Çempionlar Liqası tarixinin ən gənc qapıçısının kimliyi dəyişib. "Benfika"nın qapıçısı Mile Silvar ÇL-in qrup mərhələsinin üçüncü turunda "Mançester Yunayted"ə qarşı matçda iştirak edərək turnirin ən gənc qapıçısı olub. O, 18 yaş 52 gün nəticə ilə bundan əvvəl bu göstəricidə birinci olan İker Kasilyasın (18 yaş 117 gün) rekordunu yeniləyib.
Qeyd edək ki, hazırda "Portu"nun şərəfini qoruyan İ.Kasilyas 1999-cu ildə "Real"da oynayan zaman "Olimpiakos"a qarşı çıxış etmişdi.
Əlavə edək ki, "Benfika" - "Mançester Yunayted" görüşü qonaq komandanın 1:0 hesablı qələbəsi ilə başa çatıb.