Azərbaycan Dillər Universitetinin professoru, filologiya elmləri doktoru Nigar Vəliyevanın “Azərbaycanca-ingiliscə idiomatik lüğət” kitabı çapdan çıxıb.
Lüğət ali məktəb tələbələri, müəllimlər, doktorantlar, dissertantlar, tərcüməçilər, jurnalistlər, diplomatlar, informasiya işçiləri, iş adamları, ümumiyyətlə, ingilis dilini mükəmməl öyrənmək istəyən geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Zəngin lüğətçilik tarixi və ənənəsi olan Azərbaycan bu gün qlobal dünyaya öz milli-mənəvi dəyərləri, mədəniyyəti ilə inteqrasiya edir. Kitaba “Ön söz” yazmış AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü Möhsün Nağısoylu diqqətə çatdırır ki, hər dövrün öz tələbatı olduğu kimi, lüğətçiliyin də öz inkişaf qanunları və tələbləri var. Belə ki, zaman keçdikcə müxtəlif lüğətlərin ərsəyə gəlməsinə ehtiyac duyulur. Beynəlxalq aləmə çıxışı olan müstəqil Azərbaycan Respublikasında ingilis dilinin köməyilə müxtəlif əlaqələrin qurulması göz qabağındadır. Bu gün Azərbaycan dilinin nüfuzu gündən-günə artır. İngilis dili isə, şübhəsiz, yayıldığı coğrafiyasının hüdudlarını durmadan aşır. Qlobal dil olan ingilis dilinin geniş coğrafi məkanda yayılmasına təsir edən amillər sırasında respublikamızda daim inkişafda olan mədəniyyət sahələrinin dünya miqyasında yayılması, ölkəmizin müxtəlif tədbirlərə (məsələn, “Avroviziya-2012” mahnı müsabiqəsi, Qəbələ Beynəlxalq Musiqi Festivalı, Bakı Caz Festivalı, Beynəlxalq Muğam Festivalı, “Bakı-2017” ilk Avropa Oyunları, Formula-1 yarışması, 42-ci Şahmat Olimpiadası, IV İslam Həmrəyliyi Oyunları və s.) ev sahibliyi etməsi, eləcə də xarici ölkələrdəki beynəlxalq tədbirlərdə iştirakı və digər məsələlər dayanır. Deməli, müxtəlif sahələrdə aparıcı rol oynayan ingilis dilinin Azərbaycan dilinə təsiri göz qabağındadır. Texniki amillərə gəldikdə isə müasir elmi-texniki yeniliklər, avadanlıq və cihazlar, xüsusilə rabitə və informasiya texnologiyaları sahəsində yeniliklər ingilis dilinin Azərbaycan dilinə təsirini qaçılmaz edir. Bütün bunlar ingiliscə-azərbaycanca və azərbaycanca-ingiliscə sahə lüğətlərinə nə qədər böyük tələbat olduğunu açıq-aşkar sübut edir. Bu baxımdan, professor Nigar Vəliyeva tərəfindən tərtib edilən “Azərbaycanca-ingiliscə idiomatik lüğət” müasir zamanın tələbatına tam cavab verir.
Digər tərəfdən, Prezident İlham Əliyevin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” dilçi alimlərimizin qarşısında mühüm vəzifələr qoyur. Professor Nigar Vəliyevanın hazırladığı lüğət bu baxımdan dilçilik elminə, tərcümə sahəsinə dəyərli töhfədir.
Qeyd edək ki, Müasir Azərbaycan və ingilis dillərindəki frazeoloji birləşmələrin, atalar sözü və məsəllərin oxşar və fərqli cəhətlərini nəzərə almaqla onları üç qrupa ayırmaq olar və bu məsələ lüğətin tərtibində şərti işarələrdən istifadə edilməklə öz əksini tapıb. Belə ki, həm məna, həm obraz, həm də leksik tərkib etibarilə hər iki dildə, demək olar ki, tam eyniyyət təşkil edən ifadələr, atalar sözləri ingilis dilinə öz ekvivalenti ilə tərcümə olunur və bu, lüğətdə “=” (bərabər) işarəsi ilə verilib. Məsələn, (bir kəsin) dabanını yalamaq (yaltaqlanmaq) = to lick someone’s shoes / to lick someone’s boots. Divarın da qulağı var. = Even the walls have ears.
Lüğətdə obraz və leksik tərkib etibarilə bir-birindən qismən, yaxud tamamilə fərqlənən, lakin mənaca uyğun frazeoloji birləşmələr, atalar sözləri və məsəllər “-” (tire) işarəsi ilə verilib. Bu növdən olanlar analoq adlandırılır. Bunlar qarşıdakı dilə analoq vasitəsilə tərcümə edilir. Məsələn, -Eyibsiz gözəl olmaz. - Every man has his fault. -Elə arxalanan igid başa çatar. - Keep the people in order not to disgrace oneself. -Göz dəyməsin! - Touch wood!
Yalnız bir dilə, yəni ya Azərbaycan, ya da ingilis dilinə mənsub olan, müqayisə edilən dillərdə müvafiq qarşılığı və ya analoqu olmayan frazeoloji birləşmələr, atalar sözləri və məsəllər lüğətdə * (ulduz) işarəsi ilə verilib. Məsələn, *çörəyimin duzu yoxdur - when one’s kindness to answered by ingratitude. Yaxud * cinni Cəfər qoşunu - a great many of men (too many, so many, such a lot of noisy, fussy, restless children). *Dadı damağında qalmaq (qida haqqında) - to continue to feel the taste of something pleasant (some delicious, delightful eating). *Diri tərmənmək (cəld olmaq) - to be efficient / to be promt (to do something quickly). Yeri gəlmişkən, qeyd edək ki, lüğətin dəyərli cəhətlərindən biri də oxucuya aydın olmaq üçün idiomatik ifadələrin (bu, həm tam qarşılığı olanlar, həm analoqa, həm də qarşılığı olmayanlara aiddir) mötərizədə izahlarının verilməsidir. Yuxarıdakı nümunələrdə bu cəhət görünür. Lüğətin bu xüsusiyyəti ilə bağlı bəzi nümunələrə diqqət yetirək: -cibişdana ötürmək (heç kəsə demədən özünə götürmək) - to take possession of something /to arrogate something to oneself / to lay fale claim to something, -cibinə qoymaq (üstün olmaq) - to knock spots off someone / to throw someone in the shade, -cibini doldurmaq (varlanmaq) - to line one’s pocket(s) / to make one’s pockets bulge / to feather one’s nest / to fill one’s purse,
-çala-çala getmək (istədiyinə nail olmamış meydanı tərk etmək) - without having got what one wanted / with nothing for one’s və digər çoxsaylı nümunələri göstərmək olar.
Lüğətin digər dəyəri burada idiomatik ifadələrin, atalar sözlərinin, məsəllərin hərfi məna ilə yanaşı, müqayisələrin verilməsidir. Bu zaman oxucuya asan olması məqsədilə ixtisarla Lit (literally), yəni, “hərfi” və Cf (confer), yəni, “müqayisə et” yazılıb. Bu cəhət də lüğətdə yer alan bütün idiomatik ifadələr, atalar sözləri və məsəllərdə həm tam qarşılığı olanlara, həm analoqa, həm də qarşılığı olmayanlara aiddir. Məsələn, abad kənd tüstüsündən bəlli olar - Lit. A village is known by the barking of the dogs / Cf. Nothing will be hidden. Yaxud daş qayaya rast gəlib - Lit. The seythe clashed on stone (i.e. ona has met one’s match)/ Diamond cut diamond ifadələri ilə yanaşı, “When Greek meets Greek then comes the tug of war” məsəli ilə müqayisə edilir. “Deyirəm dilim yanır, demirəm - ürəyim” ifadəsinin isə analoqu olan “To say is a trouble, but to keep mum is twcie trouble” fikri ilə yanaşı, ingilis təfəkküründə məlum olan “I’ve a word for your ear, but the wolf is prowling near” məsəli müqayisə üçün verilib.
Lüğətin zəngin materialından olan bu bir neçə nümunə həm də onu təsdiq edir ki, idiomatik ifadələr bu və ya digər əcnəbi dili öyrənənlər üçün olduqca zəruri məsələdir. Yəni, bu və ya digər sahənin mütəxəssisi əcnəbi dildə yazışmalar aparar, lakin müəyyən ifadənin, fikrin çatdırılmasında problemlə qarşılaşa bilər.
Lüğətin digər dəyərli cəhəti burada müəyyən sözlərin amerikan ingilisində necə verildiyini diqqətə çatdırmasıdır. Bu zaman qısa Amer. yazılır, mötərizədə həmin sözün Britaniya ingilisində qarşılığı verilir. Məsələn, dəvət - Amer. a bid (invitation)
Professor Nigar Vəliyevanın tərtib etdiyi bu lüğət dərin axtarışların məhsuludur. Lüğətdə bircə “abır” sözü ilə bağlı Azərbaycan dilində 70-dək idiomatik ifadənin ingilis dilində qarşılığı verilib. Bu cür nümunələrin sayını istənilən qədər artırmaq olar. Bütün bunlar müəllifin Azərbaycan və ingilis dillərinin məna incəliklərini mükəmməl araşdırmasını təsdiqləyir.
Bu kitab leksikologiyanın xüsusi kurslarında, tərcümə nəzəriyyəsində, müqayisəli tipologiya fənnində, müxtəlif nəzəri və praktik seminarlarda, başqa leksikoqrafik tədqiqatlarda, ayrı-ayrı lüğətlərin hazırlanmasında gərəkli materialdır. Lüğət frazeologiyayaratma və frazeologiyadan istifadə nəzəriyyəsinin inkişafı üçün dəyərli leksikoqrafik qaynaqdır.
“Mütərcim” Nəşriyyat-Poliqrafiya Mərkəzində çapdan çıxmış kitabın elmi redaktoru Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oqtay Səmədovdur.
“Azərbaycanca-ingiliscə idiomatik lüğət”in müəllifi professor Nigar Vəliyeva 2011-ci ildən Avropa Linqvistik Cəmiyyətinin üzvüdür. Elmi əsərləri ABŞ, Rusiya, Braziliya, Polşa, İspaniya, Rumıniya, Fransa, Gürcüstan və Kanadada, habelə ölkəmizin bir sıra nüfuzlu beynəlxalq elmi-nəzəri-metodik jurnallarında çap edilib.//azertac
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM