(və ya yeni tamaşa haqqında həmkar sözü)
Tamaşanın
hazırlandığı məkan - Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsi
Müəllif - Tamara Vəliyeva
Quruluşçu rejissor - Mehriban Ələkbərzadə
Əməkdar İncəsənət Xadimi
Quruluşçu rəssam - Elşən Sərxanoğlu
Musiqi tərtibatı - Ağasəlim Feyzullayev
Rejissor assistenti - Günay Qasımova
Əslində bu tamaşaya da "yaxşıdır" deyib keçmək olardı. Çünki indi yaxşını pisdən seçmək çox qəliz bir məsələdir. Yaranan hər bir işə o qədər "yaxşıdır" deyirlər ki, nəyin pis, nəyin yaxşı olduğunu az qala yadırğayırsan. Lakin üstündən bir neçə gün keçdikdən sonra və yenidən bu tamaşaya baxmaq istəyi sənə rahatlıq vermirsə, deməli artıq bu, doğrudan da yaxşı tamaşadır və ikinci, üçüncü dəfə görmək istəyin yaranırsa, deməli bu, istedaddan və yaradıcı zəhmətdən doğulan görməyə adət etmədiyin bir sənət əsəridir.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsinə daxil olanda, mən bütün bunlar barədə düşünürdüm. 40 nəfərlik yarıqaranlıq salon, bağlı pərdənin üstünə düşən, qaranlıq səmada axışan ulduzları xatırladan işıqlar... Bir azdan tamaşaçılar yerlərini tutur. Rejissor Mehriban Ələkbərzadənin yaratdığı bu mühit seyirçini tamaşaya hazırlayır. Nils Frahmın, Olafur Arnaldsın, Pedro Bromfmanın, Hans Zimmerin, Armand Amarın, Balmorheanın musiqilərinin üzərində bir tar sızıltısı baş verən hadisələrdən, mətndən tutmuş oyun tərzinə kimi hər şey, dünyanın hər bucağında – hətta havasını udub suyunu içdiyimiz məmləkətimizdə də bu tərzdə olayların yaşandığına bir işarə verir. Tamaşaçı ovqatı bu tərzdə köklənir. Hər kəs bu qaranlıq səmada sayrışan öz ulduzunu axtarmaq istəyində ikən böyük zövqlə seçilmiş musiqilərin fonunda pərdə yavaş-yavaş açılır.
Sonradan məzara, yatağa, əyləncə yerinə çevriləcək sandıq tamaşaçının diqqətini cəlb edir. Sandığın açılması ilə başlanan oyun, (nədənsə bu yerdə “açıldı sandıq, töküldü pambıq” məsələsini xatırladım) əslində 15 il bundan öncə mənən, ruhən dünyaya əlvida demiş Qadının faciəsinin nümayişinin başlanğıc nöqtəsi olur. İçində içini yeyə-yeyə yaşayan bir insanın, həm də Qadın, Ana sayılan bir məxluqun böyük sevgisindən, xəyanətindən və sonda isə cinayətindən doğan iztirabları bir azdan tamaşaçını o qədər silkələyəcək ki, hətta, səni üsyana gətirib çıxaracaq bir tərzdə yerində rahatlıq tapmağa qoymayacaq. Tamaşanın təqdim olunma ritmi, təqdimat tərzi o qədər duyğulu, həyəcanlı başlayır ki, bu barədə danışanda belə həmin duyğulardan kənarda qala bilmirsən.
Dramaturq Tamara Vəliyevanın bir oyunçuluq "Cəza" əsərində gördüklərimiz bəlkə də, hər gün eşitdiklərimizin bir inikasıdır. Bu görüb-eşitdiklərimizin bəzisi müzakirə obyektinə çevrilir, bəzisi daha tez unudulur, bəzisi haqqında ümumiyyətlə danışılmır... Amma bu tamaşadakı Qadın haqqında mütləq danışacaqlar. Çünki onu gördükdən sonra haqqında danışmamaq mümkünsüzdür.
Yuxarıda dediyimiz bir oyunçu - əməkdar artist Kəmalə Hüseynova istər gənc tamaşaçılar teatrında, istər Akademik Milli Dram Teatrında, istər ekranlarda yaratdığı obrazlarda hər zaman diqqəti cəlb edir. Bu dəfə isə o tamaşaçı ilə üz-üzə dayanarkən qətiyyətlə "məni görməyə bilməzsən" deyir. Mono tamaşa kimi səciyyələnən oyunda Kəmalə xanım həm Qadın, həm Kişi, həm Sevgili, həm Ana surətlərini o qədər ustalıqla yaradır ki, əslində səhnədə özü görünməyən obrazların bir məcmusunu görürük bu sənətçinin timsalında. Hətta ulu Tanrı ilə dialoq da ilahi təqdimat səviyyəsində qəbul olunur. Dünyanin ən sevimli səsini - uşaq gülüşlərini eşidəndə biz bütöv – xoşbəxt bir ailəni özümüz üçün rəsm edirik və daha sonra bu evin kərpic-kərpic necə dağıldığını gözlərimizlə görürük. Bütün bunlar isə bir aktrisanın təqdimatındadır. Yox, bu artıq təsəvvür olmur, bu reallıqdır. Rejissorun yaratdığı atmosfer - işıq, səs, hər biri bir hekayənin sözünü deyə biləcək qədər təsirli mizan-səhnələr, böyük dekorları belə əvəzləyərək üstəliyən minimalizm - tək-tək detallar – bəzən Qadının əl-qolunu bağlayan, bəzən körpə bələyinə çevrilən, bəzən Qadının boynundan ağır, dözülməz yük kimi asılan, bəzən də onu xoşbəxt
edə biləcək sevgi uçuşunun qanadlarına çevrilən kəndirlər, qiyamət gününün xəbərçisi göydən yağan daşlar, insan timsallı boy-boya verən stullar o qədər oynaq, o qədər canlı görünür ki, sən bu səhnədə bütün iştirakçıları bir-bir hiss edib duya bilirsən - Qadını da, Kişini də, Sevgilini də, Ananı da, hətta nur topası kimi iki körpə balanı da.
Tamara Vəliyevanın təqdim etdiyi Qadın bəlkə də bu həyata milyonların baxdığı pəncərədən baxa bilsəydi, baxmağı bacarsaydı onun da taleyində heç nə dəyişməyəcəkdi. Onun da hər şeyi var - topdağıtmaz evi, güzəranı, başına pərvanə kimi dolanan əri, iki oğul övladı. Başqa nə lazımdı ki, insana? Həm də Qadına?! Sən demə Tanrının bəxş etdiyi bütün bunlar xoşbəxtlik üçün kifayət etmirmiş. Əgər sən xoşbəxt olmadığını düşünürsənsə, sən heç vaxt onu uzaqda axtarma! İnan ki, sən artıq bu gözəl dünyaya gəlişinlə xoşbəxtsən! Bunu dərk et! Və Tanrının sənə bəxş etdiklərinin fərqində ol, xoşbəxtliyini əlində olanların arasında axtar. Onda necə xoşbəxt olduğunu görəcəksən! Amma bu Qadın belə deyil və belə düşünmür. Görəsən, daha nələr lazım imiş bu Qadının xoşbəxt olması üçün? Və o nəsnə nədir ki, Qadın hətta o xöşbəxtliyə çatmaq üçün övladından keçə bilir?
Və yadıma bu yerdə bir dostumun hansısa bir hadisə ilə bağlı bənzətməsi düşür: "İnsan nadir hallarda onu dünyaya bəxş edən valideyni üçün həyatına qəsd edir. Bəlkə də bu heç olmur. Amma sevgisi üçün həyatına qıyanlar hər gün onlarladır. "
Bəli, Tanrı hər şeyi qismət etdiyi insan övladına, Qadına üstəlik bir sevgi də bəxş edir. Amma elə bir sevgi ki... Ərini, doğmalarını da üstələyə biləcək xəyanət adlı bir sevgi xoşbəxtlik gətirə bilməz. İnsan bu xoşbəxtlik dənizində mütləq boğulmağa məhkumdur. Aldadırsa, xəyanət edirsə, deməli cinayətə gedir. Böyük Sevgini Cinayət həddinə gətirir. Əgər ulu Tanrı xoşbəxtlik düsturunu sənə heç anlatmayıbsa, nədən sən xoşbəxt olmaq barədə bu qədər düşünürsən? Əgər Tanrı xoşbəxtlik üçün suyu, səmanı, yeri, torpağı, yaşıllıqları, sonsuz sayda sevinc səbəblərini sənə veribsə, sənin istəyin nə?
Bax, "Cəza" tamaşasında məhz bu suallara cavab tapa bilirsən. “Cəza” – qadın xəyanəti haqqında üç QADINın (Tamara Vəliyevanın, Mehriban
Ələkbərzadənin və Kəmalə Hüseynovanın) yaratdığı bir fəryaddır. Bir cəzadır! Bənzətməyə şəkk etməyin, onların yaratdığı Qadında sanki Elektradan da, Kleopatradan da, Anna Kareninadan da, hətta Xuramandan da nələrsə var. Amma bu Qadın yenidir. Həm də oxşarlıqları ilə bərabər, saydıqlarımın heç birinə, heç kəsə bənzəmir onların təqdim etdikləri Qadın. Bu onların özününküdür.
Müəllif mətnindən irəli gələrək rejissorun yaratdığı hadisələrin dinamikası o qədər güclüdür ki, aktrisa salonu bütün enerjisi ilə doldurur. Bağlı, kiçik məkanda sən də hadisələrin iştirakçısına çevrilirsən. səndə də az qala baş verənlərə bir müdaxilə hissi yaranır. Zaman, məkan və baş verənlər səni də öz təsirinə elə alır ki, nəfəs çəkməyə də ehtiyat edirsən. Tamaşanın təsir gücü bu qədər qüvvətlidirsə, artıq teatrın uğurundan danışmağa dəyər. Bax, budur yaxşı tamaşa! Ona görə, gəlin, hər şeyə yaxşı deməyək.
Xoşbəxtlik? Xəyanət? İnsanı cinayət həddinə - çatdıra biləcək Sevgi? Dünyanı düşündürən bu çətin sualların cavabını Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsində - "Cəza"da axtarın. Çünki tamaşanın müəllifləri - Tamara Vəliyeva da, Mehriban xanım Ələkbərzadə də, Kəmalə Hüseynova da bu tamaşanı İnsana böyük sevgi ilə yaradıblar. Bizə əsil dərs hazırlayıblar. “Cəza”dan doğan dərs.
Əliqismət Lalayev
Rejissor, Azərbaycan Respublikası və
Naxçıvan Muxtar Respublikasının
əməkdar incəsənət xadimi
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM