Ermənistanda rus dilinin "xariciliyi və qaranlıq gələcəyi"

11:17 / 16.10.2017

Dövlətlərin dil siyasəti olur. Adətən qurucu millətin dili dövlətin rəsmi dili olur. Bəzi hallarda ikinci böyük millətin dili də rəsmi status alır, amma bu, daha çox Avropa qitəsində müşahidə edilir. Amma yenə də post-sovet coğrafiyasında müstəqillik sonrası belə hala rast gəlinir.

Ermənistanın da dil siyasəti var. Məsələn, Ermənistan Konstitusiyasının 20-ci maddəsində "Ermənistan Respublikasında dövlət dili erməni dilidir", deyə qeyd edilmişdir. Dil haqqında 1993-cü ildə qəbul edilən qanunun tələblərinə görə, başqa dillərdə, xüsusən də rus dilində tədris verən orta məktəblərin hamısı bağlanmış, erməni dilində tədrisə keçilmişdir.

Ermənistanda bütün orta məktəblərdə istisnasız olaraq ermənicədən başqa dildə dərs keçirilmir. Ölkədəki rus, kürd, assuri, yunan azlıqlar öz dillərində oxuya bilərlər, amma bu dili tədris edən məktəb yoxdur. Onlar sadəcə ermənicə dərs verilən məktəblərdə onlar üçün ayrıca təsis edilən siniflərdə oxuya bilərlər. Ölkədə yalnız 40 orta məktəbdə belə imkan var.

Ermənistanda universitetlərdə də ermənicədən başqa dildə dərs keçilmir. İstisna yalnız 1997-ci ildə təsis edilən Rusiya-Ermənistan Universitetidir. Maraqlıdır ki, bu universitetə də qəbul olunmaq üçün imtahanlar erməni dilində keçirilir. Bu universitetin 11 fakültəsində təxminən iki min tələbə oxuyur.[i]

Xaçatur Abovyan adına Pedaqoji Universitetin rus dili kafedrasının professoru, akademik Aydı Arutyunyan da 1993-cü ildən sonra ölkədə orta məktəblərdə rus dilində tədrisin ciddi problemlərlə qarşılaşdığını qeyd edir.[ii] Rus dilində dərs keçilən məktəblərin bağlanması səbəbindən ölkədə rus dilini bilənlərin sayında kəskin azalma müşahidə edilir.

Ermənistan hökuməti 1999-cu ildə "Ermənistan Respublikasının ictimai-mədəni və təhsil sistemində rus dili" adlı konsepsiya hazılasa da, müsbət yöndə ciddi nəticələr əldə olunmamışdı.

Son zamanlarda Ermənistanda rus dilinin tədris edilməsi istiqamətində ciddi müzakirələr gedir. Əlbəttə, bu müzkirələrdə Rusiya da tərəf kimi iştirak edir və təzyiq göstərir. Hələ cari ilin iyul ayında Ermənistan parlamentinin sədri Ara Babloyan Moskvada olarkən, Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinin rus dilinin Ermənistanda rəsmi dil olaraq qəbul edilmədiyi üçün Ermənistan vətəndaşlarının sürücülük vəsiqələrinin Rusiya ərazisində tanınmayacağını bildirməsi ciddi ajiotaja səbəb olmuşdu.[iii]

Ermənistanda bu məsələ barəsində müzakirələrin yenidən alovlanmasına səbəb baş nazir Karen Karapetyanın rus dilinin tədrisində saatların artırılması və bu dilin tədrisinə canlılıq gətirməsi haqqında göstəriş verməsi olmuşdu. Ermənistanın təhsil naziri Levon Mıkırtçyan baş nazirin belə göstəriş vermədiyini, sadəcə, xarici dillərin tədris metodikasında keyfiyyət dəyişikliyi edilməsi məsələsinin gündəmə gəldiyini desə də, rus dili ətrafında müzakirələr səngimir.

Ermənistanda rus dili müzakirələri səngimədən Rusiyanın təhsil naziri Olqa Vasilyevanın 25 sentyabrda Ermənistana səfər etməsi yeni sualları da bərabərində gətirmişdir. Vasilyeva Ermənistana səfərinin məqsədini "Mən təhsil və elm məsələlərini müzakirə etmək üçün burdayam. Biz rus dili və mədəniyyətinin öyrənilməsi sahəsinin dərinləşdirilməsi niyyətindəyik" şəklində izah etsə də,[iv] erməni KİV-ləri "bir qaşıq suda tufan qopararaq" səfərin əsas məqsədinin rus dilinə rəsmi status verilməsi olduğunu iddia edirlər.[v]

Bu arada Moskvada fəaliyyət göstərən Lazarev gimnaziyasının bağlanacağı haqqında iddialar ortaya atılsa da, daha sonra gimnaziyanın bağlanmayacağı bildirilmişdir.

Ermənistanın müstəqillik elan etməsindən sonra ölkədə rus dilində təhsil verən məktəblərin bağlanması, rus dilinin sadəcə ermənicə dərs verən məıktəblərdə tədris edilməsi, dərs saatlarının azaldılması gerçəklikdir və bir çox hallarda Rusiya rəsmiləri bundan narahat olduqlarını dilə gətirirlər.

Müstəqilliyini elan edəndən sonra Rusiyaya qarşı siyasət aparan Gürcüstanda belə fəaliyyət göstərən 17 rusdilli orta məktəb bağlanmamışdı. Ermənistan isə bütün rusdilli orta məktəbləri bağlamış, rus dilinin ölkə daxilində geniş istifadə edilməsinin qarşısını almağa çalışmışdır. Görünən odur ki, Rusiya dövlət rəsmiləri də bunun fərqində olduqları üçün Ermənistandan rus dilinin tədris metodologiyasının dəyişdirilməsi və tədris sahəsinin genişləndirilməsini tələb edirlər. Bu məsələ hər iki dövlət arasında ciddi problem olmasa da, ictimai rəydə bir-birilərinə qarşı düşmən obrazının yaranmasına səbəb olur.

Hatəm Cabbarlı,

siyasi elmlər doktoru


[i] Анна Симонян, Русский язык в Армении: без школ, но с учениками Ереван, http://www.bbc.com/russian/­international/2009/09/090907_russian_armenia, 9 сентября 2009. 

[ii] Алла Березовская, Русский язык в Армении: на пути к статусу, http://www.russkiymir.­ru/media/magazines/article/141780/, 2009, Ноябрь. 

[iii] Вопроса о придании русскому языку официального статуса в Армении нет и не будет на повестке дня – Армен Ашотян, http://www.lragir.am/index/rus/0/society/view/57034, 17 июля 2017. 

[iv] Россия и Армения намерены углублять связи в области изучения русского языка и культуры: Ольга Васильева, http://www.lragir.am/index/rus/0/country/view/58299, 25 сентября 2017. 

[v] Наира Айрумян, Ольга Васильева прибыла в Армению разбирать языковые завалы, http://www.lragir.­am/index/rus/0/country/view/58297, 25 сентября 2017.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM