Oktyabrın 27-də Azərbaycan Mətbuat Şurasının şikayətlər üzrə komissiyasının növbəti iclası keçirilib.
Mətbuat Şurasından bildiriblər ki, komissiya sədri Müşfiq Ələsgərli gündəlikdə duran məsələlər barədə məlumat verib. Gündəlik səsə qoyularaq qəbul edilib.
İclasda ilk olaraq “Aztoday.az” saytının fəaliyyəti ilə bağlı Şuraya daxil olmuş müraciətlər araşdırılıb. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun, İsmayıllı Rayon İcra Hakimiyyətinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının şikayətlərinə diqqət yetirilib.
Məlumat verilib ki, “Aztoday.az” saytının hər üç dövlət qurumu ilə bağlı təqdim etdiyi materiallarda “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”na aşkar hörmətsizlik əlamətləri var. Sayt tənqid hədəfi kimi seçdiyi qurumların, əlaqədar şəxslərin mövqeyini öyrənməyib. Bu başlıca tələb gözlənilmədiyindən, cavabdeh komissiyanın iclasında iştirak etmək istəmədiyindən müraciət müəlliflərinin “Aztoday.az”ın onların şərəf və ləyaqətinə, işgüzar nüfuzuna xələl gətirdiyinə dair iddiaları əsaslıdır. Komissiya bütün bunları nəzərə alaraq sayta xəbərdarlıq edilməsi rəyinə gəlib. Eyni zamanda, “Aztoday.az”la bağlı toplanmış materialların Şuranın “Reket jurnalistika”ya qarşı Mübarizə Komissiyasında müzakirə olunması məqsədəuyğun sayılıb.
Şikayətlər üzrə Komissiya “Aztoday.az” saytından başqa daha iki saytla bağlı toplanmış materialların da Mətbuat Şurasının “Reket jurnalistika”ya qarşı Mübarizə Komissiyasında araşdırılmasına dair rəyə gəlib. Bunlar “obyektiv.org” saytı və “Korrupsiyaya yox” qəzetidir. “Obyektiv.org” saytından şikayətin müəllifi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialıdır. “Korrupsiyaya yox” qəzetindən şikayəti isə Ağdam Rayon Mərkəzi Xəstəxanası Doğum Evinin baş həkimi Afət Hüseynova edib. Bildirilib ki, hər iki kütləvi informasiya vasitəsinin fəaliyyətində peşə prinsiplərinə zidd kifayət qədər ciddi məqamlar var və bununla bağlı zəruri ölçü tədbiri götürülməlidir.
İclasda “dia.az” saytının fəaliyyətindən iki müraciətə baxılıb. Əvvəlcə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin şikayəti araşdırılıb. Saytın rəhbəri Məhəmməd Ərsoy müvafiq təkzib mətninin dərcinə hazır olduğunu vurğulayıb.
Bildirilib ki, “dia.az”ın sözügedən Dövlət Komitəsi ilə bağlı yayımladığı materiala digər saytlar da istinad ediblər. Komissiya onlara yanlışlığı aradan qaldırmağı, təkzib mətnini yayımlamağı tövsiyə edib.
Komissiya vətəndaşlar - Abdurahmanov Şaiq Bəxtiyar oğlunun və Əlibəyov Allahverdi İsrafil oğlunun “dia.az”la əlaqədar şikayətlərini müzakirə edərək rəyə gəlib ki, sayt şikayətçilərin mövqeyinin əksini tapdığı təkzib mətnini yayımlayaraq yol verdiyi yanlışlığı aradan qaldırmalıdır.
Müzakirə edilən növbəti məsələ “Standart İnsurance Georgia” şirkətinin baş direktoru Nicat Hüseynovun “qafqaznews.az” və “legion.az” saytları ilə bağlı müraciəti olub. Məlumat verilib ki, hər iki sayt tənqid obyekti kimi təqdim etdiyi şirkət barədə material yayımlayarkən qarşı tərəfin mövqeyini öyrənməyib. Bu isə peşə prinsiplərinin pozulmasıdır. Saytların iclasda iştirak edən təmsilçisi qarşı tərəfin mövqeyinin ifadə olunduğu təkzib mətninin dərcinə hazır olduqlarını bildirib.
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM