- Elman müəllim, bu yaxınlarda Avropa İttifaqı Şurasının nümayəndə heyəti ölkəmizdə səfərdə oldu. Sizcə, bu səfərin əhəmiyyəti nədən ibarətdir?
- Avropa İttifaqı Şurasnının nümayəndə heyətinin ölkəmizə səfəri Avropa İttifaqının Azərbaycanın regionda yeri və rolunu yüksək qiymətləndirməsinin göstəricisidir. Ümumiyyətlə, Aİ Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rolun fərqindədir. Təşkilat gözəl anlayır ki, Avropanın enerjiyə olan tələbatı daha da artmaqadır. Ənənəvi enerji mənbələri ilə yanaşı Azərbaycan dövləti yeni alternativ enerji mənbəyi funksiyasını həyata keçirir.
Aİ ilə münasibətlərimiz bərabərhüquqlu, qarşılıqlı hörmətə əsaslanan münasibətlərdir. Burada hər bir tərəf fərqindədir ki, əlaqələr bu təmələ söykənərək inkişaf edə bilər. Brüssel və rəsmi Bakı arasında münasibətlər qeyd edilən istiqamətdə inkişaf tempinə malikdir. Prezident İlham Əliyevin nümayəndə heyəti idə görüşü zamanı Azərbaycanla Aİ-nin ikitərəfli münasibətlərinin geniş formatına dair məsələlər müzakirə olundu. Bu nöqteyi-nəzərdən bu səfər onu göstərir ki, bu gün Aİ Azərbaycanla əlaqələrə böyük önəm verir. Azərbaycan Prezidenti İlham Əliyevin dövlətimizin xarici siyasətində Aİ ilə münasibətlərin prioritet olduğunu xüsusi olaraq vurğulaması da böyük əhəmiyyət daşıyır.
- Prezident İlham Əliyevin nümayəndə heyəti ilə görüşü zamanı enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə olundu. Aİ ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığın perspektivləri haqqında nə deyə bilərsiniz?
- Ümumiyyətlə, Azərbaycanla Aİ arasında enerji təhlükəsizliyi məsələsi ikitərəfli münasibətlərin inkişafı üçün çox mühüm baza rolunu oynayır. Azərbaycan üçün enerji təhlükəsizliyi məsələsi ilk növbədə enerji marşrutlarının şaxələndirilməsində özünü əksini tapır. Aİ üçün isə bu, ilk növbədə enerji mənbələrinin şaxələndirilməsidir. Təbii ki, Avropanın ənənəvi enerji mənbələri var. Bunlardan biri Rusiyadır. İl ərzində Avropanın təxminən 500 milyard kubmetr qaza ehtiyacı var. Elə vaxtlar olub ki, onun 150 milyard kubmetri Rusiyadan alınıb. Amma hazırda Rusiyadan alınan qazın həcmi xeyli aşağı düşüb. Amma bütövlükdə, yenə də Rusiya Avropanın qaz təchizatında əsas mənbələrdən biri olaraq qalır.
Azərbaycan isə Avropa üçün yeni alternativ eneri mənbəyidir. Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının nümayəndə heyəti ilə görüşündə bu məqamı diqqətdə saxladı ki, Azərbaycan 3 neft, 4 qaz kəməri ilə enerji ehtiyatlarını ixrac edir. Bütövlükdə, tərəflər arasında qaz sahəsində əməkdaşlıqda ciddi nailiyyətlər əldə edilib. 2011-ci ildən imzalanmış enerji sahəsində əməkdaşlıq memorandumu bu baxımdan xüsusi rol oynayır. Ölkəmiz Cənub Qaz Dəhlizi layihəsi həyata keçirir ki, Avropanın ən böyük meqa-layihəsi hesab oluna bilər. Bu layihənin dəyəri təxminən 40 milyard dollar həcmindədir. Hazırda da bu sahədə əməkdaşlığımız böyük inkişaf tempinə malikdir. Nəzərə alsaq ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 3 dəfə iclası keçirilib, hər 3 tədbir onu göstərir ki, layihə işlək layihədir. Layihənin başa çatması, yəni onun reallaşması üçün görülən işlər yekunlaşmaqdadır. Burada söhbət ilk növbədə, TANAP və TAP layihəsindən gedir və «Şahdəniz» yatağı əsas mənbədir. Bu layihələr üzrə işlər 2018-2020-ci illərdə tam yekunlaşmalıdır ki, Azərbaycan qazı İtaliyaya çatacaq. Bununla da, Azərbaycan Avropanın qazla təchizatında çox mühüm rola malik olacaq.
Aİ fərqindədir ki, bu layihənin uğurlu olmasını şərtləndirən ən mühüm amillərdən biri Azərbaycanın enerji siyasətində enerji və siyasətin bir birindən ayrı olması ilə bağlıdır. Yəni enerji siyasətin əlində heç bir halda alət rolunu oynamır. Ölkə Prezidentinin bu siyasəti daim uğurlar gətirir.
Bu gün Cənub Qaz Dəhlizi enerji şaxələndirilməsi layihəsidir və bu layihə müxtəlif ölkələr arasında enerji sahəsində əməkdaşlığı özündə ehtiva edir, sülhə, əminamanlığa xidmət edir və böyük siyasi çəkiyə malikdir. Aİ təqdir edir ki, Azərbaycan hasilatçı olaraq həm özünün, həm alıcıların, həm tranzit ölkələrin mənafeyini nəzərə alır. Burada bir harmoniya var. Bu sahədə əməkdaşlıq nəticə etibarilə Avropanın meqa-lyihəsinin reallaşmasının şərtlərindən əsas amilə çevrilib.
- Avropa İttifaqının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin həllinə nə dərəcədə rol oynaya bilər?
- Azərbaycan Prezidenti Aİ Şurasının nümayəndə heyəti ilə görüşü zamanı bu məsələni də diqqət mərkəzində saxladı və münaqişə ilə bağlı son vəziyyətə geniş qiymət verdi. Dövlət başçısı qeyd etdi ki, Ermənistan ciddi cəhdlə çalışırdı ki, danışıqlar prosesi pozulsun və bundan sonra baş tutmasın. Ermənistanın belə mövqeyi ilk növbədə ağılsızlıqdır. Bu, səmərəsiz fəaliyyət idi. Ermənilər danışıqlara başlamaq üçün şərtlər irəli sürürdü. Amma dərk edirlər ki, bu, yol qəbuledilməz bir yoldur. Hazırda Ermənistanın danışıqlar prosesinə qayıtması tendensiyasını müşahidə edirik. Görüş zamanı cənab Prezident ikili standartlardan da bəhs etdi.
Xüsusilə bu məsələ ilə bağlı Aİ-yə gəldikdə güman edirik ki, Aİ münaqişənin həlli prosesində birbaşa iştirakçı olmasa belə, dünyanın ən mühüm güc mərkəzlərindən biri olaraq prosesə siyasi təsir etmək imkanı böyükdür. Eyni zamanda, Aİ bunu edə bilər ki, münaqişə ilə bağlı proseslərə obyektiv qiymət verilsin. Xüsusilə Avropa Şurası rəhbərliyinin, o cümlədən təşkilatın baş katibi Yaqlandın timsalına ölkəmizə qarşı davranışlar şübhəsiz ki, Azərbaycan cəmiyyətində mənfi qarşılanır. Münaqişə ilə bağlı düzgün olmayan yanaşmaya görə, yalana və böhtanlara görə cəmiyyətimiz onlara etiraz edir. Aİ proseslərdə obyektiv olmalı, AŞ ilə bu məsələ ilə bağlı məsləhətləşmələr aparıb Azərbaycanın haqq işini müdafiə etməlidir.
- Elman müəllim, Azərbaycanın Avropa İttifaqı, o cümlədən digər beynəlxalq təşkilatlarla fəal əməkdaşlığı fonunda müəyyən xarici qüvvələr ölkəmizə qarşı qərəzli kampaniya aparır. Buna münasibətiniz necədir?
- Təəssüf ki, Azərbaycana qarşı müəyyən beynəlxalq siyasi dairələr tərəfindən qərəzli kampaniya aparılır. AŞ-nın baş katibi Yaqlandın timsalında bu gün bu yanaşmanı görürük. Prezident İlham Əliyev Avropa İtiifaqı Şurasının nümayəndə heyəti ilə görüşündə bu kampaniyanın mahiyyətindən də danışdı. Qeyd etdi ki, kampaniya ilk növbədə dünyada müəyyən siyasi, iqtisadi, maliyyə rıçaqlarına malik olan erməni lobbisinin və diasporunun fəaliyyəti ilə bağlıdır. Eyni zamanda, beynəlxalq QHT-lər bəzi dairələrin əlinə alət olaraq Azərbaycana qarşı təziyq göstərmək üçün istifadə edilir. Cənab Prezident vurğuladı ki, bütün bu yanaşmalar kökündən səhvdir. Azərbaycanı demokratiyanın olmamasında ittiham etmək, insan haqlarının vəziyyəti lə bağlı yalanlar söyləmək ədalətə söykənmir. Əksinə, Azərbaycan demokratik inkişaf yolunu seçmiş dövlətdir, insan haqları tam müdaifə olunur, fundamental hüquqlar, söz, mətbuat, sərbəst toplaşmaq, dini azadlıqlar tam təmin edilir. Eyni zamanda, ölkə əhalisinin 70 faizi internet istifadəçisidir. Bu qədər internet istifadəçisi olan ölkədəı mətbuata qarşı hansı hücumlardan söhbət gedə bilər? Yəni bunlar qeyri-mümkün olan məsələlərdir.
Azərbaycanın inkişaf yolu belə halları istisna edir. Biz demokratik inkişaf yolunu seçmiş dövlətik və bu istiqamətdə ciddi addımlar atırıq. CənabPrezident onu da qeyd etdi ki, bir çox ölkələrdə, o cümlədən Avropa ölkələrində mitinqlərdə itlərdən, atlardan, dəyənəklərdən istafldə edilməsini görmüşük. Amma bunların heç biri Azərbaycanda yoxdur.
Çünki Azərbaycanın yolu demokratiya yoludur. Ölkəmizdə insanlar sərbəst toplaşmaq hüququndan da normal istifadə edirlər. Müxalifət son vaxtlar mitinqlər keçirir. Amma mitinqlərə az adamın gəlməsi müxalifətin öz problemidir. Çünki cəmiyyətimiz bu müxalifəti dəstəkləmir. Cənab Prezident vurğuladı ki, Avropa həqiqəti bilməlidir və doğru mənbələrdən istifadə etməlidir. Bir sıra hallarda isə biz bunun əksini görürük. Həmin qüvvələr çalışırlar ki, Azərbaycanın müstəqil daxili və xarici siyasət yürütməsinin qarşısını alsınlar. Çünki bunu həzm edə bilmirlər ki, Azərbaycan dövləti milli maraqlara uyğun siyasət aparır, xalqımız birmənalı olaraq dövlət başçısının siyasətini dəstəkləyir. Eyni zamanda, müsəlman dövləti olaraq Azərbaycanın sürətli inkişafı Avropadakı islamofob qüvvələri narahat edir. Onlar Azərbaycanda xalq-iqtidar birliyini həzm edə bilmirlər. Ölkəmizdəki monolit birlik onların yuxusuna haram qatır. Ona görə də, ölkəmizlə təzyiq yolu ilə danışmaq istəyirlər. Amma bu cəhdlərin heç bir perspektivi yoxdur. Çünki bugünkü uğurlamızın kökündə xalqın siyasi iradəsi dayanır, xalq-hakimiyyət birliyi dayanır və birlik olan yerdə inkişaf prosesinin qarşısını almaq mümkün deyil.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM