Oktyabrın 18-də ABŞ-ın Helsinki Komissiyasında daha bir qərəzli dinləmələr keçiriləcək. Burada Dağlıq Qarabağ münaqişəsinin yenidən başlanmasının mümkünlüyü və bu məsələdə ABŞ və ATƏT-in rolu müzakirə olunacaq.
Xezerxeber.az-ın məlumatına görə, qurum toplantının formatını "dinləmələr" şəklində qoysa da, məqsəd aydındır: Azərbaycanın nüfuzuna xələl gətirməyə hesablanmış çıxışlar fonunda Ermənistana maliyyə və hərbi yardim göstərməyə şərait yaratmaq.
Helsinki Komissiyası sədrinin Kristofer Smitin olduğunu nəzərə alsaq, bu dinləmələrin hansı ruhda keçiriləcəyi indidən məlumdur. Kristofer Smit haqda kiçik bir xatırlatma burada yerinə düşər. Adıçəkilən şəxs konqresdəki erməni lobbisinin əsas fiqurlarından biridir və çıxışlarında daima Azərbaycana qarşı düşmən mövqeyi ilə seçilib. O, Azərbaycana qarşı qəbul edilən "907-ci düzəliş"in müəlliflərindən biridir. Kristofer Smit, həmçinin qondarma "Dağlıq Qarabağ respublikasının" müstəqilləşməsi ideyasını təbliğ edən və bu istiqamətdə əsaslı tədbirlər görən şəxsdir. Üstəlik, bu adam Ermənistanın işğalçılıq siyasətinə də bəraət qazandıran mövqeyi və soyqırımı ilə bağlı ermənilərin uydurma iddialarının tanınmasının alovlu tərəfdaşlarından biri olması ilə də seçilir.
Millət vəkili, politoloq Rasim Musabəyov da bu dinləmələrdən obyektiv nəsə gözləməyin əbəs olduğunu düşünür.
Dinləmələri həyata keçirməkdə məqsəd aydındır: Ermənistanı müdafiəyə ehtiyacı olan tərəf kimi təqdim edib işğalçı rejimə maliyyə və hərbi xarakterli yardımı artırmaq. Dinləmələrdəki çağırışların da bu yöndə olacağı istisna edilmir. Çünki məlumat var ki, komissiyada 2016-cı ildə münaqişə zonasında baş vermiş hərbi əməliyyatlar zamanı itkilərin statistikası da səsləndiriləcək və yəqin ki, Azərbaycan günahkar tərəf kimi qələmə veriləcək.
O da maraqlıdır ki, Helsinkidə Ümumavropa müşavirəsinin iştirakçıları tərəfindən imzalanmış Yekun Aktının sərhədlərin toxunulmazlığı, dövlətlərin ərazi bütövlüyü, suveren bərabərlik, insan hüquqlarına hörmət və bu kimi digər əsas prinsipləri Ermənistan tərəfindən kobud şəkildə pozulsa da, komitə bir dəfə də olsun işğalçı ölkəni qınayan bəyanat qəbul etməyib. Əksinə, Ermənistanın Azərbaycan torpaqlarının bir hissəsini işğal etməsi, 1 milyondan artıq insanı qaçqın və məcburi köçkün vəziyyətinə salması onların müzakirə obyektinə çevrilmir. Humanitar diqqət hay-küyü altında ilk növbədə Ermənistana dəstək kampaniyası genişləndirilir.
ABŞ Helsinki Komissiyasının əvvəlki illərdəki təcrübəsinə baxsaq, bu dinləmələrdə də hansısa vicdanlı müzakirələrin aparılacağını gözləməyə dəyməz. Separatçılara hər vəchlə dəstək verən, işğalçı bir dövlətə yardım etmək məqsədi güdən bir qurumun tutduğu yol aydındır. Görünən odur ki, aprel döyüşlərinin nəticələri və Azərbaycanın öz ərazi bütövlüyünü istənilən yolla bərpa etmək gücündə olması faktı müəyyən dairələri ciddi narahat edir.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM