam etdirməkdədir. Bəs Ermənistan dünyada (hələ Azərbaycanı demirik) hansı müsəlman mədəniyyət abidəsi ilə bağlı xeyirli iş görüb? Ermənistan hansı müsəlman xalqının mədəni irsinin qorunması üçün addım atıb? Heç bir nümunə yoxdur. Əvəzində daim ittiham, günahlandırma, göz yaşları, ağlama, sızlama və s.
S.Sarkisyan sözlərinə davam edərək daha böyük yalana imza atır. O deyir: "2016-cı ildə Azərbaycan silahlı qüvvələri mülki şəxslərə və hərbçilərə qarşı hərbi cinayətlər törədib. Burada onu qeyd etməyə bilmirəm ki, hətta bu vəhşiliyi edənlərdən birinə Azərbaycan prezidenti şəxsən yüksək dövlət mükafatı verib" (bax: əvvəlki mənbəyə). Doğrudan da, S.Sarkisyan əslində özünə gülür və başqalarının da ona gülməsinə imkan yaradır. Azərbaycan Ordusu hər zaman öz torpaqlarında düşmənə qarşı hərbi əməliyyat keçirib. Aprel döyüşləri də onlardan biri kimi erməni təxribatına cavab addımı olmuşdur. Azərbaycan Ordusu işğalçı ilə necə davranmalıdır? Əgər o, sözlə işğal etdiyi ərazidən çıxmırsa, onda silahla çıxarılacaq. BMT Nizamnaməsinə görə, bu, Azərbaycanın təbii haqqıdır.
Bundan əlavə, həmin hadisələrdə dinc əhaliyə qarşı qətliam törədən məhz erməni ordusu oldu. Bizim kəndləri toplardan atəşə tutdu, nəticədə, mülki əhali arasında itki oldu. Sonra da Alxanlı kəndinə atılan mərmi ilə kiçik qız uşağı qətlə yetirildi. Bütün bunları gizlətmək mümkün deyil. Ola bilsin ki, S.Sarkisyan haradasa ikiüzlülük edər, yalan danışar, lakin tarix əlini onun yaxasından çəkməyəcək və etdiyi bütün cinayətlərə, atdığı şər-böhtanlara görə gec-tez ədalət mühakiməsi qarşısında cavab verəcək.
Nəhayət, S.Sarkisyanın çıxışındakı böyük yalanlardan bir misal da gətirə bilərik. O, Azərbaycanı ermənifobiyada günahlandırmağa çalışır, onu dövlət siyasətinin tərkib hissəsi adlandırır (bax: əvvəlki mənbəyə). Bu məqamı ortaya atmaqla S.Sarkisyan Ermənistanda real mövcud olan islamofobiyanı ört-basdır etmək istəyir, üstəlik, Azərbaycanın illərdir dövlət səviyyəsində apardığı multikulturalizm, tolerantlıq, dini dözümlülük siyasətinə kölgə salmağa cəhd göstərir. Halbuki Azərbaycana heç olmasa bir dəfə səfər edib, dinlər, mədəniyyətlər, sivilizasiyalararası dialoqa həsr olunmuş tədbirlərdə iştirak edən hər kəs Serj Sarkisyana gülür, onun xəyal aləmində olduğuna, içindəki nifrətin varlığını tamamilə insanlıqdan çıxardığına şübhə etmir.
Azərbaycanda yaşayan xristianlar, yəhudilər, elə ermənilərin özləri (Ermənistanda nə qədər azərbaycanlı var? Heç nə qədər! Budur, demokratik Ermənistan?) dəfələrlə bəyan ediblər ki, bu ölkə onlar üçün bütün şəraiti yaradıb, onların mədəni abidələri qorunur, kilsələr, sinaqoqlar işləyir və heç bir maneə ilə qarşılaşmırlar.
Serj Sarkisyanın çıxışında söylədiyi fikirlərlə özünü gülünc vəziyyətinə salan, təlxəkliyini təsdiq edən başqa məqamlara da toxuna bilərdik. Lakin, bizcə, onun kimi "siyasətçilərin" əsl kimliyini zaman və ədalət mühakiməsi dünyaya bir daha nümayiş etdirəcək. O gün uzaqda deyil!
Newtimes.az
Strategiya.az
Bakıda yeni dələduz peyda oldu: bu qadın görün nələr edib – VİDEO
TƏHLÜKƏ: Şagirdlər qapısı açıq avtobusdan sallanaraq gedir - VİDEO
Cahangir Hacıyevin arvadınadan 21 milyon dollarlıq xəbər - VİDEO
Bakıda DƏHŞƏT: Sahibsiz itlər azyaşlılara hücum çəkdi - VİDEO
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM