“Hiss etdim ki, insanların dualarında yaşayıram” - Fotolar

12:45 / 26.10.2017

Könül Xasıyeva: “Həkimlərin dediyi o günü gözləyirəm” 

Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə fond tərəfindən xalq artisti Könül Xasıyevaya ev hədiyyə edildi. Onurğa iflici xəstəliyindən əziyyət çəkən ifaçının səhhəti günü-gündən yaxşılığa doğru dəyişir.  Azərbaycan musiqi aləmində öz dəsti-xəttini yaradan, böyük tamaşaçı kütləsi qazanan K.Xasıyeva mənzil aldıqdan sonra "Kaspi” qəzetinə eksklüziv müsahibə verdi. Üçotaqlı, tam təmirli mənzillə mükafatlandırılan xalq artisti yeni evinin Heydər Əliyev Mərkəzinin yaxınlığında yerləşdiyini deyir. Deyir ki, ulu öndərimizin adını daşıyan məkana yaxın olması xüsusilə xoş ovqat yaradır. 
 
- Könül xanım, sizi mənzil almağınız münasibəti ilə təbrik edirik. 
- Təşəkkür edirəm. Mətbuat nümayəndələri məni daima diqqət mərkəzində saxlayıblar, siz də həmçinin. Var olun!  Allah bizim Birinci vitse-prezidentimiz Mehriban Xanım Əliyevaya uzun ömür versin. O, bizim mələyimizdir. Arzularımızı həyata keçirən mələk.  
 
 
 
- Biz sizə də uzun ömür arzulayırıq. 
- Çox sağ olun. Var olasınız, Allah hər birinizdən razı olsun.
 
- Sizə ev veriləcəyini gözləyirdiniz? 
- Bəli, gözləyirdim. Çünki biz Azərbaycanda yaşayırıq. Bizim ölkəmizin rəhbəri həmişə sənət adamlarına böyük diqqət və qayğı göstərib. Bunu danmaq olmaz, çünki bu, göz qabağındadır. Hər zaman dövlət başçımızın diqqətini üzərimizdə hiss etmişik. Ona görə sizdən heç nə gizlətməyəcəyəm, mən ev alacağımı gözləyirdim.  Leyla Əliyeva  şəxsən mənim müalicəmlə tez-tez maraqlanır, zəng etdirir, halımı xəbər alır.  O, tapşırıqlarını verir, müalicənin yaxşı getməsi üçün əlindən gələni edir. Bizim dövlətimiz bütün bunları öz sənətkarına qarşı edir. Bizim həqiqətən də gözəl dövlətimiz var. Mən dövlət başçımıza, onun həyat yoldaşına öz minnətdarlığımı bildirirəm. 
 
 
 
- Hazırda səhhətiniz necədir? 
- Səhhətimə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım xüsusi diqqət ayırır. Heydər Əliyev Fondu da maliyyə ayırıb, yardım edir. Onlar da mənim sağlamlığım uğrunda çox əziyyət çəkirlər. İnsan ona dəyər verildiyini görəndə çox şad olur, sevinir. Sevincinin həddi-hüdudu olmur. Həkimlərimizin mənə deyirlər ki, səni Heydər Əliyev sarayında konsert verəcəyin günə qədər sağaldacağıq. Mən də həkimlərin dediyi o günü gözləyirəm. İnanıram ki, bir gün sağalacaq və o səhnədə konsert proqramı ilə çıxış edəcəyəm. Sizi əmin edirəm ki, jurnalistlər orada ön sırada olacaqlar. Onlar mənim başımın tacıdırlar. Mən sizə öz konsertimdən reportaj yazmağı arzulayıram. Siz mənim məxsusi qonağım olacaqsınız. 
 
- Könül xanım, ürəyinizdə qalan hər hansı arzunuz varmı?
- Əlbəttə ki, arzular tükənməzdir. Mən Kazım balamın toyunu görmək istəyirəm. Allahdan tək arzum can sağlığıdır. Mən oğlumun xeyir işini görüm və onun boynuna kəlağayı salım. Noyabrın 17-də Kazımın 10 yaşı tamam olur. Onun toyunu görmək inşallah mənə nəsib olsun. Allah ömür nəsib etsin ki, mən o günü görüm. Onun əlini həyat yoldaşına həvalə edim, sonra özləri bilsin. Ona çox möhtəşəm bir toy keçirmək istəyirəm. Ən böyük arzum odur ki, Kazım dövlətimizə ləyaqətli bala kimi yetişsin. Fərqi yoxdur, hansı sahədə çalışacaq. Adi sürücü də olsa belə, ləyaqətli və vicdanlı olsun. İnsanları sevsin, dövlətini, vətənini, torpağını sevsin. Onu gələcəkdə belə bir övlad kimi görmək istəyirəm. Allah hamımıza övladlarımızın xoş gününü yaşatsın. 
 
 
 
 
- İnsan dostunu da, düşmənini də dar və xoş günündə tanıyır. Siz həyatın bütün sınaqlarından üzüağ keçdiniz. Xoş və dar gününüzdə dost-düşməninizi tanıya bildinizmi?
- Mən insanları çox sevirəm. Qəlbimdə zərrə qədər də olsa kin-küdurət yoxdur. Allahın yaratdığı insanı istəməməyə ixtiyarım yoxdur. Hər kəs mənim dostum, can-ciyərimdir. Elə şeylər ağlımın ucundan da keçmədi ki, mən insanları sınaqdan keçirim. Belə bir şeyi etmədim. Hiss etdim ki, insanların dualarında yaşayıram. Bu gün həyatdayamsa o, insanların duaları sayəsindədir. Xalqın duası məni ayağa qaldırdı. Mən bütün xalqıma təşəkkürümü bildirirəm. Ona görə ki, onlar məni pis günümdə də, xoş günümdə də tək qoymadılar, hər zaman yanımda oldular, onların dualarından əskik olmadım. Şükür Allahın bu gününə. Oktyabrın 24-ü həyatımda duaların qəbul olunduğu gündür. Həmin gün mənə ev hədiyyə edildi.  O günü heç vaxt unutmayacağam. Bu tarix mənim həyatımda qızıl hərflərlə bir tarix yazdı. 
 
- Səsiniz hələ də yerindədirmi?
- Səhhətimdə problem olmasına baxmayın, səsimdə heç bir problem yoxdur. Allah mənim boğazıma sanki bir aparat qoyub. Onu məndən yalnız Allah ala bilər. İndi bir az zəifləmişəm, inşallah bunun da öhdəsindən gələcəyəm. 
 
 
 
- Bizim ailədə sizə böyük hörmət var. Sizin səhhətinizlə bağlı yayılan xəbərlər bizi çox məyus etdi.
- Mənim adımdan məni soruşan, mənə görə narahat olan hər kəsə deyin ki, Könül Xasıyevanın səhhəti yerindədir, heç bir narahatlığa əsas yoxdur. Məni xalqın sevgisi yaşadır, sağ olsun xalqım. Allah onlara dəyməsin. Məni ayaqda tutan xalqımın xeyir-duasıdır. Mən özümü şanslı ifaçılardan hesab edirəm. Bütün ağsaqqallarımıza, ağbirçəklərinizə məndən salam çatdırın. 
 
- Bundan əvvəl haqqınızda "Xərçəng xəstəliyindən əziyyət çəkir” məlumatı yayılmışdı. Bu məlumat doğru idi?
- Xeyr, əsla. Bir müddət mətbuatda yanlış məlumatlar getdi. Dedilər ki, guya xərçəng xəstəsiyəm. Hətta ölüm xəbərim belə yayıldı. Nə qədər xərçəng xəstəliyindən əziyyət çəkən insan varsa, Allah onlara kömək olsun. O xəstəlikdən dünyasını dəyişənlərə Allahdan rəhmət diləyirəm. Doğmalarına səbir  arzulayıram. Şükür ki, məndə bu gün o xəstəlik yoxdur. Düzdür, insanın sabaha təminatı yoxdur ki, həyatda olacaq, yoxsa yox. Kimin nə qədər yaşayacağını Allah bilir. Yazıya pozu yoxdur. Ancaq elə şey olmayıb. Bu, yanlış informasiya idi. 
 
 
 
- Bu xəbərlər psixoloji olaraq sizə təsir etdimi? 
- Əlbəttə ki, etdi. Bir müddət mətbuatda mənim haqqımda ölüm xəbərim yayılmışdı.  İnternetdən bu xəbəri oxuyanda bir müddət özümə gələ bilmədim. Belə şey olarmı? Telefonun dəstəyini qaldıran kimi mənə başsağlığı verirdilər. Elə bilirdilər ki, dəstəyi götürən mənim hansısa qohumumdur. Bu, dəhşətdir. Həmin an keçirdiyim hissləri sözlə ifadə etmək mümkün deyil. Telefonu kimə açırdımsa deyirdilər ki, bəs deyirlər sən ölübsən. Ancaq bilmirdilər ki, dəstəyi mən qaldırıram. Saysız başsağlığı SMS-ləri alırdım. Əlbəttə ki, bu, psixoloji olaraq mənə pis təsir edirdi. Bir insanı ölü kimi təqdim etmək təbii ki, təsirsiz ötüşmür. Mən də çox əzab çəkirdim. Bilmədən, xəbəri olmadan, maraqlanmadan, araşdırmadan jurnalistin, söz adamının yanlış yazması bağışlanılmazdır. Mən mətbuata açıq adamam, onlar mənimlə əlaqə saxlasaydılar, həyatda olduğumu deyərdim. Əgər jurnalist işinin peşəkarıdırsa, o, məlumatı dəqiq şəkildə öyrənməli, mənimlə əlaqə saxlamalı, sonra yazmalıdır. Xalqla bizim aramızda körpü rolunu oynayan məhz jurnalistlərdir. Mən istəməzdim ki, insanların hissiyyatı ilə bu qədər oynasınlar. İnsanlar da onların yazılarını oxuyub məyus olmuşdular. Xalqa hər zaman düzgün məlumat ötürmək lazımdır. Bu, onların vəzifə borcudur. Düzdür, jurnalistlərin içində peşəkarları da var, bu sözlərimi hər jurnalistə aid etmirəm. Ancaq istənilən halda  düzgün deyildi. 
 
- Sizə el arasında "bala Şövkət” deyə xitab edirlər. Bu ləqəb necə verilib? 
- Deyirlər ki, xarici görkəminizdə oxşarlıq var. Mənim anamla bir şəklim var. Evdə göz önünə qoymuşam. Kim bizə gəlirsə, deyir ki, sən eynilə Şövkət Ələkbərovaya  bənzəyirsən. Hətta şəklə baxıb, "Şövkət xanımın sizdə şəkli hardandır” soruşanlar da olur. Deyirəm ki, bu, mənəm, Şövkət xanım deyil. Mən onları inandıra bilmirəm ki, o xanım mənəm. Ona görə mənə "Balaca  Şövkət” deyirlər. Sizə bir şəkil göndərəcəyəm, baxandan sonra o sualın cavabını özünüz tapacaqsınız.
 
Xəyalə Rəis

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM