“Barselona”nın futbolçuları Lionel Messi və Jerard Pike arasında münaqişə yaranıb.
İspaniya mətbuatının yaydığı xəbərə görə, buna səbəb Pikenin Kataloniyanın müstəqilliyi ilə bağlı siyasi açıqlamalar verməsi olub.
İspaniya mətbuatı iddia edir ki, La liqanın 8-ci turunda “Atletiko” ilə oyundan (1:1) sonra paltardəyişmə otağına girən argentinalı ulduz futbolçu komanda yoldaşı Pikeyə bağıraraq, onun siyasi çıxışlarının komandaya mənfi təsir etdiyini deyib.