Bu öldürən yeməkdən necə qorunmalı?

16:30 / 25.10.2017

Bir çoxları zəhərlənmədən çəkindiyi üçün göbələk yemir. Halbuki bu tərəvəzin çox spesifik dadı və bəzi hallarda faydası var. Lakin sirr deyil ki, sıravi vətəndaşlar göbələyin zəhərli olduğunu ayırd etməkdə çətinlik çəkir və buna görə də sonda faciə yaşanır. Elə Abşeronda bir ailənin dörd övladından ikisinin göbələk zəhərlənməsindən dünyasını dəyişməsi, digərlərinin ömürlük əlil olması bu məsələdə bir daha ciddi siqnal oldu.

Bəs göbələk sevənlər nə etməlidirlər? Zəhərli göbələyi zəhərsiz göbələkdən necə ayırmaq olar? Göbələklərlə zəhərlənmə zamanı nə etməli? Trend xəbər verir ki, məsələyə Azərbaycan Tibb Universitetinin toksikoloqu, tibbi elmləri üzrə fəlsəfə doktoru, dosent İsmayıl Əfəndiyev belə münasibət bildirib.

Göbələk çətin həzm olunan məhsuldur

İ.Əfəndiyev qeyd edir ki, göbələkləri yeməli, şərti-yeməli, praktiki yeyilməyən və zəhərli göbələklərə bölmək olar: "Ümumiyyətlə qeyd etmək lazımdır ki, bütün yeməli göbələklər çətin həzm olunan məhsullara aiddirlər. Göbələklərin əsas tərkib hissəsini göbələk lifi və xitinəbənzər maddələr təşkil edir ki, bunlar da orqanizm tərəfindən çətin həzm olunur və yüksək fermentativ aktivliyə - sekresiya və sorulmanın kəskin gücləndirilməsinə malikdir. Buna görə də qida rasionunda yeməli göbələklərin üstünlük təşkil etməsi həzm traktının, qaraciyər funksiyasının ciddi pozğunluqlarına gətirib çıxarır. Xüsusilə, qidada göbələklərdən istifadə edən, mədə-bağırsaq traktının xroniki xəstəliklərindən (qastrit, pankreatit, xolesistit və s.) əziyyət çəkən insanlara ehtiyatlı olmağı tövsiyə edirik”.

Həkim bildirir ki, Şimalda və Şərqdə yaşayan bir çox millətlərin, eləcə də ənənəvi Azərbaycan mətbəxində hazırlanan yeməklərdə göbələklərdən istifadə olunmur.

Bu göbələyin ən kiçik hissəsi də adamı öldürür

Respublika ərazisində yetişən ən zəhərli göbələk solğun əzvay (Amanita cinsinə məxsus) göbələyidir. Bu göbələyin hətta kiçik bir hissəsinin yeyilməsi ölümə səbəb ola bilər. Solğun əzvayın toksinləri termostabildir və onun qaynadılması, qurudulması və qızardılması zamanı dağılmır. Dadı və iyinə görə qurudulmuş və ya bişirilmiş zəhərli göbələyi yeməli göbələkdən ayırd etmək olmur. Göbələkləri yığarkən, adətən, solğun əzvayı şampinyon göbələyi ilə səhv salırlar.

Solğun əzvay göbələyinin tərkibində bir neçə zəhərli qrup maddələr var, ən zəhərlisi isə amanitinlərdir. Bu göbələyin toksinləri əsasən qaraciyərə təsir etməklə, qaraciyər və qan hüceyrələrini məhvinə səbəb olur. Nəticədə qaraciyərin distrofiyası və nekrozu inkişaf edərək ölümə gətirib çıxarır.

Tarixi şəxsiyyətləri bu göbələklə zəhərləyiblər

Yəqin bir çoxları bilir ki, b.e.ə. I əsrdə məşhur Lakusta Roma imperatoru Klavdiyanı solğun əzvay göbələyi ilə zəhərləyərək öldürmüşdü. Bundan əlavə, Senekanın şahidliyinə əsasən, Klavdiyanın həyat yoldaşı Aqrippinanın xahişi ilə onun oğlu Neronun rəqibləri (Roma taxtına görə): imperator Klavdiyanın uşaqları - Bretaniks və Oktaviya və imperator Avqustanın nəvələri – Yunius və Markus bu üsulla aradan götürülür. Üstəlik, Aqrippina oğlu Neron üçün potensial təhlükəli sayılan imperator mühafizəsi kapitanı Serenusu da öldürməyə qərar verir. Bilərək ki, kapitan yeməyi öz ordusu ilə eyni qazandan yeyir, buna görə də bütün qida zəhərli göbələklə zəhərlənmişdir və nəticədə kapitan 100 əsgəri ilə birlikdə ölmüşdür. Tarixdə bu, ən böyük cinayət hadisəsi sayılır ki, burada cinayət aləti kimi solğun əzvay göbələyinin zəhərindən istifadə olunub.

Təəssüf ki, müasir təbabətdə solğun əzvay göbələyinin zəhərinə qarşı spesifik bir antidot yoxdur. Lakin bu o demək deyil ki, göbələklərlə zəhərlənmələrin müalicəsi mövcud deyil. Göbələklərlə zəhərlənmələrin kompleks müalicəsində venadaxilinə dezintoksikasion məhlulların yeridilməsi, qanın dializ və hemosorbsiya üsulları ilə təmizlənməsi, qaraciyərin qorunması üçün xüsusi preparatların yeridilməsi, hiperbarik oksigenasiya və digər üsullardan istifadə olunur.

Tibb elmi bir yerdə dayanmır. Bu yaxınlarda, məsələn, alimlər zəhərli göbələklərlə zəhərlənmə zamanı çox yaxşı tanınan penisillin dərmanının müalicəvi effektini aşkar ediblər.

Göbələk ağır zəhərlənmə verir

İ.Əfəndiyevin sözlərinə görə, zəhərlənmənin ilkin simptomları göbələyin qəbulundan 6-48 saat sonra özünü göstərir. Təəssüf ki, bu vaxta qədər toksinlərin çoxu artıq bağırsaqdan qana sorulur və dağıdıcı funksiyası işə başlamış olur. Zəhərlənmə kəsilməyən qusma, qarın ağrısı, tez-tez duru ishalla başlayır. Qan təzyiqi enir, sarılıq yaranır, qaraciyər isə böyüyür. Uşaqlar isə göbələk zəhərinə qarşı daha həssasdırlar.

İlkin yardım tədbirləri kimi mədə və bağırsaqları təmizləmək, zərərçəkmişə aktivləşdirilmiş kömür vermək və ən qısa zamanda toksikoloji mərkəzə çatdırmaq lazımdır.

Son illər əzrində toplanan statistik məlumatlara baxsaq, il ərzində göbələklə zəhərlənmə hadisələrin sayı 50-60-ı keçmir. Məlumatların ölümlə faizinə baxsaq görərik ki, bu zəhərlənmələrdən ölüm hallarının sayı, məsələn, zəhərli ilanlardan ölənlərin sayına bərabərdir. Xüsusən, bu zəhərlənmə uşaqlarda proqnostik ağırdır.

Yol kənarından göbələk almayın!

Qeyd etmək lazımdır ki, bir çox yeməli göbələklər müəyyən inkişaf dövrlərində özlərində müxtəlif zəhərli maddələr toplayırlar. Bundan əlavə, ekoloji cəhətdən əlverişsiz bölgələrdə yetişən göbələklər özlərində külli miqdarda toksiki ağır metallar, kanserogen maddələr, avtomobil yanacaqlarının natamam yanma məhsullarını toplayırlar. Buna görə də avtomobil yolları kənarında satılan göbələkləri almaq tövsiyə edilmir. Avropanın bir çox ölkələrində təbii şəraitdə toplanan göbələklərin istifadəsinə qadağa qoyulub və yalnız süni şəkildə qapalı yerlərdə yetişdirilməsinə icazə verilir.

Qarabasma verən göbələklər

Sonda onu da qeyd edək ki, son vaxtlar isə hallüsinasiya verən göbələklər haqqında şayiələr gəzir. Bu doğrudur - hallüsinasiya (onları hətta "sehirli” də adlandırırlar) verən göbələklər mövcuddur. Bu göbələklər "Psilociba” sinifinə aiddirlər və LSD ilə eyni təsirə malikdirlər. Bu göbələklərin vətəni Şimali Amerika sayılır və əsrlər boyu hindilər tərəfindən dini mərasimlərin aparılmasında istifadə olunurdu. Bu göbələkləri yedikdən 30-60 dəqiqə sonra insanın ətraf mühitdəki reallığı qavraması pozulur, məsələn "səsi görmək”, "işığı eşitmək” kimi hallüsinasiyalar əmələ gəlməyə başlayır. Xoşbəxtlikdən, Azərbaycanda belə göbələklər bitmir, lakin Avropanın qərb ölkələrində və Rusiyada bu göbələkləri satış məqsədilə süni şəraitdə yetişdirir və internet qlobal şəbəkəsi vasitəsilə satışa buraxılır. Buna görə də Azərbaycanda gənc nəsil bu təhlükəli maddələrin riski altında ola bilər./movqe.az


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM