ABŞ-ın yeni İran siyasəti yeni gərginlik yaradıb

08:56 / 14.10.2017

ABŞ prezidenti Donald Trampın İranın nüvə proqramı ilə əlaqədar “yeni strategiya paketi”ni açıqlaması Tehran və Vaşinqton münasibətlərinin yenidən gərginləşməsinə səbəb olub. Tərəflərin qarşılıqlı kəskin sözləri münasibətlərin heç də normala doğru irəliləyişindən xəbər vermir.

Avropa dövlətləri ilə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin rəyini nəzərə almayan ABŞ prezidenti İranın nüvə silahı istehsal etməyəcəyinə inamın olmadığını bəyan edib. İran ABŞ, Almaniya, Fransa, Böyük Britaniya, Çin və Avropa İttifaqı (5+1 formatı) ilə uzun sürən danışıqlardan sonra 2015-ci ilin əvvəlində “İranın Nüvə Proqramının Məhdudlaşdırılmasına dair Birgə Hərtərəfli Fəaliyyət Planı”nın imzalanmasına nail olub. Amerikanın əvvəlki administrasiyasının dövlət katibi Con Kerri, Avropa İttifaqının beynəlxalq siyasət üzrə komisarı Federika Moqerini və İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin səyləri ilə hazırlanaraq imzalanan razılaşmaya əsasən İran uranın zənginləşdirilməsini dayındıraraq nüvə istehsalınından imtina etməlidir. Bunun müqabilində isə ABŞ və Avropa İttifaqı İrana qarşı tətbiq etdiyi iqtisadi sanksiyaları ləğv etməlidir. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin mütəxəssisləri İranda apardıqları monitorunqin nəticəsində ölkədə nüvə istehsalının dayandırıldığını bildirdilər. Bundan sonra sanksiyalar aradan qaldırıldı. İran Avropaya neft və qaz ixrac etmək hüququ ilə yanaşı banklarına Avropada fəaliyyət göstərmək imkanı qazandı. Lakin ABŞ-da Donold Trampın prezident seçilməsi ilə rəsmi Vaşinqtonun İran siyasəti dəyişdi. Yeni prezident razılaşmanın ABŞ-ın milli maraqlarına zidd olduğunu bəhanə edərək nəinki şərtlərə əməl etmək istəmir, əksinə yeni sanksiyaların tətbiqinə hazırlaşır. Oktyabrın 13-də ABŞ razılaşmanı pozmaq istiqamətində ilk addımı ataraq İslam İnqilabının Keşikçiləri Korpusunu yenidən beynəlxalq terror təşkilatları siyahısına saldı və İranın bir sıra iri şirkətləri ilə əlaqələri kəsərək müttəfiqlərindən də bunu tələb etdi.

ABŞ prezidentinin bu addımı bir çox ziddəyətli məqamları meydana çıxarıb. İlk növbədə onu qeyd etmək lazımdır ki, Avropa dövlətləri “yeni strategiya paketi” ilə razı deyillər. Dünən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Yukiya Amano bəyan edib ki, rəsmi Tehran razılaşmanın bütün şərtlərinə əməl edir. Avropa İttifaqının beynəlxalq siyasət üzrə komissarı Federika Moqerini isə bəyan edib ki, heç bir tərəf əldə olunan razılaşmadan birtərəfli qaydada çıxa bilməz. Fransa, İtaliya, Almaniya, Böyük Britaniya və Rusiya D.Trampın yeni siyasi xəttini tənqid edirlər. Bununla yanaşı, ABŞ ictimaiyyəti də psixoloji gərginlikdə yaşamaqdan bezərək İran ilə münasibətlərin kəskinləşməsini istəmir. Amerika ictimaiyyəti dövlətin dünyanın qınağına tuş gəldiyini görərək, Ağ ev administrasiyasının yeni İran siyasətini dəstəkləmir. Bu kimi ziddiyyətlərə baxmayaraq D. Tramp hələ ki dediyindən dönmür.

ABŞ-ın yeni hədələrinə İranın cavabı gecikmədi. Prezident Həsən Ruhani bəyan etdi ki, Ağ evin destruktiv siyasəti cavabsız qalmayacaq. Oktyabrın 13–də İranın bütün televiziya kanallarında D.Trampın “yeni strategiyası” müzakirə edilib. Bu müzakirələri təhlil etdikdə görərik ki, ABŞ ictimaiyyətindən fərqli olaraq İran ictimaiyyəti dövləti haqlı hesab edərək onu tam dəstəkləyir.

Onu da qeyd etmək lazımdır ki, D.Trampın yeni siyasəti İrandakı siyasi qüvvələr arasındakı münasibətlərə də sərinlik gətirib. İranın bütün siyasi qüvvələri bu məsələyə dair vahid mövqedən çıxış edirlər. Lakin prezident H.Ruhaninin tənqidlərə məruz qalacağını istisna etmək olmaz. Məsələnin mahiyyəti ondan ibarətdir ki, 2013-cü ildə prezident seçilən H.Ruhani İranın dünya birliyinə inteqrasiya olunması istiqamətində siyasət yürüdərək, Qərb dövlətləri ilə danışıqlara başladı. Həmin vaxt İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xamneyi ABŞ-ın yalançı olduğunu bildirərək razılaşmaya əməl etməyəcəyini bildirmiş və danışıqların faydasız olacağını demişdi. Bu gün Ali Rəhbərin fikri özünü doğruldur ki, bu da H.Ruhaninin siyasi nüfuzuna toxunaraq, onu İran siyasi elitasının mühafizəkar qanadının təqidinə məruz qoyur.

Beləliklə hadisələrin gedişi onu deməyə əsas verir ki, tərəflər iddialı çıxışlar edərək geri çəkilmək niyyətində deyillər. Yuxarıda qeyd etdiyimiz kimi, Ağ ev ilk addımıni atdı. İndi növbə İranındır. Tehranın hansı addımlar atacağını və “müqavimət iqtisadiyyatı”nı necə davam etdirəcəyini zaman göstərəcək.

Rabil Kətanov


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM