Virtualaz.org saytı erməni qaynaqlarına istinadən xəbər verir ki, Ovanisyan Ermənistan ordusunun sıravi əsgəri Boris Qasparyanın da snayper atəşi ilə həlak olduğunu açıqlayıb. O, insidentin təmas xəttinin hansı hissəsində baş verdiyini dəqiqləşdirməyib.
17:28
Bu gün Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttin in Naxçıvan hissəsində erməni ordusunun əsgəri öldürülüb.
Bu barədə erməni qaynaqları xəbər yayıb.
Bildirilir ki, Azərbaycan tərəfdən açılan snayper atəşi ilə Ermənistan ordusunun müqavilə əsasında xidmət keçən hərbçisi, 26 yaşlı Andranik Yeqoyan həlak olub.
Bu məlumatı Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsurun Ovanisyan da təsdiq edib. O, faktla bağlı araşdırma aparıldını deyib.
Son məlumata görə, A.Yeqoyanın hərbi rütbəsi serjant olub.