Polşa XİN: Dağlıq Qarabağ münaqişəsinin dinc yoll həllinə alternativ yoxdur (MÜSAHİBƏ)

08:32 / 18.10.2017

Strategiya.az Polşanın xarici işlər naziri Vitold Vaşşikovskinin Trend-ə müsahibəsini təqdim edir

- Azərbaycan və Polşa arasında iqtisadi sahədə, o cümlədən energetika və nəqliyyat üzrə əməkdaşlığın vəziyyətini necə dəyərləndirirsiniz?

- Ölkələrimizin mümkün uğurlu əməkdaşlığı üçün kənd təsərrüfatı, qida sənayesi, nəqliyyat və energetika kimi sahələr var.

Nəqliyyat sahəsində Polşa Azərbaycanı yaxın tərəfdaşı kimi nəzərdən keçirir. İri ticarət yollarının kəsişməsində yerləşən Azərbaycan çoxəsrlik ənənələrə malikdir. Bunu Polşa haqqında da demək olar. Polşa Avropada azsaylı ölkələrdəndir ki, burada yüz kilometrlə enli dəmir yolu var. Bu, MDB ölkələrindən Polşaya və digər Avropa ölkələrinə yük daşımağa imkan verir.

Polşa və Azərbaycan bu imkanlarından "Qərb-Cənub" və "Qərb-Şərq" nəqliyyat dəhlizlərinin yaradılması üçün istifadə etməlidirlər. Dəhlizlər təkcə nəqliyyatın inkişafı ilə əlaqəli deyil, həm də “Şərq Tərəfdaşlığı” çərçivəsində uğurlu iqtisadi əməkdaşlığın təminatçısıdır. "Qərb-Cənub" dəhlizinə gəldikdə, biz artıq Azərbaycanla, eləcə də “Şərq Tərəfdaşlığı”nın digər ölkələri olan Ukrayna və Gürcüstanla əməkdaşlıq edirik.

Bundan başqa, Polşa Rusiya tədarükünə alternativ olaraq Cənub-Şərqi Avropaya qaz tədarükü vasitəsi kimi “Cənub Qaz Dəhlizi”nin tikintisini dəstəkləyir.

Biz səbirsizliklə Azərbaycanın xammal potensialı sayəsində Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsinə verəcəyi töhfəni gözləyirik. “Cənub Qaz Dəhlizi” Xəzər regionundan Avropa ölkələrinə ildə 10 milyard kubmetr qaz ixrac etməyə imkan verəcək. Bu, böyük həcm deyil, amma gələcək əməkdaşlığın və genişlənmənin əsasını qoyacaq.

Bizim ümumi məqsədimiz Azərbaycanın enerji müstəqilliyinə kömək etmək və “Cənub Qaz Dəhlizi” üçün yeni qaz mənbələri tapmaq olmalıdır. Bu, hazırda rusiyalı tədarükçünün üstünlük təşkil etdiyi Cənub-Şərqi Avropada diversifikasiyanın təmin olunması üçün onun real potensialını artıracaq.

- Bakıya səfəriniz çərçivəsində hər hansı saziş imzalamağı planlaşdırırsınızmı? Ümumiyyətlə, əldə olunmuş razılaşmalar əlaqələrin möhkəmləndirilməsinə nə dərəcədə yardım edir?

- Budəfəki səfər zamanı hər hansı saziş imzalamaq nəzərdə tutulmur. Bu ilin iyun ayında Azərbaycan Prezidenti İlham Əliyevin Polşaya rəsmi səfəri zamanı altı sənəd imzalanmışdı.

Hazırda bir sıra digər sazişlərə baxılır. Həmin sənədlərin Polşa Prezidenti Andjey Dudanın gələn il Azərbaycana gözlənilən səfəri zamanı imzalanmaya hazırlanmasını planlaşdırırıq.

- Azərbaycan və Polşa siyasi sahədə də uğurlu əməkdaşlıq edir. Varşava Avropa ailəsinin üzvü kimi Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli nizamlanmasına necə töhfə verə bilər?

- Beynəlxalq hüquq prinsiplərinə, o cümlədən dövlətlərin ərazi bütövlüyünə hörmət Avropanın və qlobal təhlükəsizliyin təməl daşıdır.

Postsovet məkanında müşahidə olunan qaydalara etinasız münasibət, hətta onların pozulması beynəlxalq gərginliyin mənbəyidir və sülh, təhlükəsizlik və gələcək nəsillərin rifahı uğrunda məsuliyyətin olmamasının nümunəsidir. Biz bunu gözəl başa düşürük, çünki bəzi dövlətlər tərəfindən qaydaların pozulmasını öz qanımız bahasına ödəmişik və İkinci Dünya müharibəsinin qurbanı olmuşuq.

2018-ci ildə Polşa BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olacaq və əsas qlobal problemləri, o cümlədən münaqişələrin, sülhə və təhlükəsizliyə yeni təhdidlərin qarşısının alınması kimi məsələləri qabartmaq üçün bu imkandan necə yararlanmağın mümkün olduğunu nəzərdən keçirir.

Münaqişələrin dialoq və beynəlxalq hüquqa hörmət çərçivəsində həll olunmasına alternativ mövcud deyil. Bu, Dağlıq Qarabağ münaqişəsinə də, işğal olunmuş ərazilərə də, həmçinin BMT-nin qətnamələrinə aiddir. ATƏT-in Minsk qrupu hələ təkmilləşməyib, amma hazırda bu, həll yoluna yaxınlaşmağın yeganə üsuludur. Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinin kompromissin əldə olunmasından başqa variantı yoxdur.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM