"Atletiko"nun narahatlığından yararlana bilərik" - Kintana

11:26 / 16.10.2017

"Qarabağ"ın ispaniyalı legionerləri Miçel  və Dani Kintana Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turunda "Atletiko" ilə oyun öncəsi AS nəşrinı müsahibə verib.

- Çərşənbə günü "Atletiko"ya qarşı oynayacaqsınız. Yəqin ki, bu matç sizin üçün xüsusi olacaq.


Miçel: Bəli, bu, bizim üçün xüsusi oyun, bir mükafatdır. Hamı mümkün qədər çox zövq almağa çalışacaq. Təsəvvür edin, öz ölkənizin komandasına qarşı oynayırsınızş "Atletiko" böyük tarixə malik klubdur. Belə bir qarşılaşmada oynayacağımız üçün şadıq və görüşü səbirsizliklə gözləyirik.

Kintana: Çempionlar Liqasının qrup mərhələsinə yüksəlmək hamımız üçün böyük mükafat idi və belə matçlarda oynamaq stimul deməkdir. "Atletiko" dünyanın ən yaxşı komandalarından biridir. Karyeramda Çempionlar Liqası kimi turnirdə oynamaq hissi yaşamamışam.

- Əvvəllər Avropa Liqasında oynamısınız. İndi isə Çempionlar Liqasında mübarizə aparan ilk Azərbaycan klubusunuz...

Kintana: Biz artıq Avroliqada oynamışıq, amma İspaniyanın heç bir komandası ilə qarşılaşmamışıq. Bu, hamımızın istədiyi görüş olacaq. Bilirik ki, indi çoxlarının diqqəti "Qarabağ"la qarşılaşacaq "Atletiko"ya yönəlib. Bundan başqa ailəm də Madridə gedəcək və biz orada da oynayacağıq. Məqsədimiz "Atletiko"kimi komanda ilə də qarşılaşa bildiyimizi bütün ölkəyə nümayiş etdirməkdir.

- Tez-tez təkrarlanan suallardan biri budur ki, hava şəraiti oyuna necə təsir edə bilər?

Miçel: Dekabrda daha soyuq və hətta qar da yağa bilər. Amma indi belə deyil. Hazırda Bakıda küləkli hava olsa da, bu, stadionda elə də hiss olunmur. Hazırda havanın temperaturu yaxşıdır. Bu baxımdan, "Atletiko" üçün də problem olmayacaq.

- Çempionlar Liqasında əhəmiyyətli oyunun olacağı və İspaniyanın ən böyük komandalarından biri ilə görüşə yollanacağınız hiss olunur?

Kintana: Bəli. Ab-havadan hiss olunur ki, Çempionlar Liqası matçına çıxacağıq. Ola bilsin, stadion tam dolsun. Azarkeşlərimiz önəmli komandalarla çətin işin öhdəsindən gəldiyimizi gördükdə məmnun olurlar. İlk dəfə Azərbaycan komandası Çempionlar Liqasında yarışır və stadionda insanlar xeyli həyəcanlanırlar.

Miçel: Bu, Azərbaycan xalqı üçün çox xoş əhval-ruhiyyəli oyundur. Stadiona xeyli tamaşaçı gələcək. Yeni stadionda oynayacağıq. AFFA bizə burada oynamaq imkanı yaradıb. 70 min tamaşaçı tutumuna malik stadionda oynamaq "Atletiko"nun da xoşuna gələcək.

- "Atletiko"nun xallara çox ehtiyacı var. Bu, "Qarabağ" üçün müsbət, yoxsa mənfi məqamdır?

Kintana: Bizə qarşı oynayan istənilən komanda 3 xala ümid edə bilər. Düşünmürəm ki, bu, "Atletiko"nun xala ehtiyacının olmasından da önəmli vəzifə olsun. Artıq sizin xalınız var.

Miçel: Düşünmürəm ki, "Atletiko" xalın vacibliyi barədə narahatlıq keçirsin. Bu komanda istənilən meydanda qələbəyə adət edib. Rəqib bura qələbə qazanmağa gəlir. Hətta bu, çətin olsa belə.

- "Roma" Bakıda 3 xal qazanmaqda çətinlik çəkdi. Bu matç "Atletiko" ilə qarşılaşma üçün etalon ola bilər?

Kintana: "Roma" üçün Bakıda çətin oldu, 90-cı dəqiqəyə qədər mübarizə apardıq. "Atletiko"ya qarşı da buna bənzər olacaq. Asan olmayacağını bilirik. Çünki madridlilər də rəqabətə davamlı komandadır. "Atletiko" üçün 3 xal qazanmaq vacibidir. Bəlkə bu narahatlıqdan yararlana bilərik. Nəyə görə "Atletiko"ya qarşı öz oyunumuzu sərgiləməyək? "Atletiko" aşkar favoritdir. Lakin biz də müsbət nəticə əldə etmək arzusundayıq.

Miçel: "Atletiko"nun çox aqressiv və çətin oyun tərzi var. "Roma" ilə oyunda rəqibə çətinlik yaratmağa çalışdıq və nəticə əldə etməyə yaxın idik. Lakin alınmadı.

- "Atletiko" son illər beynəlxalq səviyyədə böyük yol qət edib və yaxşı tanınır? Azərbaycanda Madrid komandası barədə çox şey bilirlər?

Kintana: "Atletiko" aparıcı komandalardan biridir və Azərbaycanda yaxşı tanınır. Onların matçlarına televiziya vasitəsi ilə çox baxmışıq. "Atleiko" barədə hər şeyi bilirik. Azarkeşlər də bilirlər ki, onların qarşısıalınmaz futbolçuları var. Çünki çox istedadlıdırlar. Onlar üstün səviyyədədirlər, lakin bizdə də oyundan-oyuna ruh yüksəkliyi artır. "Atletiko" iki dəfə Çempionlar Liqasının finalında oynayıb və bütün dünyada tanınır. Püşkdən sonra qrupda favoritim "Atletiko" idi. "Çelsi" turnird yaxşı səviyyədə başladı, ancaq yenə də "Atletiko" qrupun ən güclüsüdür.

Miçel: Azərbaycan "Atletiko"ya sponsorluq edib. Bu, hamıya bəllidir. Həmçinin, burada İngiltərə Premyer Liqası, İtaliya A Seriyası və İspaniya La Liqasını izləyə bilərsiniz. Hər kəs oyunlara televiziya vasitəsi ilə baxır. Ona görə də Avropanın böyük komandaları ilə tanış olmamaq mümkünsüzdür. "Atletiko" isə böyüklərdən biridir.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM