Yaddaşsızlığın səbəbi nədir?

17:05 / 11.10.2017

Müasir zamanda ən geniş yayılan problemlərdən biri də yaddaşın zəifləməsi, unutqanlıqdır. Tez-tez psixoloqa, terapevtə belə bu şikayətlərlə müraciət edirlər. Ekspertlərin fikrincə, bunun səbəbləri gündəlik həyatın stressli olması, çətin iş, keçmişlə yaşamaq və vitamin çatışmazlığıdır.

Strategiya.az xəbər verir ki, psixoloq Raminə Həsənovanın "Ekspress"ə bildirdiyinə görə, günümüzdə qoyulan əşyaların tapılmaması, unutqanlıq aktualdır: "Unutqanlığın səbəbləri çoxdur. Bu ilk olaraq fikir dağınıqlığından, stressli iş şəraitindən, qayğıdan, depressiyadan və s. yaranır. İnsanlar adətən gün ərzində yaşadığı hadisələri öz-özlüyündə analiz-sintez edir və qayğı yaradan hadisələri hər dəfə fikirləşir. Günlər keçdikcə, fikirlər onu düşündürür. Məsələn, biz hərdən yol keçirik və işıqforda qırmızı yoxşa yaşıl rəngin yandığına baxmırıq. Sonra maşınlardan siqnal gələndə sanki yuxudan ayılmış kimi reaksiya veririk. Bu ondan qaynaqlanır ki, günlük həyatımızda biz fikirli və qayğılı oluruq. İnsanlar bu kimi hallardan qurtulmaq üçün ilk olaraq həkimə müraciət etməlidirlər. Diaqnoz qoyulduqdan sonra problem psixolojudursa, psixoloqa yönləndirilir ya da həkimlə psixoloq paralel iş görür. Elə hallar da olur ki, yaddaşsızlıq psixoloji problemdən yaranmır və psixoloqa ehtiyac qalmır".

R.Həsənova qeyd edib ki, unutqanlıq, yaddaşın zəifləməsi ilə bağlı ən çox psixoloqa stresli işdə işləyən insanlar, ailədə problemləri olanlar və gənclər müraciət edir: "İnsanlar bu hallara düşməmək üçün ilk növbədə ətrafında baş verən hadisələri düzgün analiz-sintez etməlidir. Baş vermiş hadisələrə obyektiv yanaşmalıdırlar. Ən əsası hər kəs özünü düzgün tanımalıdır. Kədərli, qəmli, stressli olduqda bu vəziyyətdən necə çıxacağını bilməlidir. Yaxud da baş verən problemi çox düşünməməlidir. Problemi düşündükcə insan neqativləşir. Bunun əksinə olaraq insan özünü toplayıb fikrini başqa yerə yönəltməlidir".

Psixoloq məsləhət görür ki, hər günümüzü daha gözəl keçirməyə çalışmalıyıq: "Keçmişlə çox bağlılıq yaratmayaq, çünki keçmiş keçmişə aparır, gələcəklə bağlı düşüncələrsə gələcəyə".

Müsahibimiz vurğulayıb ki, insanlar tez-tez əşyaların qoyduğu yeri xatırlamırlarsa, onlarda amneziyanın olduğunu düşünməyə başlayırlar: "Amma bu qorxulu şey deyil. Əgər biz ev ünvanımızı, telefon nömrəmizi, iş yerimizin ünvanını unuduruqsa, bu ciddi problemlərdən xəbər verir. Belə olan halda düşünə bilərik ki, yaddaşımızda ciddi problem var".

 

Ekspert bildirib ki, unutqanlığın əsas səbələrindən biri olan yaddaş zəifliyini aradan qaldırmaq üçün beyni qidalandıracaq yeməklərdən istifadə etmək lazımdır: "Amma bəzən bu qidalar da istədiyimiz nəticəni əldə etməyimizə kömək olmur. Son dövrlərdə aparılan araşdırmalar göstərir ki, davamlı idman edərək bu riski 50% -ə qədər azaltmaq olar. Gündəlik həyatda yaşadığınız problemlər və bir çox kənar təsirlərdən qaynaqlanan stress və siqaret unutqanlığı yaradan başlıca səbəblərdəndir. Ona görə də bacardığınız qədər stressiz yaşamağa çalışın. Eləcə də, beyninizi inkişaf etdirəcək fəaliyyətlə məşğul olmalısınız. Məsələn, boş zamanlarda müxtəlif çalışmalar, tapmacalar etmək sizə bu çətinliyi aradan qaldırmaqda köməkçi olacaq.
Bundan əlavə standartlaşmış vərdişlərdən bir az uzaq durmağa çalışaraq beyninizi inkişaf etdirə bilərsiniz. Məsələn, açarınızı və ya mobil telefonunuzu hər zaman qoyduğunuz yerdən fərqli bir yerə qoyun, amma çalışın bu zaman qoyduğunuz yeri unutmayasanız".

Həsənovanın dediyinə görə, meyvə yeməyi sevməyən insanlarda unutqanlıq digərlərinə nisbətən daha çoxdur: "Bu səbəbdən albalı, ərik, çiyələk və digər meyvələrdən bol-bol istifadə edərək beyninizi inkişaf etdirə bilərsiniz. Yaddaşını gücləndirmək və unutqanlığa əlvida demək istəyənlər həftədə 3 dəfə balıq yeməlidirlər".

Psixoloq onu da qeyd edib ki, yaddaş zəifliyi getdikcə inkişaf edərsə bu sonda ağıl itirməyə və ya demensiyaya gətirib çıxara bilər: "Demensiya - latın dilində dementa - əldə edilmiş ağıl zəifliyidir. Əldə edilmiş və mənimsənilmiş biliklərin, praktik bacarıqların itkisinə, yenilərinin əldə edilməsinin çətinliyinə və ya qeyri-mümkünlüyünə və idrak fəaliyyətinin dözülməz azalmasına gətirib çıxarır. Hazırda son məlumatlara görə 26.6 milyon insan bu xəstəlikdən əziyyət çəkir. Yaxın gələcəkdə bu rəqəmi 4 dəfə artacağı bildirilir. Bunun səbəbləri vitamin çatışmazlığı, endokrin sisteminnin xəstəlikləri, metobalik xəstəliklər, dərman və toksin maddələrinin təsiri, Mərkəzi Sinir Sistemi infeksiyon xəstəlikləri (siflis, HİV-virusu), Mərkəzi Sinir Sistemi degenerativ xəstəlikləri nəticəsində yaranan xəstəliklər, Mərkəzi sinir sisteminin damar xəstəlikləri (vaskulyar demas), epilepsiya, yaşlıların normal təzyiqli hidrosefaliyası və s. xəstəliklərdir.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM