Kral Salman Moskvada: qlobal miqyaslı qüvvələr nisbətində ciddi dəyişiklik?

09:05 / 20.10.2017

Son 90 ildə ilk dəfədir ki, Səudiyyə Ərəbistanının başçısı Rusiyaya səfər edib. Bu vaxta qədər iki ölkə arasındakı münasibətlər bütövlükdə "soyuq" kimi qiymətləndirilirdi. Hətta 2007-ci ildə Vladimir Putin bu ölkədə olarkən Kralı Rusiyaya dəvət etmişdi. Buna müsbət cavab verilməmişdi. Ekspertlər əsas səbəb kimi Ər-Riyadın başlıca olaraq Vaşinqtonun yanında olmasını göstərirdilər. İndi isə vəziyyət xeyli dəyişib. Moskva Yaxın Şərqin böyük dövlətləri ilə münasibətlərinə yeni məzmun verir. Bu baxımdan Kral Salmanın Rusiyaya səfəri mütəxəssislərin də böyük marağına səbəb olub. İki ölkə hansı sahələrdə əməkdaşlıq barədə razılığa gəliblər? Bu, ümumiyyətlə, qlobal geosiyasi proseslərə təsir edə bilərmi? Bu suallara cavab tapmaq əhəmiyyətli olardı.

90 il sonra: Ər-Riyad Moskvaya münasibətini dəyişir

Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun Moskvaya səfəri kiçik bir problemlə başlasa da, danışıqlarda hansısa çətinlik olmayıb. Təyyarədən enərkən qızıl pilləkən qəfil sönüb və yaşlı Kral özü aşağı enməli olub. Lakin Rusiya dövlət başçısının isti qarşılaması Kral Salmana hər şeyi unutdurub. İki ölkə tarixində ilk dəfədir ki, bu qədər geniş əməkdaşlıq sənədləri imzalanır. Ümumiyyətlə, Prezident V.Putinin görüşdə dediyi kimi, Səudiyyə Ərəbistanının rəhbəri Moskvaya son 90 ildə ilk dəfədir ki, gəlir. Ekspertlərə görə, indiyə qədər Ər-Riyadın Rusiyaya önəm verməməsinin başlıca səbəbi ABŞ-la səudların münasibətlərinin isti olması olmuşdur (bax: Saudi king's visit to Russia heralds shift in global power structures / "The Guardian", 5 oktyabr 2017).

Burada məntiq vardır. Ancaq əsas məsələ Rusiyanın son zamanlar Yaxın Şərqdə çox fəal olması ilə bağlıdır. Suriyada vəziyyətə faktiki olaraq Moskva nəzarət edir. Əsəd hakimiyyətinin bütün planları Kremllə əlaqəlidir. Bundan başqa, Moskva sübut etməkdədir ki, Suriyada Amerikanı sıxışdıra bilər. Bunun fonunda da ümumən Yaxın Şərqdə Rusiyanın geosiyasi nüfuzu yüksəlməkdədir.

Kral Salmanı Moskvaya gətirən digər səbəb neft amili ilə bağlıdır. Məhz Rusiya ilə imzalanan saziş əsasında neftin istehsalını məhdudlaşdırmaq və onun qiymətini qaldırmaq mümkün oldu ki, bu da Ər-Riyad üçün 100 milyardlar deməkdir.

Digər məsələ kimi Rusiyanın Yaxın Şərqdəki bir sıra böyük dövlətlərlə əlaqələrini genişləndirməsini göstərmək olar. Xüsusilə İran və Türkiyə ilə Moskva kifayət qədər fəal əməkdaşlıq edir. Bunun fonunda Ər-Riyad bir qədər kölgədə qalırdı. Ələlxüsus Qətər ziddiyyətinin işığında Kral Salman yalnız görünürdü. Yəməndə şiələrin fəallığı başqa yöndən Səudiyyəni çətin vəziyyətə salmaqdadır. Onun ənənəvi müttəfiqi ABŞ isə Qətər məsələsində Ər-Riyada dəstək vermədi. Əvəzində, Donald Tramp Səudiyyə Ərəbistanına səfər edərək 110 milyard ABŞ dolları həcmində saziş imzaladı.

Nəhayət, Yaxın Şərqdə geosiyasi aspektdə son dərəcə düşündürücü proseslər başlayıb. Onların sırasında Fələstin probleminin həllində ənənəvi qeyri-müəyyənlik qalmaqdadır. Başqa faktor Şimali İraqda keçirilən referendumla əlaqəlidir. Məlumdur ki, İraq kürdlərinin müstəqillik referendumunu İsraillə yanaşı Ər-Riyad da dəstəklədi. Bildirilir ki, Səudiyyə Ərəbistanı İran və Fələstin məsələsinə görə bu addımı atdı. Bir sıra ekspertlər eyni zamanda Kral Salmanın Ankaranın Dohanı aktiv dəstəkləməsinə cavabından bəhs edirlər.

Təbii ki, Yaxın Şərqdə geosiyasi vəziyyətin mürəkkəbliyi və qeyri-müəyyənliyi böyük iddiaları olan Ər-Riyadı hərəkətə gətirməli idi. Vurğulanan məqamlar Səudiyyə Kralının Moskvaya səfər etməsi üçün kifayət qədər əsasların olduğunu göstərir. Ancaq bir incə məqam da ekspertlərin gözündən yayınmır. Kral Salman Moskvada V.Putinlə apardığı danışıqlarda İran məsələsi üzərində ayrıca dayanıb.

Səudiyyə Ərəbistanının dövlət başçısı deyib ki, İran region üçün təhlükədir və onu Suriyaya buraxmaq olmaz. İran savaş bitəndən sonra Suriyadan tərəfdarlarını çıxarmalıdır. Bunu isə ancaq Moskva edə bilər. Ancaq bunlar o demək deyil ki, Səudiyyə Ərəbistanı Bəşər Əsədə qarşı deyil. Qarşıdır, lakin əvvəlki kimi onun istefasını tələb etmir. Deməli, faktiki olaraq Kral belə bir təklif verir ki, Rusiyanın İran faktorunu Suriyada zəiflətməsinin əvəzi olaraq Ər-Riyad Moskva ilə milyardlarla ABŞ dolları həcmində müqavilələr imzalaya bilər. Burada tərəflərin üç sferaya daha çox önəm verdiyi hiss edilir.

14 saziş: regional və qlobal geosiyasətin fonunda

Onlardan birincisi neftdir. Hər iki ölkə bu istiqamətdə dünyada xüsusi yer tutur. Səudiyyə Ərəbistanı ilə Rusiya neft ixracatından çox asılıdırlar. Xüsusilə Rusiyanın taleyində enerji resursları ciddi rol oynayır. Bunu Ər-Riyad yaxşı bilir və ondan özünün geosiyasi maraqları üçün istifadə edə bilər. Rusiya kimi bir dövləti bu məsələdə ciddi geosiyasi proseslər kontekstində şirnikləndirməyin mümkün olub-olmaması başqa mövzudur. Çünki Moskva İran kimi tərəfdaşını neftə çətin ki, dəyişsin. Həm də İranın özü bu enerji növü ilə kifayət qədər zəngindir. Tehran bu faktordan Moskvaya qarşı istifadə edə bilər. Buna görə də neft məsələsinin Kremlin geosiyasi mövqeyinə təsir edəcəyini demək xeyli risklidir.

Digər əhəmiyyətli əməkdaşlıq hərbi və təhlükəsizlik sahəsi ilə bağlıdır. Rusiya Səudiyyə Ərəbistanına S-400-ləri satmağa razılıq verib. Bunu Ər-Riyad uğur kimi qiymətləndirir. Çünki İran və Türkiyə bu sistemlərə malikdirlər. Deməli, regional miqyasda təhlükəsizliyin təmini üçün Ər-Riyadın balans yaratması lazım gəlir. İki ölkə hərbi əməkdaşlığın digər aspektlərini də müzakirə ediblər. Təmasların davam etdirilməsi və əlaqələrin genişləndirilməsi barədə razılığa gəlinib.

Əslində, bu məsələdə Səudiyyədən çox Rusiyanın uğurundan danışmaq lazımdır. Çünki Moskva faktiki olaraq uzun illərdir Amerikanın üstünlük təşkil etdiyi sahəyə daxil olur. Yaxın Şərqdə getdikcə daha çox ölkə Rusiya silahlarını alır. Bu o deməkdir ki, silah yarışında Kreml irəliyə doğru bir addım da atmaqdadır.

Nəhayət, dünya KİV-i Kralın Moskva səfərini daha çox qlobal geosiyasi balansın dəyişmə ehtimalı ilə əlaqələndirir. Avropa mətbuatı bununla bağlı analizlər dərc edir (bax: məs., əvvəlki mənbəyə). Onlar belə bir inam ifadə edirlər ki, Kral Salmanın Rusiyaya səfəri bütün dünyada geosiyasi balansı yeniləşdirə bilər. Həmin faktorlar sırasında Ər-Riyadın Rusiyanın enerji sektoruna qoymaq istədiyi sərmayələrin ABŞ və Avropa İttifaqının Moskvaya qarşı tətbiq etdiyi sanksiyaların təsirini zəiflədəcəyi xüsusi yer tutur. Belə ki, milyardlarla dollar həcmində 14 saziş imzalanıb! Özü də onlar çox geniş sferaları əhatə edir. Kral Moskvaya özü ilə 400 iş adamı aparıbmış. Rusiya mətbuatının yazdığına görə, onlar əməkdaşlığa çox maraq göstərib, hətta indiyə qədər Rusiya bazarına çıxa bilmədiklərinə görə təəssüfləndiklərini ifadə ediblər (bax: Сделка с королем: от пшеницы до автомата Калашникова / "Gazeta.ru", 6 oktyabr 2017).

Geosiyasi mənzərəyə təsir edə biləcək digər məqam Yaxın Şərqdə İran və Türkiyə faktorunun bir qədər kölgəyə düşməsi ehtimalı ilə bağlıdır. Söhbət hələlik konkret faktdan deyil, Ər-Riyadın niyyətindən gedir. Şübhə yoxdur ki, Moskva Tehran və Ankara məsələlərinə kifayət qədər həssas yanaşır.

Lakin Kral Salmanın Kremldə birbaşa İranı Yaxın Şərqdə vəziyyəti qarışdırmaqda ittiham etməsi düşündürücüdür. Həm də Səudiyyə Ərəbistanı rəhbərinin Rusiyaya səfərinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İrana çox uğurlu səfərindən dərhal sonraya təsadüf etməsi müəyyən məna daşıyır. Onu deyək ki, Türkiyə ilə İran regionun təhlükəsizliyi sahəsində sıx əməkdaşlıq etmək barədə razılığa gəliblər. Deməli, Yaxın Şərqdə faktiki olaraq yeni bir geosiyasi müttəfiqlik meydana gəlir. Özü də onlar bir sıra strateji məsələlərdə Ər-Riyadın maraqlarına zidd olan mövqe tutublar. Xüsusilə İran Səudiyyə Ərəbistanı üçün başağrısıdır.

Bu baxımdan Kral Salmanın Kremldə ifadə etdiyi aşağıdakı fikri maraq doğurur: "Biz vurğulayırıq ki, Fars körfəzi regionunda və Yaxın Şərqdə təhlükəsizlik və sabitlik Yəməndə sabitlik və təhlükəsizliyin təmin edilməsində olduqca əhəmiyyətlidir. Bu, tələb edir ki, İran regionun daxili işlərinə qarışmaqdan imtina etsin, burada situasiyanı sabitlikdən çıxaran hərəkətlərdən imtina etsin" (bax: Saudi king's visit to Russia heralds shift in global power structures / "The Guardian", 5 oktyabr 2017).

Şübhəsiz, Səudiyyə Ərəbistanı Kralının Rusiyaya səfəri qlobal geosiyasət üçün ciddi əhəmiyyət daşıyır. Ər-Riyad böyük imkanları olan ölkədir. Onun Yaxın Şərq regionuna təsiri də güclüdür. Ancaq bu səfər bütövlükdə dünyada gedən ziddiyyətli, qeyri-müəyyən və mürəkkəb geosiyasi proseslərin cərəyan etdiyi bir dövrə təsadüf edib. Bu səbəbdən onun real nəticələrinin Səudiyyə Ərəbistanı rəhbərliyinin gözlədiyi kimi olacağı barədə fikir bildirmək xeyli çətindir.

Newtimes.az


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM