Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində sabah “Qarabağ”ı qəbul edəcək “Atletiko”nun baş məşqçisi Dieqo Simeonenin oyunöncəsi mətbuat konfransı təşkil edilib. Argentinalı mütəxəssis birbaşa jurnalistlərin suallarını cavablandırıb:
- Bakıdakı oyundan öncə komandada özünəinam daha çox idi, yoxsa indi?
- O oyun artıq geridə qalıb. Hazırda yalnız sabahkı matça köklənmişik.
- Bu gün “Visente Kalderon”da məşq keçdiniz. Bu, necə hiss idi?
- Bu, xüsusi bir hiss idi. Orda məşq etmək bizim üçün çox xoş oldu.
- İlk oyundan sonra Qarabağ, bu bölgənin tarixi barədə məlumatınız olmadığını demişdiniz. Bakıdakı matçdan sonra bu barədə məlumat almısınız?
- Xeyr.
- Sizə qarşı olan tənqidləri qəbul edirsiniz?
- Məşqçi olaraq əsas məsuliyyət mənim üzərimə düşür. Ancaq “Çelsi” ilə matçın yalnız son dəqiqələrində qol buraxdıq. “Roma” ilə matçda da yaxşı oynamışdıq. Yalnız “Qarabağ”la qarşılaşmada zəif təsir bağışladıq. Ümumiyyətlə, bu vəziyyəti dəyişəcəyimizə inanıram.
- 14 oyunun yalnız 1-də məğlub olmusunuz…
- Hər oyunda qalib gəlmək lazımdı. Narahatlıq olmasaydı, bu, normal olmazdı,
- Antuan Qrizmann son vaxtlar qol vurmaqda çətinlik çəkir. Sizcə, “Atletiko”nun hazırda düşdüyü vəziyyət bununla bağlı ola bilərmi?
- Tənqidləri qəbul edirik. Bu, normaldı.
- Son illərdə azarkeşləri pis öyrətmisiniz. İki dəfə ÇL-də final oynamısınız. Sabahkı matçda qalib gəlməsəz, bu, sizin üçün pis nəticələnə bilər?
- Sabahkı oyun hamımız üçün vacibdi. Qalib gəlməli olduğumuzu bilirik. Ona görə, sabahkı oyunda yalnız qələbəyə köklənmişik.
- Maraqlıdı, bu gün niyə burda yox, “Visente Kalderon”da məşq etməyə üstünlük verdiniz.
- Məşqçilərlə belə qərara gəldik ki, “Visente Kalderon”da məşq etmək daha yaxşı olar. Xüsusi bir səbəbi yoxdu.http://idmantv.az/