Bu ifadəni Ermənistan parlamentinin sədrinin müavini Eduard Şarmazanov Rusiya-Ermənistan birləşmiş ordu qruplaşmasının yaradılması haqqında müqavilə parlamentdə ratifikasiya olunarkən işlədib.[i] Xarab olmuş saat belə gündə iki dəfə vaxtı doğru göstərir. Şarmazanov hər zaman doğru danışmasa da, nadirən də olsa ya cəhalətdən, ya da dəlalətdən doğru danışır. Bu da o nadir doğrulardan biridir. Bu o deməkdir ki, erməni siyasətçilər normal halda doğru danışa bilmirlər. Onların doğru danışmaları üçün saat kimi xarab olmaları şərtdir.
Şarmazanov daha sonra qeyd edib ki, biz ya bu, ya da digər hərbi blokda olmalıyıq. Biz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) seçdik, çünki buna alternativ olanda (NATO nəzərdə tutulur) Türkiyə var, orada isə bizim görəcək işimiz yoxdur.
Ermənistan hökumətinin 25 ildir öz xalqına uydurduğu nağıllarda Ermənistanın təhlükəsizliyini qoruyacaq qədər güclü ordusu, milləti, tarixi keçmişi və gələcəyi olduğu iddiaları hara yox oldu? Son illərdə gündəmə gətirilən "Millər-Ordu” konsepsiyasına nə oldu? Rütubətdən çürüyüb ətrafa üfunət iyimi verdi? Yoxsa reallığı görüb uydurma nağıllardan və konsepsiyalardan əl çəkdilər?
Şarmaznovun bu ifadəsindən sonra erməni KİV-ləri 25 ildir onlara danışılan uydurma nağılların təsirindən erməni "siyasi və hərbi elitasının” Şarmazanovu istefa verməyə məcbur etmələrinin zəruriliyindən bəhs edən yazılar yazdılar. Şarmazanov isə hələ də öz yerindədir, çünki bu nağıllar elə ermənilərin Şarmazanovu istefaya göndərmələrini tələb etdikləri "siyasi və hərbi elita” tərəfindən uydurulub.
Müqavilənin önəmi nədir?
Müqavilənin önəminin nə olduğunu düşünəndə ağıla ilk olaraq Rusiya gəlir. Bu müqavilə Ermənistandan daha çox Rusiya üçün önəmlidir. Çünki Rusiya cənub cinahının təhlükəsizliyini qorumaq üçün imkan qazanır. Maraqlıdır ki, bu zaman Ermənistan Rusiyanın cənub cinahının qorunması üçün for-post olmağa könüllü olur. Rusiya və Ermənistan mətbuatının bu müqavilənin eyni zamanda Ermənistanı Türkiyə və Azərbaycandan qoru iddiasının isə heç bir inandırıcılığı yoxdur. Bu erməni ictimai-siyasi rəyini aldatmaqdan başqa heç bir şeyə xidmət etmir.[ii] Doğrudur, Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib, amma 1991-1994-cü illərdə hərbi əməliyyatlar Azərbaycan-Ermənistan sərhəddində olsa da, əsasən Dağlıq Qarabağ bölgəsində keçirilib. Azərbaycan konstitusiyadan irəli gələn müddəalara istinadən Ermənistanın işğal etdiyi torpaqları geri alması üçün hərbi əməliyyatlara başladığında, Ermənistan Azərbaycan sərhədlərində hərbi əməliyyatlara başlayaraq təxribat yaratmasa, Azərbaycan heç bir zaman Ermənistan ilə sərhəddə hərbi əməliyyatlara başlamaz.
Türkiyənin Ermənistana hücum edəcəyi iddiası da əsassızdır. Belə ki, Ermənistan Türkiyəyə qarşı hərbi əməliyyatlara başlamasa, Türkiyənin Ermənistanı işğal etmə ehtimalı sıfıra bərabərdir. Bununla da Rusiya və Ermənistanın iddia etdiyi iki amil öz önəmini itirir və ortada sadəcə Rusiyanın cənub cinahının qorunması məsələsi qalır.
Ermənistanın hakim Respublika Partiyasını təmsil edən Vahram Bağdasaryan isə bu müqavilənin imzalanmasının Ermənistanın "Rusiyanın kosmik resurlarından faydalanmağa və və başqa bir ölkənin maddi-texniki bazasının imkanlarından istifadə etməyə imkan verdiyini” bildirib.[iii]
Ermənistan bu müqaviləni imzlayıb ratifikasiya etməklə öz təhlükəsizliyini qoruduğunu düşünür, amma Ermənistan müstəqilliyini elan etdiyi ərəfədə və daha sonra Türkiyəyə yönəlik qondarma erməni soyqırımı iddialarını gündəmə gətirməsydi, Azərbaycan torpaqlarının 20 faizini işğal etməsəydi, indi daha mürəffəh bir ölkə olar, sosial-iqtisadi problemlərini həll edərdi.
Birləşmiş ordu qruplaşması nə deməkdir?
Obrazlı ifadələrdən istifadə etmədən bu qruplaşmanın nə olduğu haqqında məlumat versək, bunun, Ermənistanın İrəvan yaxınlığında Nubaraşen şəhərində və bir qismi də Türkiyə sərhəddində dislokasiya edilən Ermənistanın 5-ci ordusunun Rusiyanın komandanlığı altına verilməsidir.
Birləşmiş ordu qruplaşmasına kim əmr verəcək?
Mətbuatda çıxan informasiyaya görə birləşmiş ordu qruplaşmasına sülh vaxtı Ermənistanın, müharibə vaxtı isə Rusiyanın Ali baş komandanı əmr verə bilər. Sülh vaxtı əmr vermənin heç bir siyasi, hərbi və strateji üstünlüyü yoxdur.
Ermənistanın sabiq baş naziri, ELK-Çıxış bloku fraksiyasının üzvü deputat Aram Sarkisyan qeyd edir ki, bu müqavilə ilə Rusiya Prezidenti eyni zamanda Ermənistanın 5-ci ordusunun da ali baş komandanı olur.[iv]
Ermənistanın KTMT-dəki sabiq nümayəndəsi Stepan Qriqoryan da müqavilənin ratifikasiya edilməsində Ermənistan üçün ciddi təhlükələrin olduğunu qeyd edir.[v]
Rusiyanın Liberal-Demokrat partiyasının lideri Vladimir Jirinovski sülh zamanı belə birləşmiş ordu komandanlığının Ermnistana verilməsinə etiraz edərək, "mən komandanlığı Ermənistana verməzdim” demişdir.[vi]
Qısacası, Ermənistan sosial, iqtisadi, siyasi və təhlükəsizlik baxımından çıxa bilməyəcəyi bir labirintin içərisindədir. Maraqlısı odur ki, Ermənistan rəhbərliyi bu labirintdən cıxmağa cəhd belə etmir. Əksinə, hakimiyyətini qorumaq üçün labirintin yeni dolanbaclarını öz əlləriylə inşa edir. Bütün sahələrdə ciddi problemlər yaşayan Ermənistanın bu problemləri həll etmək imkanı da hər gün bir az daha tükənir.
Hatəm Cabbarlı,
siyasi elmlər doktoru
[i] Отставка Шармазанова http://www.lragir.am/index/rus/0/comments/view/58515, 04 Октября 2017.
[ii] Армяно-российская объединенная группировка защитит Армению от угроз, исходящих как от Турции, так и от Азербайджана – Шармазанов https://rus.azatutyun.am/a/28775820.html, Октябрь 05, 2017.
[iii] Объединенная группа войск – конец суверенной Армении, https://istiglal.com/2017/10/07/, 07.10.2017
[iv] И после этого будут говорить, что верховный главнокомандующий Армении – Путин: Арам З. Саргсянhttp://ru.1in.am/1201604.html, 2017-10-08.
[v] Политолог видит опасность в соглашении об армяно-российской объединенной группировкеhttps://rus.azatutyun.am/a/28778055.html, Октябрь 06, 2017.
[vi] Жириновский: Я бы оставил право командования по объединенной группировке с Арменией за Россией, http://novostink.ru/russia/207399-zhirinovskiy-ya-by-ostavil-pravo-komandovaniya-po-obedinennoy-gruppirovke-s-armeniey-za-rossiey.html#ixzz4veQiaBBP, 14-07-2017.
Strategiya.az
Bakıda yeni dələduz peyda oldu: bu qadın görün nələr edib – VİDEO
TƏHLÜKƏ: Şagirdlər qapısı açıq avtobusdan sallanaraq gedir - VİDEO
Cahangir Hacıyevin arvadınadan 21 milyon dollarlıq xəbər - VİDEO
Bakıda DƏHŞƏT: Sahibsiz itlər azyaşlılara hücum çəkdi - VİDEO
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM