Oktyabrın 21-də SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu və Koreya Respublikasının Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə “Qəbələ Arxeologiyası” mövzusunda beynəlxalq elmi seminar keçirilib.
Qəbələ Arxeoloji Mərkəzində təşkil olunan seminar iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunub.
Beynəlxalq elmi seminarın açılış mərasimində Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Çanq-gyu, SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının sədri Ruhəngiz Heydərova, Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova, akademik Teymur Bünyadov, Qəbələ arxeoloji ekspedisiyasının rəisi, AMEA-nın müxbir üzvü İlyas Babayev, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı çıxış ediblər.
Bildirilib ki, Koreya Respublikası və Azərbaycan Respublikası ötən 25 ildə əməkdaşlıq tarixində böyük irəliləyişə nail olub, siyasi, iqtisadi, mədəni və digər sahələrdə münasibətləri daim inkişaf etdiriblər. Azərbaycan və Koreya arasında yaradılan bu dostluq münasibətlərinin genişlənməsində artıq 12 ildir fəaliyyət göstərən “Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası” İctimai Birliyinin böyük rolu var.
Çıxış edənlər iki ölkə arasında elm sahəsində əməkdaşlığın nümunəsi kimi Qəbələ Azərbaycan-Koreya arxeoloji ekspedisiyasının fəaliyyətini xüsusi vurğulayıblar. Qeyd olunub ki, son illər dünyanın mədəniyyət və turizm mərkəzinə çevrilən Qəbələnin bu cür beynəlxalq elmi seminara ev sahibliyi etməsi beynəlxalq aləmin diqqətini yalnız Qəbələyə deyil, bütövlükdə Azərbaycana cəlb edir.
Məlumat verilib ki, Azərbaycan-Koreya arxeoloji ekspedisiyası SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının təşəbbüsü, maliyyə və təşkilati dəstəyi ilə fəaliyyətə başlayıb. O vaxtdan etibarən Qafqaz Albaniyası dövlətinin paytaxtı, sonralar isə Azərbaycan və Şərqin tarixində əhəmiyyətli şəhər olmuş Qəbələnin (e.ə.IV - b.e. XVIII əsrlər) üç tarixi ərazisində, eləcə də Paleolit, Eneolit və Erkən Tunc dövrlərinə aid şəhərkənarı ərazilərində hər il arxeoloji tədqiqatlar aparılır.
Bildirilib ki, Qəbələdəki arxeoloji tədqiqatlar AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları və Koreyanın bir neçə elmi mərkəzinin mütəxəssislərindən ibarət komanda tərəfindən aparılır. Qazıntılar zamanı tapılan ən maraqlı maddi-mədəniyyət nümunələrinin saxlanılması və mütəxəssislər tərəfindən laboratoriya işlərinin aparılması üçün lazımi şərait yaradılıb. Həmin nümunələr Çuxur Qəbələ kəndindəki Arxeoloji Mərkəzin sərgi salonunda nümayiş etdirilir.
Beynəlxalq tədbir zamanı elmi məruzələrlə yanaşı, 2005-ci ildən SEBA Assosiasiyasının 2500 il tarixə malik və 900 il Qafqaz Albaniyasının paytaxt şəhəri olan qədim Qəbələ şəhəri ərazisində AMEA-nın müxbir üzvü, professor İlyas Babayevin rəhbərliyi ilə Azərbaycan və Koreya arxeoloqlarının birgə apardığı arxeoloji ekspedisiyalar zamanı əldə olunan nəticələr barədə illik hesabatlar və tapıntılar kitablar toplusunun və SEBA Assosiasiyasının sifarişi ilə Bakı Media Mərkəzi tərəfindən çəkilmiş “Qəbələ-Qafqaz Albaniyasının paytaxtı” filminin təqdimatı keçirilib.
Tədbirdə məlumat verilib ki, seminar materiallarının toplusunda 39 müəllifin 33 elmi əsəri nəşr olunub. Tədbirdə iştirak edən həmin müəlliflər sırasında Azərbaycan arxeoloqları ilə yanaşı, Koreyanın Seul Milli Universitetinin, Kongju Milli Universitetinin, Silla Mədəni İrsi üzrə Tədqiqat İnstitutunun, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və Almaniya Arxeoloji İnstitutunun İstanbul filialının professorları da var. Koreyanın Qəbələ ilə qardaşlaşmış Gyeongju şəhər meriyasının mədəni irs şöbəsinin əməkdaşı Lee Joo Younq da qonaqlar sırasındadır.
Seminarda Azərbaycan və Koreyanın tanınmış arxeoloqları qədim Qəbələ şəhərinin ərazisində apardıqları tədqiqatların nəticələri barədə məlumat veriblər.
Beynəlxalq elmi seminarın iştirakçıları qədim Qəbələ şəhərinin Antik, Səlbir və Qala adlanan ərazilərində aparılan arxeoloji qazıntı işləri, eləcə də eksponatlar və fotoşəkillərdən ibarət sərgi ilə tanış olublar.
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM