Pensiyaların orta aylıq məbləği açıqlanıb - artım var

11:27 / 26.10.2017

Sosial cəhətdən həssas qrupların sosial-iqtisadi mənafelərinin cəmiyyətin digər üzvləri ilə bərabərhüquqlu və dolğun təminatına nail olunması, onların həyat səviyyəsinin yaxşılaşdırılması yönündə müxtəlif formalarda təsirli və aktiv tədbirlər kompleksinin reallaşdırılması Azərbaycanda qurulmuş etibarlı sosial müdafiə sisteminin başlıca prinsipi kimi çıxış edir. Dünya Bankı tərəfindən ölkəmizin sosial müdafiə sistemi geniş əhatəliliyə malik olan və əhalinin yoxsul sayıla biləcək hissəsinin 90,1 faizini əhatə edən, yoxsulluğun azaldılmasında mühüm rol oynayan bir sistem kimi dəyərləndirilib.

Bu barədə Strategiya.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Hazırda sosial müdafiə sistemi vasitəsilə 1 milyon 330 min nəfər əmək pensiyası ilə təmin edilir. 2016-cı ildən qurulan müasir sığorta-pensiya sistemi, eləcə də ötən 11 ildə dövlət başçısı tərəfindən əmək pensiyalarının baza hissəsinin artırılması üzrə 9, sığorta hissəsinin indeksləşdirilməsi üzrə 11 olmaqla 20 sərəncam imzalanması bu dövrdə əmək pensiyası xərclərinin 6 dəfəyə yaxın, onun orta aylıq məbləğinin 6,4 dəfə artması ilə nəticələnib. Bu artım dinamikasının davamı olaraq, cari ilin ötən dövründə pensiyaların orta aylıq məbləği ilin əvvəlinə nisbətən 5,2 faiz artaraq 1 oktyabr 2017-ci il tarixinə 203,2 manata, o cümlədən yaşa görə pensiyanın orta aylıq məbləği 226 manata çatıb. Onu da bildirək ki, dayanıqlı sosial-iqtisadi inkişaf şəraitində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin mütəmadi artımı pensiya və müavinətlərin də vaxtında maliyyələşdirilməsinə imkan verib.

2017-ci il tarixinə respublika əhalisinin 4,5 faizi və ya 460 min nəfər müxtəlif növ müavinətlərlə təmin olunur. Son on ildə bu sosial ödənişlərin orta aylıq məbləği 3 dəfədən çox artırılıb. Onu da bildirək ki, əlilliyi olan şəxslərin mühüm bir hissəsi əlilliyə görə əmək pensiyası ilə təmin olunurlar. Eyni zamanda, müharibə əlilləri və onlara bərabər tutulanlara aylıq sosial müavinət və ya əmək pensiyası ilə bərabər, 2008-ci ilin sentyabrından Azərbaycan Prezidentinin aylıq təqaüdü də ödənilir. Ötən müddətdə həmin təqaüdün məbləği orta hesabla 2 dəfədən çox artırılaraq I qrup əlillər üçün 165 manata, II qrup əlillər üçün 143 manata, III qrup əlillər üçün 110 manata çatdırılıb.

Eyni zamanda, şəhid ailələrinin də hələ 2007-ci ilin əvvəlindən Prezidentin aylıq təqaüdü ilə təminatı həyata keçirilir. Ötən müddətdə şəhid ailələrinə ödənilən həmin təqaüdün məbləği 2,2 dəfə artırılıb və 220 manata çatdırılıb. Həmin sosial ödənişlərlə bərabər, şəhidlərin ailə üzvlərinin əmək pensiyasının baza hissəsinin üzərinə əlavə də hesablanır. Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin hər bir uşağına görə aylıq sosial müavinət, əmək pensiyası almaq hüququ olmayan şəhid ailəsi üzvlərinə kommunal, nəqliyyat və digər xidmətlər üçün aylıq sosial müavinət də verilir.

Azərbaycan Prezidenti İlham Əliyevin 20 iyun 2014-cü il tarixli Sərəncamı Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təminatı işlərinin daha da güclənməsinə səbəb olub və Sərəncama uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən son iki ildə və cari ilin ötən dövründə 607 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsi müasir tələblərə uyğun yeni mənzillərlə təmin olunub. Ümumilikdə isə indiyədək nazirliyin xətti ilə 5560 nəfər əlil və şəhid ailəsinə mənzil verilib. 5,9 min nəfər müharibə əlili və onlara bərabər tutulan şəxsə dövlət büdcəsi hesabına minik avtomobili təqdim olunub.

Ölkəmizdə qurulan sosial müdafiə sisteminin bir istiqaməti də aztəminatlı ailələrin ünvanlı sosial yardım proqramı ilə əhatə olunmasına yönəlib. Ötən il sosial yardım sisteminin tam avtomatlaşdırılması bu sahədə məmur-vətəndaş təmasları olmadan tam obyektiv və şəffaf şəkildə yardım təyinatlarının həyata keçirilməsinə şərait yaradıb. Hazırda 97,2 min ailənin 400,4 min nəfər üzvü ünvanlı sosial yardım alır. 2017-ci ilin 1 oktyabr tarixinə ünvanlı dövlət sosial yardımının bir ailəyə düşən orta aylıq məbləği 150 manat təşkil edib.

Dövlət başçısının tapşırığına uyğun olaraq, hazırda aztəminatlı ailələrin yoxsulluqdan özünüməşğulluğuna şərait yaradılması yönündə mühüm işlər aparılır. Azərbaycan Prezidenti İlham Əliyevin 7 aprel 2016-cı il tarixli Sərəncamına əsasən, icra olunan özünüməşğulluq proqramı çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən cari ilin fevral ayından başlayaraq aztəminatlı ailələrin gəlir imkanlarının artırılması və ailə biznesinə çıxış imkanlarına malik olmaları üçün aktivlərlə təminatı həyata keçirilir. 2018-ci ilin əvvəlindən "İşsizlikdən sığorta haqqında” Qanunun tətbiqinə başlanılması nəticəsində formalaşan maliyyə vəsaitləri işşiz şəxslərin sosial müdafiəsi ilə yanaşı, özünüməşğulluq proqramının əhatə dairəsinin genişlənməsinə, proqrama cəlb olunanların sayının 6 dəfəyə yaxın artırılmasına imkan yaradacaq.

Qeyri-neft sektorunun genişlənməsi şəraitində yeni iş yerlərinin açılmasının daimi xarakter alması, aktiv məşğulluq tədbirlərinin gücləndirilməsi əmək bazarında sabitliyin qorunub saxlanmasına imkan yaradıb. Bu sahədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti orqanları tərəfindən də məqsədyönlü işlər aparılır. Bu işlərin davamı olaraq, cari ilin 9 ayında Dövlət Məşğulluq Xidməti tərəfindən 41,6 min nəfər şəxs münasib işlərlə təmin edilib. Əmək bazarında sabitliyin yaradılmasına yönələn kompleks tədbirlər ötən ilin müvafiq dövrünə nisbətən məşğulluq orqanlarına iş üçün müraciət edənlərin sayının da 2 dəfə azalmasına imkan verib.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM