Əli Həsənov: "Azərbaycan hakimiyyətinin mənbəyində xalq dayanır"

20:39 / 26.10.2017

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının X konfransı keçirilib

 

Oktyabrın 26-da Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının X konfransı keçirilib.

Əvvəlcə konfrans iştirakçıları Fəxri xiyabanda Yeni Azərbaycan Partiyasının qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, YAP İdarə Heyətinin üzvü Əli Həsənov konfransda iştirak edib.

Dövlət himninin səsləndirilməsi ilə başlayan konfransda YAP-ın yaradıcısı ulu öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

YAP Siyasi Şurasının üzvü, partiyanın Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı 1993-cü il iyulun 6-da yaradılıb, 101 ilk ərazi təşkilatını özündə birləşdirir. Təşkilatda qeydiyyatda olan üzvlərin sayı 28 min 971-dir. Onlardan 14 min 520-sini qadınlar, 15 min 341-ni gənclər təşkil edir.

Hesabat dövründə görülən işlər barədə danışan M.İbrahimqızı bildirib ki, təşkilatın üzvləri mütəmadi olaraq 20 Yanvar, Xocalı faciələrinin ildönümləri ilə bağlı tədbirlər, faciə qurbanlarının yaxınları ilə görüşlər keçiriblər. Həmçinin gənclərlə bağlı bir sıra layihələr reallaşdırılıb. 2016-cı ilin aprelində Azərbaycan Ordusunun qazandığı şanlı qələbə ilə bağlı “Cocuq Mərcanlıdan Şuşaya”, “Gənclərin zəfər yürüşü” kimi layihələr həyata keçirilib.

Məlahət İbrahimqızı deyib ki, Yeni Azərbaycan Partiyasının yaranması ilə respublikamızın ictimai-siyasi həyatında yeni tarixi mərhələnin əsası qoyulub. Ümummilli liderimiz Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan YAP özünü bütün mənalarda təsdiqləyərək yeni tarixin yeni çalarlarını özündə birləşdirməyi bacarıb. Ümummilli Liderimizin layiqli siyasi varisi Prezident İlham Əliyevin möhkəm təməl üzərində qurulan YAP-a rəhbərliyi dövründə daha böyük əzmkarlıq və yaradıcılıq nümayiş etdirilib. Partiyanın sosial bazası əhəmiyyətli dərəcədə güclənib.

Sonra YAP Nəsimi rayon təşkilatının nəzarət-təftiş komissiyasının hesabatı dinlənilib, Yeni Azərbaycan Partiyasının yaranması və 25 illik uğurlu fəaliyyəti ilə bağlı videoçarx nümayiş etdirilib.

YAP Siyasi Şurasının üzvü, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Yeni Azərbaycan Partiyasının nüfuzunun gündən-günə artdığını vurğulayıb. O, partiyanın Nəsimi rayon təşkilatının rayonun ictimai-siyasi həyatında fəal şəkildə iştirak etdiyini diqqətə çatdıraraq bildirib ki, ümummilli lider Heydər Əliyevin banisi olduğu Yeni Azərbaycan Partiyasının təsis edilməsi ilə xalqımızda gələcəyə inam yarandı. YAP-ın yaradılması Azərbaycanın tarixində çox önəmli hadisədir. Bu gün ümumxalq partiyasına çevrilən YAP-ın cəmiyyətin inkişafına yönəlmiş çoxsaylı sosial layihələr reallaşdırması, gəncləri dövlətçilik, milli maraqlar ətrafında sıx birləşdirməsi partiyanın tərəfdarlarının sayının artmasına səbəb olub. Əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilib.

YAP Nəsimi rayon təşkilatının siyasi şurasının üzvü, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, ölkəmizin ictimai-siyasi həyatındakı rolundan, keçdiyi şərəfli inkişaf yolundan söhbət açıb. Qeyd edib ki, YAP Azərbaycan dövlətçiliyinin ən ağır sınaqlar qarşısında qaldığı bir zamanda xalqın istək və arzularının nəticəsi olaraq tarixi zərurətdən yarandı. Partiya yarandığı ilk gündən ölkəmizin siyasi səhnəsində uğurla fəaliyyət göstərərək milli müstəqilliyimizin qorunmasına, dövlətçiliyimizin möhkəmləndirilməsinə, iqtisadiyyatımızın inkişaf etdirilməsinə layiqli töhfələrini verib. Məhz ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan dövləti parçalanmaqdan, anarxiya, xaos və tənəzzüldən xilas olaraq bugünkü yüksək inkişaf səviyyəsinə gəlib çıxdı. Nail olduğumuz müstəqillik bu gün dövlətimizin başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində daha da möhkəmlənib və əbədilik qazanıb.

Konfransda çıxış edən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, YAP İdarə Heyətinin üzvü Əli Həsənov Yeni Azərbaycan Partiyasının yaranmasını zərurətə çevirən amillərdən, həmin dövrdə ölkəmizdə mövcud olmuş ağır ictimai-siyasi vəziyyətdən bəhs edib. Prezidentin köməkçisi vurğulayıb ki, ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası öz ətrafında cəmiyyətin bütün təbəqələrindən olan insanları birləşdirib. Bu gün YAP ümummilli lider Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı kimi cəmiyyətdə aparıcı rolunu daha da möhkəmləndirir. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin rəhbərliyi ilə partiyanın uğurları getdikcə daha da artır.

Əli Həsənov YAP Nəsimi rayon təşkilatının fəaliyyətini qənaətbəxş hesab etdiyini bildirərək xatırladıb ki, yarandığı vaxt cəmi 2800-dək üzvü olan təşkilat bu gün sıralarında 29 minə qədər həmfikiri birləşdirir.

Prezidentin köməkçisi diqqətə çatdırıb ki, Yeni Azərbaycan Partiyası cəmiyyətimiz üçün çoxsaylı nümunələr yaradıb. Bunlardan biri də partiya-lider-xalq birliyidir. Lider-partiya-cəmiyyət şkalası üzrə YAP öz sıralarını bu gün də genişləndirir. Partiya Azərbaycan xalqının milliyyətindən, dinindən, sosial vəziyyətindən asılı olmayaraq bütün təbəqələrini özündə birləşdirir. Ulu öndər Heydər Əliyev ilk dəfə müxalifət partiyası kimi fəaliyyət göstərən YAP vasitəsilə əsl müxalifətin necə olmasını nümayiş etdirdi. Ümummilli Lider Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı ölkə ziyalılarına müraciətində beş əsas prinsipi müəyyən etmişdi. Bunlardan biri və ən əsası milli birlik ideyasıdır. Bu ideya Azərbaycanda hakimiyyətə gəlmək niyyətində olan hər bir siyasi partiyanın xalqın bütün təbəqələrinin milli maraqlarını və vətəndaş birliyini təmin etməli olduğunu özündə ehtiva edir.

“Bildiyimiz kimi, o dövrdə Azərbaycanda gərgin siyasi vəziyyət mövcud idi. Ümummilli Liderin o zaman müəyyən etdiyi milli birlik strategiyası bu gün də Yeni Azərbaycan Partiyasının təməl prinsiplərindəndir. Azərbaycan hakimiyyətinin mənbəyində xalq dayanır. Digər ideya bütün insanların potensialından dövlət quruculuğunda, dövlətin potensialından isə vətəndaşların sosial rifahının, milli-mənəvi ehtiyaclarının təmin olunmasında istifadə edilməsi ilə bağlı idi. Belə ki, Azərbaycan cəmiyyətini idarə edə biləcək insanları idarəçiliyə gətirmək lazım idi. Bu prinsip Azərbaycanın bugünkü inkişafının təməlində duran əsas amillərdən biridir. Ulu Öndər, həmçinin ölkədə qanunçuluq məsələsini önə çıxardı. Təbii ki, xaos, böhran şəraitində heç bir inkişafdan danışmaq olmazdı” – deyə Ə.Həsənov vurğulayıb.

Prezidentin köməkçisi qeyd edib ki, bu gün beynəlxalq reytinq ölçən mərkəzlər Azərbaycanı rəqabət qabiliyyətliliyinə, iqtisadi inkişaf potensialına, dövlətin vətəndaşlara və biznesə qayğısına, liberallaşmaya və digər amillərə görə dünya dövlətləri arasında 35-ci yerə layiq görüb. Bu gün ali təhsilli bütün vətəndaşlar imtahan verməklə dövlət qulluğuna işə qəbul oluna bilər. Bu da sosial ədalətin bariz nümunələrindən biridir.

Əli Həsənov vurğulayıb ki, qazanılmış bütün nailiyyətlər Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu siyasət Azərbaycanı Cənubi Qafqazın lideri etməklə yanaşı, beynəlxalq müstəvidə də nüfuzunu əhəmiyyətli dərəcədə artırıb, ölkəmizi sülh və sabitlik adasına çevirib. Azərbaycanın inkişafında YAP-ın özünəməxsus rolu var. Prezident İlham Əliyevin rəhbərliyi ilə öz sıralarını daha da genişləndirən partiya gələcəkdə də bu istiqamətdə işlərini davam etdirəcək.

Çıxışlardan sonra təşkilati məsələlərə baxılıb, rayon təşkilatının şurası, idarə heyəti və nəzarət-təftiş komissiyası təsdiq olunub. Məlahət İbrahimqızı yenidən YAP Nəsimi rayon təşkilatının sədri seçilib.

Partiyanın rayon təşkilatının bir sıra fəal üzvlərinə təşəkkürnamələr təqdim edilib.

Sonda konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə müraciət qəbul olunub.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM