"Televizorla "sakitləşdirilən" uşaqlarda autizm yarana bilər"

17:00 / 26.10.2017

Müasir dövrdə "nadinc uşaq" problemi psixologiyada xüsusi anlayış və diaqnozdur. Valideynlərin saqların hər şeyi dağıtması, sözə baxmaması, dərslərini oxumaması, yaddaşının zəif olması kimi şikayətlər uşağın tərbiyəsizliyi anlamına gəlmir. Psixologiyada bu tip davranışlar hiperaktivlik adlanır

Strategiya.az medicina.az-a istinadən bu mövzu ilə əlaqədar Sağlam Ailə Tibb Mərkəzinin həkim nevropatoloqu Raisə Tahirova ilə müsahibəni təqdim edir:
 
- Uşaqlarda hiperaktivlik müasir neyropediatriyada aktual problemlərdən biridir. Bu problem bəzən xəstəlik, bəzən isə sindrom kimi qələmə verilir. Sizcə hiperaktivlik xəstəlikdir, ya sindrom?
 
 - İlk öncə onu bildirmək istəyirəm ki, hiperaktivlik və diqqət əskikliyi pozğunluğu tamamən başqa məfhumdur. Günümüzdə çox uşaqlara "hiperaktivlik" diaqnozu öz valideynləri və ya həkimlərimiz tərəfindən yanlış diaqnoz qoyulur. Eyni zamanda çox miqdarda lazımsız dərman qəbulu baş verir və valideynlərin yersiz narahatçılığına səbəb olur. Burada əsas məsələ uşağın inkişaf  mərhələlərində normal qəbul edə biləcəyimiz aktivliyi valideynlərin "patologiya" kimi qəbul etmələridir. Keçmiş ədəbiyyatlarda bu minimal beyin disfunksiyası adlanırdı. Müasir yanaşma hiperaktivlik - diqqət əskikliyi pozğunluğu şəklindədir. Amma xəstəlik və ya sindrom arasında seçim etməli olsaq, o zaman sindromu seçmək daha məntiqlidir. Amma söhbətimizdə mən "pozğunluq" kimi adlandıracam.
 
- Hiperaktivliyi psixi və ya genetik xəstəlik hesab edən mütəxəssislər də var. Bununla bağlı düşüncələriniz?
 
- Əgər biz hiperaktivlik - diqqət əskikliyi pozğunluğunu nəzərdə tutsaq, son tədqiqatlar bu pozğunluğa genetik meylin ola biləcəyini göstərir. Araşdırmalar göstərir ki, bu kimi şikayətləri olan uşaqların yaxın qohumlarında da eyni halların rast gəlinməsi baş verir. Ümumi etiologiyasından danışsaq, dəqiq bir etioloji faktor qeydə alınmayıb. Etiologiya kimi bir çox səbəblər göstərilir.
 
- Hiperaktivliyi diqqət çatışmazlığının nəticəsi hesab etmək olar?
 
- Bəzən ola bilir ki hiperaktivlik diqqət əskikliyi pozğunluğu olan uşaqlarda ön plana diqqət əskikliyi və ya hiperaktivlik kimi çıxır. Daha dəqiq desək, hiperaktivliyi olmayan uşaqda diqqət əskikliyi, diqqət əskikliyi olmayan uşaqlarda hiperaktivlik ön plana  çıxa bilər.
 
- Uşaqların kompüter və televiziya qarşısında uzun müddət oturması diqqət çatışmazlığının nəticəsidir? Bu haqda fikrinizi bilmək istərdik...
 
- Hiperaktivlik - diqqət əskikliyi pozğunluğu olan uşaqlar  televizor və ya kompüter qarşısında saatlarla otura bilərlər. Bu zaman valideynlər səhvən onların "sakit" oturduğunu düşünürlər. Əslində isə uşaqların inkişafına olduqca mənfi təsir göstərən televizor təhlükəsi ilə uşaqlarını baş-başa qoyurlar. Konkret bir rəqəm demək mümkün olmasa da, deyə biləcəyim 0-3 yaş qrupundan olan uşaqların televizora baxmasının həddindən artıq zərərli olmasıdır. Valideynlər buna qətiyyən yol verməməlidir. Hal-hazırda televizorun uşaqlarda autizmin ortaya çıxmasına şərait yaradan faktorlardan biri kimi göstərilir.
 
- Hiperaktivliklə bağlı valideynlər üçün bəlkə də ən qorxulu suallardan biri də uşağın intellekt səviyyəsinin aşağı düşməsi, dərslərdə davamiyyətin digərlərindən zəif olmasıdır. Bu nə dərəcədə doğrudur?
 
- Hiperaktivlik və diqqət pozğunluğu olan uşaqlarda diaqnoz ən çox məktəb yaşlarına kimi yəni 7 yaşına qədər qoyulmalı və lazımi təqdirdə müalicə olunmalıdır. Belə pozğunluğu olan uşaqların valideynləri bilməlidir ki, bu zəka geriliyi demək deyil. Hiperaktivlik və diqqət əskikliyi olan uşaqlarda yanaşı olaraq təbii ki, oxuma və öyrənmə pozğunluqları da ola bilər. Amma ümumi götürdükdə belə uşaqların oxuma ilə problemləri diqqət əskikliyi və ya hiperaktivitələri ilə bağlıdır. Qonşu Türkiyədə müəllimlər üçün xüsusi protokollar təşkil olunub. Burada hiperaktivlik və diqqət əskikliyi olan uşaqlara dərs öyrətmə və davranış qaydaları qeydə alınıb. Düzgün yanaşma olsa, belə uşaqlar digər uşaqlar kimi dərslərini öyrənə və tapşırıqlarını yerinə yetirə bilərlər. Onu da qeyd edim, HEDP müalicəsində eyni zamanda həkimin, müəllimin, ailənin həm də davranışın korektəsi üçün davranış psixologiyasından məlumatlı mütəxəssislər iştirak etməlidir.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM