"Bakı"nın sabiq baş məşqçisi Milinko Pantiç Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turunda keçiriləcək "Qarabağ" - "Atletiko" oyununu izləmək üçün Bakıya gəlib. Onu Heydər Əliyev adına Beynəlxalq Hava Limanıında "Bakı"nın vitse-preizdenti Yaşar Seyidov qarşılayıb. Səfərdə məqsəd "Atletiko" - "Qarabağ" görüşünü izləmək və Bakı Futbol Akademiyası ilə gələcək əməkdaşlığı müzakirə etməkdir.
Qeyd edək ki, "Atletiko"nun əfsanələrindən olmuş M.Pantiç 2013-cü ildə "Bakı"nın baş məşqçisi təyin edildiyi günə qədər Madrid klubunun əvəzedici heyətini çalışdırıb.