ABŞ-ın dövlət başçısı Donald Tramp vəd etdiyi kimi, yeni İran strategiyasını açıqlayıb. Özlüyündə az sayda tezisdən ibarət olan bu strategiyanın hədəfləri ilə bağlı mütəxəssislər analizlər aparırlar. Yanaşmalar müxtəlifdir. Bəzi ekspertlərə görə, Vaşinqton bununla İranın Yaxın Şərqdəki fəaliyyətini məhdudlaşdıra biləcək. Digərləri isə əslində, bu strategiyanın son məqsədinin qeyri-müəyyən olduğu və reallıqda mövcud vəziyyəti daha da mürəkkəbləşdirəcəyi fikrindədirlər. Bizcə, Trampın yeni İran strategiyası bütövlükdə qlobal geosiyasətin dinamikası kontekstində dərk edilməlidir. Bu prizmadan yanaşdıqda, burada kifayət qədər ziddiyyətlər və risklərin mövcud olduğunu görürük. Həmin məqamlar üzərində geniş dayanmağa ehtiyac hiss edilir.
"ABŞ-a olar, başqasına olmaz" dilemması: Yaxın Şərqi kim silahlandıra bilər?
Prezident Donald Tramp nəhayət ki, vəd etdiyi İranla bağlı yeni mövqeyini bəyan edib. Çox qısa tezislər ifadə edib. Onun söylədiklərindən aydın olur ki, Vaşinqton Tehrana qarşı mövqeyinə müəyyən düzəlişlər etməyə başlayıb. Təəssüf ki, onlar ürəkaçan deyil. Bütövlükdə Amerika hakimiyyəti İrana təzyiqləri artırmağa üstünlük verir. Bununla yanaşı, elə məqamlar da mövcuddur ki, onların üzərində ayrıca dayanmaq gərəkdir.
Amerika Prezidenti bəyanatında İranın nüvə silahını istehsal etməməklə bağlı imzaladığı sazişə əməl etmədiyini ifadə edib. Ancaq Vaşinqton hələlik o sazişdən çıxmır. Konqresə araşdırma aparıb Tehranın nə dərəcədə müqaviləyə uyğun hərəkət etdiyini dəqiqləşdirmək tapşırılıb. Üç ay ərzində ABŞ Konqresi bu barədə mövqeyini bildirməlidir.
Digər vacib məqam D.Trampın İranın dünyada terroru dəstəkləməsi ilə bağlı irəli sürdüyü iddiadır. Onun sözlərinə görə, Yaxın Şərqdə, o cümlədən Suriya və Yəməndə Tehran bəzi silahlı dəstələrə yardım və havadarlıq edərək ümumən regionda radikal əhval-ruhiyyəni körükləyir. Maraqlıdır ki, bunu elə bir dövlətin başçısı deyir ki, Yaxın Şərqdə terrorla məşğul olan kürd qruplarına üç mindən çox (!) "TIR"larla silah verib və bu proses indi də davam edir. Savaş meydanında isə Amerikanın birbaşa arxa olduğu və silahlandırdığı radikal, separatçı qruplar etnik təmizləmə ilə məşğuldurlar. Məsələn, Suriyada. Bu barədə dünya KİV-i kifayət qədər məlumatlar yayıb.
Hazırda Deyr əz-Zor ətrafında Amerikanın dəstəklədiyi radikal qruplar Suriya ordusuna qarşı durub. Onlar neftlə zəngin yerləri zəbt etmək fikrindədirlər və bunu gizlətmirlər. Türkiyə ordusu indi Afrinlə İdlib arasında qüvvə yerləşdirməklə regionda növbəti qeyri-legitim dövlətin yaranmasına əngəl olmağa çalışır. Belə bir şəraitdə ABŞ-ın kimisə terroru dəstəkləməkdə ittiham etməyə çalışması acınacaqlı, ədalətsiz və gülüncdür!
Maraqlıdır ki, Ər-Riyad Vaşinqtonun bu siyasətini alqışlayıb. Kral Salman D.Trampla telefon söhbətində bəyan edib ki, Amerika hakimiyyətinin İranla əlaqədar həyata keçirdiyi addımları doğru sayır və dəstəkləyir. Səudiyyə Ərəbistanının rəhbəri Tehranın Yəməndəki radikal şiələrə havadarlıq etdiyini ifadə edib. Digər tərəfdən, kral Salmanın fikrinə görə, İran Suriyada nüfuza malik olmamalıdır. Oradan Tehrana sadiq olan qüvvələr çıxarılmalıdır.
Ekspertlər İsrailin Amerikaya tam haqq qazandırdığını yazırlar. Əslində, baş verənlər dolayısı ilə Təl-Əvivin istəkləri ilə əlaqədardır. İsrail İranla imzalanan sazişin təhlükəli olduğunu əzəldən bəyan edirdi. Hətta ABŞ-ın keçmiş administrasiyasını bu məsələdə iranpərəst və qorxaq mövqe tutmaqda ittiham etmişdi. Bu mənada D.Trampın İranla bağlı yeni strategiyası reallıqda ABŞ-İsrail cütlüyünün ortaq layihəsi təsiri bağışlayır.
Hər bir halda artıq D.Trampın İrana qarşı sərt mövqe tutduğu göz önündədir. O, Tehranla münasibətləri yaxşılaşdırmaq niyyətində olmadığını nümayiş etdirir. Və bunun qlobal proseslərlə sıx əlaqəsinin olduğunu ifadə edən mütəxəssislər az deyildir. Bu məsələ həm də Avropanın D.Trampın yeni İran strategiyasına göstərdiyi münasibətdə özünü daha aydın göstərir.
Etnik və məzhəb savaşları: yeni strategiyanın müəmmalı tərəfləri
Məsələ belədir ki, Avropanın böyük dövlətləri Donald Trampın İran siyasətinə dəstək verməkdən ehtiyat edirlər. Hətta Fransa açıq bildirib ki, o, nüvə sazişindən çəkilmək fikrində deyil. Prezident Emmanuel Makron iranlı həmkarı ilə telefon söhbətində bunu deyib və Tehrana səfər etməyə hazırlaşır. Almaniyanın da bu məsələyə Vaşinqtondan fərqli yanaşdığı məlumdur. Bəs Amerikanın yeni administrasiyasını qane etməyən nədir?
D.Tramp hesab edir ki, Tehran sanksiyaların ləğv edilməsindən istifadə edərək, özünün hərbi gücünü lazım olduğundan daha çox artırır. Məsələn, ballistik raketlər sınaqdan keçirir. Bunun sonu nüvə silahının istehsalı da ola bilər. Dövlət katibi Reks Tillerson isə bildirib ki, "yeni bir Şimali Koreyanın meydana gəlməsinə imkan verilməyəcək". Deməli, Vaşinqton İranın hərbi proqramlarının inkişaf etdirməsini təhlükə hesab edir.
Başqa məqam birbaşa Yaxın Şərqdəki vəziyyətlə bağlıdır. Orada İran kifayət qədər aktiv surətdə Amerikanın geosiyasi planlarına əngəl olmaqdadır. Bu planlara isə çoxlu sayda komponent daxildir ki, onların da hər birinin ayrıca funksiyası var. Onların içərisində Yaxın Şərqin böyük dövlətləri arasında ixtilaf yaratmaq və bütövlükdə müsəlman ölkələrini bir-birinə düşmən etməklə uzunmüddətli, süründürməçi və əzabverici savaş yaratmaq xüsusi yer tutur. Bunun həyata keçirilməsi mexanizmləri isə əsasən etnik qarşıdurmalar meydana gətirmək və məzhəblər arasında ixtilaflar yaratmaqdan ibarətdir. Hazırda hər iki istiqamətdə ABŞ başda olmaqla Qərb və başqa böyük güclər aktiv iş aparırlar.
Bunun əlamətləri kimi Suriya və İraqda yeni səviyyədə etnik və məzhəbçi qarşıdurmaların kəskinləşməsini göstərmək olar. Misal olaraq Kərkük, Mosul və İdlibi göstərə bilərik. Kərkük uğrunda kürdlərlə ərəblər mübarizə aparırlar. Artıq "peşmərgə" region xalqlarına qarşı irqçi siyasət yeridən qrup kimi təqdim edilir. Onların İraq silahlı qüvvələri ilə toqquşmalara getməsi daha böyük faciələrə yol aça bilər. Bu barədə ekspertlər xəbərdarlıq edirlər. Ancaq düşündürücüdür ki, həm "peşmərgə"ni, həm də İraq ordusunu Amerika silahlandırır. İndi hər iki tərəf bir-birini Amerika silahları ilə vururlar.
Bundan başqa, Kərkükdə məzhəb və etnik qarşıdurma faktdır. Kürdlər türkmənlərə qarşı etnik təmizləmə siyasəti aparıblar. Əvvəllər 400 min türkmən Kərkükdə yaşayırdısa, indi orada cəmi 10 min nəfər qalıb. Bunu türkmənlər və Türkiyə unudarmı? Bu səbəbdəndir ki, ekspertlər xəbərdarlıq edirlər: Kərkükdə silahlı qarşıdurmaya imkan verilməməlidir, çünki bunun sonu regionda böyük münaqişələrin meydana gəlməsi olacaq. Bəs onda İraq kürd muxtariyyəti nəyə görə vəziyyəti gərginləşdirən addım atdı?
ABŞ-ın region siyasəti, o cümlədən İran siyasəti kontekstində əsas sual bundan ibarətdir. Belə görünür ki, Qərb regionun böyük dövlətləri olan İran və Türkiyəni ciddi münaqişələr ağuşuna atmağa çalışır. "Peşmərgə" ara vurmaq üçün istifadə olundu. Çünki müstəqil dövlət qurmaq istəyən kürdlər regiondakı ciddi rəqiblərini zəiflətmək fikrinə düşə bilərlər. Əgər İranla Türkiyə süründürməçi ixtilafa girsələr, sonucda hər ikisi Amerikaya "gəl, həll et" deyə bilərlər.
Belə düşünürük ki, yeni İran strategiyası da birbaşa bu məqsədə xidmət edir. Getdikcə İran ətrafında təzyiq dairəsi daralır. Regiondakı problemlərlə mübarizə aparmaq üçün Tehran günbəgün daha çox güc sərf etməli olur. Üstəlik, region dövlətləri sırasında Tehrana qarşı çıxanlar tapılır. Amerikanın yeni strategiyası həm də bu prosesi körükləyən faktor təsiri bağışlayır. "Peşmərgə"nin də burada mənfi rol oynamağa başladığı hiss olunur. İraqdan yayılan informasiyalara görə, kürd silahlıları geri çəkilirlər. Haraya qədər? Sonra "vətən uğrunda müharibə" çağırışı və düşmənin kim olduğunun açıq deyilməsimi gəlir?
Bütün hallarda Donald Trampın İranla bağlı ifadə etdikləri regionda gərginliyi daha da artırır. Gözləmək olar ki, tədricən vəziyyət daha riskli, qarışıq və terror hadisələri ilə zəngin olsun. Bu aspektdə yeni bir terror qruplaşmasının da meydana gəldiyi haqqında informasiyalar yayılır. Həmin qruplaşmaya Üsamə ben Ladenin oğlu Həmzə Laden başçılıq edir. Təşkilatın adı belədir: "Ənsər Əl Furkan Əl Şam"! Bu, yeni İŞİD ola bilərmi? Tamamilə mümkündür, çünki gənc Laden atasını qətlə yetirən qüvvələrə deyil, Türkiyəyə savaş açmağa hazırlaşır. İdlibdə onun tərəfdarları türk bayraqlarını yandırıblar. Onu da qeyd edək ki, kəşfiyyat orqanları həmin regiona ABŞ-ın külli miqdarda silah göndərdiyi haqqında informasiya verib.
Bütün bunlardan bir sual yaranır: Yaxın Şərqin böyük dövlətlərinin yeni ABŞ strategiyası varmı?
Newtimes.az
Strategiya.az
Bakıda yeni dələduz peyda oldu: bu qadın görün nələr edib – VİDEO
TƏHLÜKƏ: Şagirdlər qapısı açıq avtobusdan sallanaraq gedir - VİDEO
Cahangir Hacıyevin arvadınadan 21 milyon dollarlıq xəbər - VİDEO
Bakıda DƏHŞƏT: Sahibsiz itlər azyaşlılara hücum çəkdi - VİDEO
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM